Filolaus (Krotonalı) Haqqinda Melumat - Vikipedia

Filolaus (Krotonalı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Filolaus (Krotonalı)

Krotonalı Filolaus (yun. Φιλόλαος, m. ö. V əsrin ikinci yarısı) — qədim yunan filosofu, Pifaqorun ən tanınmış öyrəncilərindən biri.

Filolaus
q.yun. Φιλόλαος
Doğum tarixi təq. e.ə. 470
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 390
Fəaliyyəti filosof, astronom, riyaziyyatçı, siyasətçi, musiqi nəzəriyyəçisi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Əsərləri redaktə

Filolaus müəlliminin təlimini kitablarda açıqlayan ilk filosoflardan biri sayılır.[1] Ondan öncə bu qardaşlığın təlimi gizli saxlanılırdı.

Filolaus həm də "Təbiət haqqında" adlanan və zamanımıza yalnız bəzi fraqmentlərdə çatan kitabın müəllifi olmuşdur. Orada o, kosmoloji və riyazi mövzulara toxunmuş, eləcə də ruhla bağlı fikirləri ortaya qoymuşdur.

Fəlsəfəsi redaktə

Aristotel "Göy haqqında" əsərində yazırdı ki, Filolaus yeri hansısa mərkəzin ətrafında fırlanan bir kürə kimi təsəvvür edirdi və onun dairəvi hərəkətdə olduğunu iddia edirdi.[2] O mərkəz isə Hestia tanrıcası ilə təcəssüm olunan Əbədi Oddur. O heç zaman sönmür, dünyanı işıqlandırır. Onun ətrafında isə yer, günəş, ay və o zamanlar məlum olan daha beş planet fırlanır. Bunlardan başqa Əbədi Odun ətrafında daha bir planet də fırlanır ki, bu da bizim yerimizə qarşı duran Antixtondur (yun. Ἀντίχθων).[3] Planetlər öz oxu ətrafında fırlanmır, ona görə də onların yalnız bir tərəfi Əbədi Oddan işıqlanır. Ancaq onlar onun ətrafında fırlandığına görə gecələr gündüzlə əvəz olunur. Filolausa görə günəş isə Əbədi Odun işığını güzgü kimi əks etdirir, onun özü istilik mənbəyi deyil. O başqa planetlərdə həyatın olmasını da istisna etmirdi.

 
Yer, Antixton və Günəş. M.A.Orrun "Dante and the Early Astronomers" (1913) kitabından

Filolausun dünya quruluşu haqqında fikirləri müasir təsəvvürlərdən fərqli, bir çox durumlarda isə fantastik olsa da, o ilk dəfə olaraq yerin kainatın mərkəzində durmaması və hansısa başqa "odlu" fələyin ətrafında fırlanmasını iddia etmişdir. Bu fikir sonralar Samoslu Aristarxus, daha sonra isə Nikolay Kopernik tərəfindən inkişaf etdirilmiş, heliosentrik sistem adlandırılmışdır.[4]

Empedokles kimi Filolaus da hesab edirdi ki, dünyanın əsasında 4 ünsür durur, ancaq bunlara beşinci olan efiri də əlavə etmişdir.[5] Onun fikrincə kosmos efirdən ibarətdir.

Bütün təbiət ziddiyyətlərin vəhdəti üzərində yaranmışdır. Buna ən bariz örnək insandır. O bədən və ruh ziddiyyətlərinin birliyidir. Bu vəhdət qırıldıqda fəsadlar baş verir, insan xəstələnir. Ona görə də, hər şeydə ölçüyə riayət etmək lazımdır. Yeməkdə, davranışda, müəyyən bir insan üçün uyğun olan mühitdə ölçünü aşmaq olmaz.[5] Ümumiyyətlə isə insanın bədəni onun ruhunun zindanıdır. Ruh ondan azad olmaq istəyir.

Başqa pifaqorçular kimi Filolaus da dünyada olan hər şeyin rəqəmlərdə təcəssüm edildiyini iddia edirdi. Rəqəm idrakın əsasıdır, onsuz heç nə bilinməz. Ən yetkin rəqəm isə 10-dur.[6] O bölünən və bölünməyən başqa rəqəmləri özündə ehtiva edir, çünki ikini beşə vuranda on alınır. O ilk rəqəmdir ki, onda böyüklük, kiçiklik və bərabərlik vardır.

Mənbə redaktə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 48-49. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat redaktə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 48-49. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p. 104.
  • Лебедев А. В. Фрагменты ранних греческих философов. М.: Наука, 1989, 438.
  • Теологумены арифметики // ΣΧΟΛΗ. Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009, p. 322-333.
  • Филолай // Античная культура: литература, театр, искусство, философия, наука. Словарь-справочник / Под редакцией В.Н.Ярхо. М., 1995.
  • Филолай // Философская Энциклопедия / Под редакцией Ф. В. Константинова. В 5-х т. М.: Советская энциклопедия. 1960-1970.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Iamblichus. Life of Pyhhagoras or Pithagoric life / Translated by Taylor T. London: J. M. Watkins, 1818, p. 104.
  2. Филолай Arxivləşdirilib 2020-11-02 at the Wayback Machine // Лебедев А. В. Фрагменты ранних греческих философов. М.: Наука, 1989, s. 438.
  3. Филолай // Античная культура: литература, театр, искусство, философия, наука.[ölü keçid] Словарь-справочник / Под редакцией В.Н.Ярхо. М., 1995.
  4. Коперник Н. О вращениях небесных сфер. Малый комментарий. Послание против Вернера. Упсальская запись. М.: Наука, 1964, c. 553, 562.
  5. 5,0 5,1 Филолай // Философская Энциклопедия Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine / Под редакцией Ф. В. Константинова. В 5-х т. М.: Советская энциклопедия. 1960-1970.
  6. Теологумены арифметики Arxivləşdirilib 2020-02-05 at the Wayback Machine // ΣΧΟΛΗ. Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009, p. 322-333.

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023