Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt) Haqqinda Melumat - Vikipedia

Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt)

Fikrət Əmirov adına Musiqi MəktəbiSumqayıtda musiqi məktəbi.

Ümumi məlumat redaktə

1991-ci ildə fəaliyyətə başlamışdır.

Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər.

Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.

Fəaliyyət göstərdiyi ilk 15 il ərzində musiqi məktəbinin əldə etdiyi nailiyyətlər az olmamışdır. Belə ki, məktəbin şagird və müəllimlərindən ibarət Xalq Çalğı Alətləri ansamblı, xor kopellası şəhər tədbirlərində, konsertlərdə, müsabiqə-festivallarda məharətlə çıxış etmiş, diplomant və laureat adını qazanmışlar. Məktəbin şagirdləri Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi festivalda, "Lider" televiziyasının təşkil etdiyi "Gənc İstedadların Konsert Müsabiqəsi"ndə, Respublika Beynəlxalq Əməliyyat Mərkəzinin təşkil etdiyi Respublika Uşaq Muğam festivalında iştirak etmişlər. Söz sənəti üzrə Aypara Cabbarova və Əli Əliyev Respublika müsabiqələrinin diplomantı, Lalə Həsənova isə "İstedad-2000" musiqi müsabiqəsinin diplomuna layiq görülmüşlər. Xanəndəlik, muğam sinfinin şagirdləri M.Məmmədova və Ş.Kərəmova "İstedad-2003" müsabiqəsinin qalibləri olmuşlar. Ötən il məktəbin müəllimi Səbuhi Əliyev Əhsən Dadaşov adına Respublika müsabiqəsinin diplomuna layiq görülmüşdür. Hazırda məktəb pedaqoji və yaradıcılıq fəaliyyətini davam etdirir.



Saytda 214 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024