Filipp Qoqiçaişvili Haqqinda Melumat - Vikipedia

Filipp Qoqiçaişvili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Filipp Qoqiçaişvili

Gürcü və sovet iqtisadçısı, ictimai xadim, publisist və müəllim, professor

Filipp Qavriloviç Qoqiçaişvili (gürc. ფილიპე გაბრიელის ძე გოგიჩაიშვილი; 20 yanvar 1872, Lançxuti, Kutaisi quberniyası, Rusiya imperiyası29 mart 1950, Tbilisi) — Gürcü və sovet iqtisadçısı, ictimai xadim, publisist[1] və müəllim, professor (1918), iqtisad elmləri doktoru (1935), Gürcüstan SSR əməkdar elm xadimi.

Filipp Qavriloviç Qoqiçaişvili
gürc. ფილიპე გაბრიელის ძე გოგიჩაიშვილი
Doğum tarixi 20 yanvar 1872(1872-01-20)
Doğum yeri
Vəfat tarixi 29 mart 1950(1950-03-29) (78 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Filipp Qoqiçaişvili ilk təhsilini 1880-1887-ci illərdə Kutaisi seminariyasında təhsil almışdır. Sonradan təhsilini Tbilisidə davam etdirmişdir. O, 1894-cü ildə 2-ci Tbilisi gimnaziyasından məzun olmuşdur. Qoqiçaişvili 1899-cu ildə Moskva Universitetinin tibb fakültəsini bitirmışdir.

Universiteti bitirdikdən sonra F.Qoqiçaişvili 1900-cü ildən Kutaisi quberniyasının Qori şəhəri yaxınlığına yerləşən Didi Jixaişi kəndində həkim işləmişdir.

Lakin bir ildən sonra o, yenidən təhsil almaq üçün Avropaya yollanmışdır. 1901-ci ildə Leypsiq Universitetinin fəlsəfə fakültəsinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur.

Filipp Qoqiçaişvili gənclik yaşlarından aktiv siyasətlə məşğul olmuş və menşevik-avtonomist (Mesame-dasi partiyasının üzvü) hərəkatının üzvü olmuşdur. O, Gürcüstanda Savadsızlığın ləğvi cəmiyyətinin idarə heyətinin üzvü də seçilmişdir. Qoqiçaşvili publisistika ilə də məşğul olmuş, dövrü mətbuatda daim çap edilmişdir. O, 1905-ci ildə “Səyyah” jurnalı ilə əməkdaşlıq etmiş və "İveria" qəzetinin sonuncu baş redaktoru olmuşdur.

F.Qoqiçaişvili 1906-cı ildə Kutaisi quberniyasının Dövlət Dumasına deputat seçilib. 1907-ci ildə o, Tiflisə köçür. 1910-cu ildə siyasi fəaliyyətinə görə həbs edilir və bir il həbsdə yatır.

O, Gürcüstan Müəssislər Məclisinin, Parlamentin və Menşevik Şurasının üzvü idi. 1917-1918-ci illərdə Kaxeti dəmiryolunun idarə heyətinin sədri vəzifəsində çalışıb.

Filipp Qoqiçaişvili 1918-ci ildə Tbilisi Universitetinin qurucularından biri olmuşdur.

26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayanlar sırasında o da var idi.[2].

1919-1920-ci illərdə Filipp Qoqiçaişvili Gürcüstan menşevik hökumətinin dövlət nəzarətçisi (naziri) vəzifəsini tutmuşdur. 1920-1930-cu illərdə Gürcüstan SSR Dövlət Plan Komitəsində işləyib.

Gürcüstan SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun nəşrinin redaksiya heyətinin üzvü (1946-1950) olub.[3]

Elmi maraqları redaktə

Karl MarksFridrix Engels (Kapital, 1-3 cildlər), Adam Smit, David Rikardo, Vilyam Petti və başqalarının əsərlərinin ilkin mənbələrdən gürcü dilinə tərcüməsində iştirak etmişdir. Qoqiçaişvilinin ədəbi irsi 20 cilddir.

İstinadlar redaktə

  1. "«В СКАЗОЧНОЙ СТРАНЕ, ПЕРЕЖИТОЕ И ПЕРЕДУМАННОЕ НА КАВКАЗЕ»". 2021-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  2. "Remix of «საქართველოს დამოუკიდებლობის დეკლარაცია» by Liza Buskhrikidze". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  3. "Каталог РНБ". 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.

Xarici keçidlər redaktə


Saytda 185 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024