Fikrət Sultanov Haqqinda Melumat - Vikipedia

Fikrət Sultanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fikrət Sultanov

rejissor

Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi.

Fikrət Sultanov
Fikrət Əbdülhəmid oğlu Sultanov
Doğum tarixi 14 may 1943(1943-05-14) (80 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, rejissor, pedaqoq
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Həyatı redaktə

Fikrət Sultanov 14 may 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram rejissoru" ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun "Assistent-stajorluğu"nu (rəhbəri - İ.M.Rayevski) bitirib.

1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komediyasını "Təbəssümünü gizlətmə" adı ilə səhnələşdirib.

1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan "Rejissorluq və aktyor sənəti" kafedrasının müdiri, 5 il "Teatr və kino sənəti" fakültəsinin dekanı vəzifələrində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü ("Jürinin Asıl Üyesi") olub.

Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır. Aktyor kimi "Qəzəlxan" filmində Mir Cəfər Bağırov rolunu ifa etmişdir.

Çoxsaylı tədris proqramlarının, metodik tövsiyələrin, "Azərbaycan teatr təhsili" dərs vəsaitinin müəllifidir.

Təltifləri redaktə

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 10 dekabr 2013-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür[1].

Filmoqrafiya redaktə

  1. Qəzəlxan (film, 1991)

İstinadlar redaktə

  1. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.

Xarici keçidlər redaktə


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024