Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey Haqqinda Melumat - Vikipedia

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey

Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL)Bakıda lisey.

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi
Əsası qoyulub 1964
Şəhər Bakı
Ölkə
Sayt istedad.edu.az/fritl/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır.

1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir.

Haqqında redaktə

Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var[1].

Liseyin binasi bir tipli layihə üzrə tikilmişdir, 700 yerlikdir, 33 sinif otağı vardır. Tədris məşğələləri bir növbəlidir. Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli 280 yerlik yataqxana korpusundan , 200 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxanadan (həmçinin oxu zalından) ibarətdir. Liseyin özünün qazanxana və istilik sistemi var. Liseydə 38 sinif otağı, o cümlədən 15 riyaziyyat, 5 fizika, 4 ədəbiyyat, 3 tarix, 1 coğrafiya, 1 kimya, 1 biologiya , 1 rus dili, 1 hərbi və 2 kompüter kabineti fəaliyyət göstərir.

Hazırda şagirdlərin təlim tərbiyəsi ilə 96 nəfər müəllim və tərbiyəçi məşğul olur. Liseyin direktoru Tariyel Talıbovdur. Liseydə " şagird elmi cəmiyyəti" də fəaliyyət göstərir. Şagirdlər ŞEC-də kiçik elmi tədqiqat işləri aparırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 sentyabr 2015-cidə paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub[1].

Məzunları redaktə

Hazırda həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda lisey məzunlarından 200-ə yaxını elmlər namizədi, 40-dan çox elmlər doktoru və professoru vardır.

  • İlqar Məmmədov— Riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri
  • Heydər Piriyev — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant
  • Akif Yusifov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini — Milli Qvardiyanın Komandanı əvəzi
  • Mustafa Babanlı — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru
  • Vidadi Süleymanov — Akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Liseyinin direktoru
  • Məhəmməd Babayev — fizika-riyaziyyat elmləri doktoru
  • Qubad İbadoğlu — iqtisadiyyat üzrə fəlsəfə doktoru
  • Vüqar Bayramov — iqtisadçı alim, Milli Məclisin deputatı
  • İbrahim Nəbiyev — riyaziyyat üzrə elmlər doktoru, BDU-nun professoru
  • Elxan Elatlı — Yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı
  • Emin Əmrullayev — Azərbaycan Respublikasının 5-ci Təhsil Naziri
  • Elçin Haciyev - Rusiya Milli Qvardiyasının baş polisi
  • İman Əsgərzadə — fizika-riyaziyyat elmləri doktoru, Ankara Universitetinin professoru

İstinadlar redaktə

  1. 1 2 "Arxivlənmiş surət". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.

Xarici keçidlər redaktə


Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024