Fikrət Əliyev (rejissor) Haqqinda Melumat - Vikipedia

Fikrət Əliyev (rejissor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fikrət Əliyev (rejissor)

Fikrət Əliyev (12 dekabr 1939, Bakı8 mart 2016, Bakı) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi.

Fikrət Əliyev
Doğum tarixi 12 dekabr 1939(1939-12-12)
Doğum yeri
Vəfat tarixi 8 mart 2016(2016-03-08) (76 yaşında)
Vəfat yeri
Uşağı Rəşad Əliyev
Fəaliyyəti aktyor, kinorejissor, rejissor, ssenarist
Fəaliyyət illəri 1966–2014
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
IMDb ID0019593

Həyatı redaktə

Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub.[1] 1966-cı ildə M. A. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu"[2], "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.[3]

Ailəsi redaktə

Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir[4].

Filmoqrafiya redaktə

  1. İnsan məskən salır (film, 1967)
  2. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  3. Uşaqlığın son gecəsi (film, 1968)
  4. Dəli Kür (film, 1969)
  5. Gün keçdi (film, 1971)
  6. İki dəfə iki (film, 1973)
  7. Telefon sərgüzəştləri (film, 1973)
  8. Tikilir, amma... (film, 1973)
  9. Baladadaşın ilk məhəbbəti (film, 1974)[5]
  10. Ömrün səhifələri (film, 1974)
  11. Ürək... Ürək... (film, 1976)
  12. Akt və fakt (film, 1978)
  13. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  14. Qızıl uçurum (film, 1980)
  15. Ay alan! (film, 1981)
  16. Əldən qalan... (film, 1981)
  17. Azərbaycanda qoyunçuluq (film, 1982)
  18. Toxunma, partlayar! (film, 1982)
  19. Bişmiş toyuğun gülməyi... (film, 1983)
  20. Xüsusi buraxılış (film, 1983)
  21. Möhürlü yalan (film, 1983)
  22. Qoca palıdın nağılı (film, 1984)
  23. Su axır, gözüm baxır (film, 1985)
  24. Quraqlıq (film, 1985)
  25. İşarəni dənizdən gözləyin (film, 1986)
  26. Nəticə (film, 1986) (III)
  27. Nəticə (film, 1986) (IV)
  28. Yuxu (film, 2001)
  29. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  30. Ölüm növbəsi (film, 2009)
  31. Axırıncı dayanacaq (film, 2014)

İstinadlar redaktə

  1. "Tanınmış rejissor xəstəxanaya yerləşdirildi". 2015-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
  2. Nadir Bədəlov. "Bizim kino". Fikrət Əliyevin "Yuxu" filmi haqqında. 16.04.2016 [ölü keçid]
  3. "Oğlunu itirən tanınmış rejissor dünyasını dəyişdi". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.
  4. "İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı". 2016-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-26.
  5. Mürvətqızı, S. "Sənə olan eşqimi sənə də alçaltmaram…": [kinorejissor Fikrət Əliyevə məxsus "Baladadaşın ilk məhəbbəti" adlı filmi haqqında] //525-ci qəzet.- 2014.- 9 avqust.- S.14–15.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Saytda 223 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024