Fidan Hüseynova Haqqinda Melumat - Vikipedia

Fidan Hüseynova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fidan Hüseynova (tam adı: Fidan Yaqub qızı Hüseynova: 24 noyabr 2005, Moskva) — Azərbaycan musiqiçisi.

Fidan Hüseynova
Ümumi məlumatlar
Doğum tarixi 24 noyabr 2005(2005-11-24) (18 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Yaqub Hüseynov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Təhsili
fidanhuseynova.com

Fidan Hüseynova Azərbaycanı 2018-ci ildə Belarusda baş tutan Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edib[1] və 47 xalla 16-cı yeri tutub.

Həyatı redaktə

Fidan Hüseynova 2005-ci il noyabrın 24-də Rusiyanın Moskva şəhərində anadan olub. Fidan Bakı Oksford məktəbinin[2] şagirdidir. Orta təhsili ilə yanaşı o, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində vokal ixtisasına yiyələnir. Fidan Hüseynovanın atası Yaqub Hüseynov biznesmendir və "Bridge Group of Companies" şirkətlər qrupunun təsisçisidir.

2010-cu ildən şahmat məktəbində təhsil alır və bir neçə şahmat turnirlərin iştirakçısı olub.

Fidan Hüseynova 4 yaşından rəsm ilə məşğul olur və onun əl işləri “Azərbaycanın uşaq təsviri sənəti” jurnalında dərc olunub.

“Je suis Malade” mahnısını Fidan 2014-cü ildə Bakıya öz möhtəşəm konsert proqramı ilə təşrif buyuran dünya şöhrətli müğənni Lara Fabian ilə bir səhnədə ifa etdi.

YARAT! Müasir incəsənət mərkəzinin Yay Galereyasında təşkil etdiyi Avstriyalı video-art rəssamı Dejan Kaludjerovic in sərgisində iştirak edib və orada a-capella fransız dilində “Je suis Malade” mahnısını ifa edib.

2015-ci ildə Lara Fabianın İstanbuldakı konsertində Fidan tanınmış müğənni ilə birgə “Je t'aime” mahnısını ifa etmişdir və tamaşaçıların gurultulu alqışlarını qazanmışdır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci ildə keçirilən “İstedadlı uşaqlar festivalında” Fidan Hüseynova iştirak edib, qazandığı uğurlarına görə fəxri diplomla təltif edilib.

Fidan Bakıda keçirilən “Saf Rənglər” adlı I Beynəlxalq Uşaq Yaradıcılıq Festivalının iştirakçısı olub və həmin festivalın diplomu ilə təltif edilib.

Bakıda 2016-cı il 25-27 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan sonrakı konsertdə Fidan Hüseynova Teymur Göyçəyevin rəhbərliyi altında uşaq kamera orkestrinin solistlərinin müşayiəti ilə “Tell me Why” mahnısını ifa edib.

ASAN Könüllüləri tərəfindən 26 Sentyabr 2016-ci ildə  Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçirilən referenduma dəstək vermək məqsədilə hazırlanmış “Birliyin Səsi" İnkişafa, Sabitliyə, Parlaq Gələcəyə Hə Deyəcək! video çarxda Azərbaycan Respublikasının Himnini ifa edib.

2016-cı il oktyabrın 6-sı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı[3] ilə Musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi Fidan Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib[4] və o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Fidan Hüseynova həmçinin 17 dekabr 2016-ci ildə Heydər Əliyev adına Sarayda keçirilən “ZİMA” Uşaq estrada mahnılarının musiqi festivalında iştirak edib.

Mart 2017-ci ildə İtaliyanın “TESTENE ART BAKU” Beynəlxalq İncəsənət Festival[5] Müsabiqəsində iştirak edib, 9-12 yaş uşaqlar arasında vokal üzrə 1-ci yerə sahib olub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 26 Avgust 2017-ci ildə keçirilən şahmat üzrə yarışında 1-ci yerə sahib olub.

17 Yanvar 2018-ci ildə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Mahnılarla körpü yaradaq” adlı konsert proqramında Fidan Hüseynova konsert verib.

2018-ci ilin Fevral ayında, Fidan məşhur müğənni Elnur Hüseynov ilə birlikdə “Say Hallelujah”mahnısı[6] ifa etmiş və onunla birlikdə klipə çəkilmişdir. Klipin təqdimatı Flame Towers`də baş tutmuşdur.

2018-ci ilin Aprel ayında, Fidan Azərbaycanı “Sanremo Junior”da yeganə iştirakçı kimi təmsil etmiş və orada “Tell me why?” ifasını səsləndirmişdir və III yerə layiq görülmüşdür.

2018-ci ilin Noyabr ayında, Fidan Hüseynova Azərbaycanı “Junior Eurovision 2018” mahnı müsabiqəsində təmsil etmiş[7] və “I wanna be like you[5]” mahnısını səsləndirmişdir.

2018-ci ildə Fidan, XXI əsr Riyaziyyatçılar Olimpiadasının iştirakçısı olmuşdur.

2018-ci ildə Fidan, Azərbaycan-Britanya Kolleci Elm Sərgisində birinci yerə layiq görülmüşdür.

2018-ci ildə Fidan, Carlsbad Beynəlxalq Yay Düşərgəsində iştirakçı olmuşdur.

2019-cu ildə Fidan, Dünya Alimlər Kubokunda keçirilmiş debat yarışlarının Bakı Turunda 4-cü yerə layiq görülmüşdür.

2019-cu ildə Fidan, Dünya Alimlər Kubokunda keçirilmiş inşa yarışlarının Bakı Turunda 3-cü yerə layiq görülmüşdür.

2019-cu ildə Fidan, Dünya Alimlər Kubokunun Bakı Turunda 7 müxtəlif fənnə həsr olunan yarışlarında 4 qızıl və 3 gümüş  medal qazanmışdır.

2020-ci ilin Mart ayında, Fidan Hüseynova Bakı Oksford Məktəbinin 2019-2020-ci illər üzrə “Akademik Fərqlənmə” diplomuna layiq görülmüşdür.

2020-ci ildə Fidan, Online Bravo Eurovision Musiqi Müsabiqəsində uğurla Azərbaycanı təmsil etmişdir.

2021-ci ildə 10 Oktyabr tarixində Rusiyanın Moskva şəhərində keçirilən "Жара Kids Awards"[8] illik musiqi mükafatlandırma mərasimində "İlin Mahnısı" mükafatının qalibi olmuşdur.

Fəaliyyəti redaktə

Uşaq Avroviziya Mahnı Müsabiqəsi redaktə

2018-ci il sentyabrın 18-də İctimai Televiziya və Radio[9] Yayımları Qrupunda iclas baş tutdu və həmin iclasda Fidan Hüseynovanın, Azərbaycan Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi açıqlandı. Fidan Hüseynova belə mötəbər yarışda Azərbaycanı təmsil edəcəyi üçün çox həyəcanlı olduğunu və əsas hədəfinin isə qalib olmaq olduğunu bildirdi.

Bir aydan sonra Fidan Hüseynovanın Avroviziya səhnəsində ifa edəcəyi "I Wanna Be Liкe You" (Sənin Kimi Olmaq) mahnısının təqdimatı baş tutdu[10]. Mahnının sözlərinin müəllifləri İsa MəliкovAytən İsmixanova idi.

Klipin yaradıcı heyəti isə Alexey Krupina və Maxim Tsurкovdan ibarət oldu. Müsabiqənin qaydalarına əsasən ifa olunacaq mahnının geniş hissəsi ifaçısının doğma dilində olmalıdır. Buna görə də "I Wanna Be Liкe You[5]" mahnısının 60 faizi Azərbaycan, 40 faizi isə İngilis dilindədir.

İfa etdiyi mahnılar redaktə

İl Mahnı Musiqi Söz Duet
2014 «For Daddy»
2015 «Je t'aime» Fransa  Lara Fabian
2016 «Tell Me Why»
2017 «I will survive»
2018 «Say Hallelujah» Elnur Huseynov Jalal Gurbanov Azərbaycan  Elnur Hüseynov
«Supergirl» Taras Demchuk Margarita Doroshevich
2020 «Mənim evim Azərbaycan» Alxanlı Aytən İsmixanova
2021 «Azərbaycanım» Faiq Sücəddinov Baba Vəziroğlu
2021 «Bubble Gum» Fedorov V.A. Rodionova V.A.
2021 «Pray for Ganja» Sevinc Ağasiyeva Ruslan Karslı
Azərbaycan  Sivva

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  2. Bakı Oksford Məktəbi
  3. "Arxivlənmiş surət". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  4. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  5. 5,0 5,1 5,2 "Arxivlənmiş surət". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  6. "Arxivlənmiş surət". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  7. "Arxivlənmiş surət". 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  8. "Arxivlənmiş surət". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
  9. İctimai TV (Azərbaycan)
  10. "Arxivlənmiş surət". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023