Fleş Oxa qarşı Haqqinda Melumat - Vikipedia

Fleş Oxa qarşı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fleş Oxa qarşı

Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover Fleş və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir.

"Fleş Oxa qarşı"
Ox Kainatında krossover hadisəsi
Fleş Oxa qarşı təbliğat afişası
Digər adıThe Bolt. or The Bow.
Seriya sayıFleş (I hissə)
I mövsüm, VIII seriya
Ox (II hissə)
III mövsüm, VIII seriya
RejissorQlen Uinter (Fleş)
Cessi Varn (Ox)
SsenaristQreq Berlanti
Endryu Kreysberq
TelepleyBen Sokolovski (Fleş)
Bruki Eykmeyer (Fleş)
Mark Quqqenheym (Ox)
Qreyni Qadfri (Ox)
İstehsal kodları3J5358 (Fleş)
3J5158 (Ox)
Orijinal yayım tarixləri2 dekabr 2014 (2014-12-02) (Fleş)
3 dekabr 2014 (2014-12-03) (Ox)
Seriya xronologiyası
Fleş
← Əvvəlki
"Qidalanmada fasilələr"
Növbəti →
"Yaşıl kostyumlu adam"
Fleş seriyalarının siyahısı

Ox
← Əvvəlki
"Oxunu kənara qoy"
Növbəti →
"Qalxma"
Ox seriyalarının siyahısı

SonrakıQəhrəmanlar güclərini birləşdirir

İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir.

Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar. Tənqidçilər hər iki serialı bir araya gətirərək serialların hər ikisinin özünəməxsus xüsusiyyətlərinin saxlanmasına görə prodüserlərin işini yüksək qiymətləndirmiş, Fleş və Oxun döyüş səhnələrini bəyənmişlər. Reytinqlər yüksək olmuş, hər iki seriya isə aid olduğu serialın mövsümündə ən yaxşı nəticəni göstərmişdir. Növbəti il Ox Kainatının Qəhrəmanlar güclərini birləşdirir adlı ikinci krossoveri təqdim edilmişdir.

Məzmunu redaktə

  Xarici video
  Fleş Oxa qarşı krossover treyleri  

Sentral-sitidə peyda olan metainsan Roy Bivolo insanlara idarəolunmaz güclü qəzəb ötürür. Polis detektivi Eddi Toun Fleşi həbs etməyi təklif etsə də, kapitan onun təklifini qəbul etmir. Polis Bivolonu izləyərək anbara gəlsə də, o, bacarığını istifadə edərək qaçmağa çalışır. Barri Allen Co Vesti xilas etməyə çalışsa da özü polis tərəfindən yaralanır və bu zaman peyda olan Ox kostyumlu Oliver Kuin onu xilas edir. Daha sonra Oliver Barriyə izah edir ki, o, komandası ilə birlikdə Sentral-sitiyə qaçmış dəmir bumeranqlar istifadə edən cinayətkarı tutmaq üçün gəlmişlər. Barri və komandası Oliverlə razılığa gələrək hər ikisinin düşmənini tutmağa razılaşır. Oliver Barrini ətrafındakı insanlara qarşı daha diqqətli olmağı öyrətməyə çalışsa da, Barri Bivolonu tutmağa tək gedir. Bivolo bacarığını Barri üzərində tətbiq edir, lakin sürətinə görə təsir Barri üzərində daha uzun müddət davam edir.

Eddi rəhbərlərinin göstərişinə əməl etmədən Fleşin həbs edilməsi üçün fokus qrupu yaratmağa çalışır. Qəzəblənmiş Barri Eddiyə hücum etdikdə Oliver onun qarşısını alaraq dayandırır, beləcə onlar arasında ilk döyüş baş verir. Oliver Barrinin başını qarışdırdığı müddətdə Harrison Uells və Co impuls lampaları vasitəsiylə onun emosional vəziyyətini stabilləşdirirlər. Bundan sonra Barri və Oliver birlikdə Bivolonu tutaraq S.T.A.R. Labsdakı metainsanlar üçün nəzərdə tutulmuş həbsxanaya salırlar. Qarşıdurmadan sonra Eddi Fleşi həbs etməyi qarşısına məqsəd qoyur. Star-sitini tərk etməyə hazırlaşan Oliver Barriyə deyir ki, ikili həyat sürən adamların sevdiyi insanlarla xoşbəxt həyat sürməsi mümkün deyil və ona seviyi Ayris Vestdən uzaq durmağı məsləhət görür. Oliver Fleş komandasından onun alter-eqosunu gizli saxlamağı xahiş edir. Sentral-sitidə isə alovu idarə edə bilən yeni metainsan peyda olur.

Honq-Konqda baş verən fleşbek hadisələrində isə Oliver şübhəlidən məlumat alınmasını öyrənir. Müasir dövrdə Oliver və Roy Harper insanları dəmir bumeranqla öldürən Digger Harknessin yerini müəyyənləşdirirlər, lakin ortaya çıxır ki, A.R.G.U.S. da onu axtarırmış. Starlinq-sitiyə gələn Keytlin SnouSisko Roman Sara Lensin qətlinin araşdırılmasında Felisiti Smoka kömək edirlər. Digger Layla Maykls, Roy və Oliveri öldürməyə çalışsa da, Barri özünü vaxtında çatdırır və onları xilas edir. Sonradan Layla bildirir ki, Digger əvvəl İntiharçılar dəstəsinin üzvü olmuşdu. Qaçmış Diggerin yerini müəyyənləşdirmək istəyən Oliver Rus mafiyasının üzvünə əziyyət verərkən Barri Oliverin keçmiş əziyyətlərinin onu necə dəyişdiyini görür. Digger Oliverin gizli yerini müəyyənləşdirir, gizlicə oraya daxil olaraq Laylanı yaralayır və qaçır. Şəhəri tərk etməzdən əvvəl Digger şəhərin beş müxtəlif yerində bomba quraşdırır. Oliver Diggeri tutmağa çalışdığı vaxtda Barri həm özünün, həm də Oxun komandasını istifadə edərək bombaları zərərsizləşdirir. Digger Lian Yu adasında Sleyd Uilsonla bir yerdə həbsə salınır. Barri komandası ilə birlikdə Starlinq-sitini tərk etməzdən əvvəl Keytlin və Sisko Oliverin geyimi və silahlarını təkmilləşdirirlər.

Aktyorlar və personajlar redaktə

Əsas redaktə

Aktyor Personaj Seriya
Fleş Ox
Qrant Qastin[1] Barri Allen / Fleş Əsas Qonaq
Kendis Petton[2] Ayris Vest Əsas Yox
Daniella Panabeyker[1] Keytlin Snou Əsas Qonaq
Rik Kosnett[2] Eddi Toun Əsas Yox
Karlos Valdes[1] Sisko Ramon Əsas Qonaq
Tom Kavanaq[2] Harrison Uells Əsas Yox
Cesse L. Martin[2] Co Vest Əsas Yox
Stiven Amell[1] Oliver Kuin/ Ox Qonaq Əsas
Devid Ramsi[1] Con Diql Qonaq Əsas
Emili Bett Rikards[1] Felisiti Smok Qonaq Əsas
Keti Kessidi[3] Lorel Lens Yox Əsas
Villa Holland[3] Teya Kuin Yox Əsas
Kolton Heyns[3] Roy Harper / Arsenal Yox Əsas
Con Barroumen[3] Malkolm Merlin Yox Əsas
Poll Blektron[3] Kventin Lens Yox Əsas

Qonaq redaktə

İstehsal redaktə

İnkişaf redaktə

The CW telekanalının Ox Kainatında potensial krossover hadisəsi haqqında ilk məlumat, Fleş teleserialının çıxarılmasından əvvəl Barri Allenin Ox teleserialının ikinci mövsümünün səkkizinci seriyasında təqdim edilməsindən sonra verilmişdir.[8] 2014-cü ilin iyulunda “Ox” teleserialının üçüncü mövsümü və “Fleş” teleserialının birinci mövsümünün səkkizinci seriyalarının iki saatlıq krossover hadisəsi olacağı elan edilir.[9] Krossover əvvəlcə hər iki serialın yeddinci seriyası üçün nəzərdə tutulsa da, sonradan görüləcək işlərin çox olması nəzərə alınaraq digər seriyaya keçirilmişdir.[10] Xüsusən yayım qrafikinin uyğunlaşdırılması və bir-birinə daha uyğun olan seriyanın seçilməsi lazım idi.[11] “Ox” teleserialının yaradıcısı və icraçı prodüseri olan Mark Quqqenheym izah edir ki, hər iki serialın aktyorlarının iki saat davam edəcək və hər iki serial üçün eyni gündə yayımlanacaq krossoverə cəlb edilməsi üçün maddi imkanlar o qədər də geniş deyildi.[11]

Hər iki teleserialın yaradıcısı və icraçı prodüseri olan Endryu Kreysberq isə deyir ki, “Bu həqiqətən də hər iki seriyada Ox və Fleşin birgə macərası olacaq. Hər iki komandanın bir araya gələrək birlikdə mübarizə aparması çox maraqlı və şən olacaq...biz gözləməyə səbir tapa bilmirik. Biz həqiqətən də sürətli nəqlə inanırıq.”[12] Kreysberq deyir ki, yaradıcılar özləri də komiks fanatı olduqlarına görə, hansı superqəhrəmanın qlib gələcəyi onları da çox maraqlandırır; “İki qəhrəmanın bu krossoverdə qarşı-qarşıya gəlməsi bizim ən erkən ideyalarımızdan biri idi.”[10] Hər iki teleserialın yaradıcısı və icraçı prodüseri olan Qreq Berlanti “krossover personajların təməlində duran xüsusiyyətlərdən biridir...əgər biz uzun müddət gözləsəydik...auditoriyanı hamımızın görmək istədiyi bir şeydən məhrum edə bilərdik.”[11]

2014-cü ilin oktyabrında Kreysberq deyir ki, seriyalar həm Barri həm də Oliver üçün mühüm əhəmiyyət daşıyacaq, “onların birlikdə fəaliyyəti isə həm “Ox”, həm də “Fleş” üçün mühüm serpriz olacaq.”[13] Quqqenheym əlavə edir ki, "bu, stol altında gizlədilmiş bombaya oxşayır, Fleşin ictimayət tərəfindən tanınmasının Oliver tərəfindən öyrənilməsini izləmək isə əyləncəli olacaq.”[14] Sonradan məlum olur ki, Fleş seriyasının sonunda açılan başqa bir sirr isə serialın növbəti seriyasına giriş xarakteri daşıyacaq.[15] Seriyada Oliver, sonuncu dəfə hamiləlik vaxtı “Ox” serialının ikinci seriyasında gördüyü və Moyra tərəfindən gizlicə şəhərdən göndərilmiş keçmiş sevgilisi ilə qarşılaşır. Həmin qızın yanında uşaq görünür. Seriyanın yayımlanmasından sonra Quqqenheym qızın yanındakı uşağın atasının Oliver olduğunu təsdiqləyir.[16] Seriyanın sonunda ölüdüyü düşünülən Keytlinin keçmiş nişanlısı Ronni Reymond Alov fırtınasına çevrilmiş halda (Robbi Amell tərəfindən canlandırılır) geri qayıdır.[6]

Yazılması redaktə

“Fleş Oxa qarşı” krossover hadisəsinin ssenarisi Berlanti və Kreysberq tərəfindəən yaradılmış hekayə əsasında 2014-cü il sentyabrın ortalarında yazılmışdır.[17][18] Krossover hekayəsinin yazılması zamanı Berlanti Altı milyon dollarlıq adamBionik qadın teleseriallarından, Kreysberq isə Doktor Kim teleserialının dördüncü mövsümünün “Səyahətin sonu” adlı sonuncu seriyasından (bu seriyada serialın spin-offları olan TorçvudSara Ceynin macəraları teleseriallarının personajları da iştirak etmişlər) ilhamlanmışdır.[15] “Fleş” seriyyasının ssenarisi Ben Sokolovski və Bruki Eykmeyer,[17] “Ox” seriyasının ssenarisi isə Mark Quqqenheym və Qreynni Qadfri tərəfindən yazılmışdır.[18]

2014-cü iin sentyabrında Quqqenheym bildirir ki, “Ox” seriyası “Məğrur və kobud” adlandırılacaq və bu ad DC Comics tərəfindən nəşr edilən ən uzunn müddətli başlıqlardan birinə işarədir.[19] Quqqenheym deyir:

"  Mən heç vaxt ssenari yazan zaman bu qədər əylənməmişdim...Mən sanki partlayış üzərində işləyirdim...Mən onlara deyirdim kim, biz Qisasçılar stilini istifadə etməliyik. Onlar böyük istehsalat əhəmiyyəti olan iki qəhrəmandır...Bütün qəhrəmanları bir yerdə görmək və daxili zarafatlar üçün imkan var. Sisko Teyaya baxarsa nə baş verər? Elə məqamlar var ki, adi seriyada bunu çəkmək mümkün olmazdı...Bu sadəcə çox əyləncəlidir.[20] " 

2014-cü ilin oktyabrında “Fleş” seriyasının “Fleş Oxa qarşı” adlandırılacağı məlum olmuşdur.[13] Kreysberq bildirmişdi ki, seriyaların ssenarisi üzərində işlənməsi zamanı hər iki serialın ssenaristlərinin iş otaqları birləşdirilmişdi.[10]

Çəkilişlər redaktə

Hər iki seriyanın çəkilişlərinə 24 sentyabr 2014-cü ildə başlanmış və 8 oktyabr 2014-cü ildə çəkilişlər tamamlanmışdır.[18][21] “Fleş” seriyasının rejissoru Qlen Uinter[17], “Ox” seriyasının rejissoru isə Cessi Varn olmuşdur.[18] “Fleş” seriyasında Ox və Fleşin söyüş səhnəsi üç gecə ərzində çəkilmişdir. Stiven Amell tərəfindən canlandırılan personaj ilk dəfə supergücə malik biri ilə qarşılaşdığına görə, onun tryukları da dəyişdirilmiş və xüsusi effektlərə uyğunlaşdırılmışdır.[10] Hər iki seriyanın çəkilişlərini müqayisə edən Qrant Qastin “Fleş” seriyasının çəkilişlərini “həqiqətən yorucu” adlandıraraq deyir ki, çoxlu sayda boş çəkilişlər həyata keçirilmiş və sonradan post-prodakşn zamanı onlar montaj edilərək birləşdirilmişdir. “Ox” çəkilişlərində isə əsas çətinlik müvafiq çəkiliş bucağının tapılması olduğunu demişdir. Qastin həm də deyir ki, bəzən çəkiliş meydançalarını dəyişik salırdı, çünki hər iki seriyanın çəkilişləri paralel aparılırdı.[22]

Musiqi redaktə

The Flash vs. Arrow (Music Selections from the Epic 2-Night Event)
 
Növü film musiqisi
Yayımlanma tarixi 18 dekabr 2014
Janr film musiqisi
Müddət 49:57
Leybl WaterTower Music
Bleyk Nili albomlarının xronologiyası
"Arrow – Original Television Soundtrack: Season 2"
(2014)
"The Flash vs. Arrow (Music Selections from the Epic 2-Night Event)"
(2014)
"Flash- Original Television Soundtrack: Season 1"
(2014)

18 dekabr 2014-cü ildə WaterTower Music leybli Fleş/Ox krossover seriyalarında istifadə edilmiş musiqiləri albom şəklində satışa çıxarmışdır. Alboma həm də sezon arası respektivdən iki bonus trek də əlavə edilmişdi.[23] Hər iki serialın musiqi mövzularını biləşdirməli olan bəstəar Bleyk Nili deyir ki, “Əslində bu elə də çətin iş deyildi, mən hər iki serialın musiqisini elə hazırlamışdım ki, onlar oxşar xüsusiyyətlərə malik idilər, lakin hər ikisi bir-birindən fərqli xüsusiyyətlər də daşıyırdı.”[24]

Alboma “xüsusi hadisə fanatları arasında məşhur olan” iki bonus trek də əlavə edilmişdi.[25] Alboma daxil olan bütün musiqilər Blek Nili tərəfindən bəstələnmişdir.[26]

Çıxarılması redaktə

Yayım redaktə

22 noyabr 2014-cü ildə Vestvud, Los-Ancelesdəki Krest kinoteatrında fanatlar üçün eksklüziv “Fleş Oxa qarşı” krossover seriyalarının xüsusi baxışı təşkil edilmişdir.[27] Bundan sonra Amell, Qastin, Devid Ramsi, Emili Bett Rikards, Daniella Panabeker və Karlos Valdes icraçı prodüserlər Berlanti, Kreysberq və Quqqenheymlə birlikdə sual-cavab panelində iştirak etmişlər.[28]

Krossoverin birinci hissəsi olan “Fleş” seriyası 2 dekabr 2014-cü ildə, bunun ardında ikinci hissə olan “Ox” seriyası isə 3 dekabr 2014-cü ildə The CW telekanalında yayımlanmışdır.[29] ABŞ yayımı ilə paralel krossover Kanadanın CTV telekanalında da yayımlanmışdır.[30] Birləşmiş Krallıqda krossover ilk dəfə 18 dekabr 2014-cü ildə Channel 5 tərəfindən yayımlanmışdır.[31] Avstraliyada seriyalar ard-arda 28 yanvar 2015-ci ildə Fox8 telekanalında yayımlanmışdır. Bunun üçün Avstraliyada “Ox” teleserialını yayımlayan Nine Network telekanalı krossoverin tərkib hissəsi olan “Ox” seriyasını yayımlamaq hüququnu Fox8 telekanalına vermişdir.[32]

Ev üçün buraxılış redaktə

Krossover seriyaları “Fleş” teleserialının birinci mövsümü“Ox” teleserialının üçüncü mövsümünə daxil olan bütün seriyalarla birlikdə Blu-ray və DVD formatlarında 22 sentyabr 2015-ci ildə satışa çıxarılmışdır.[33][34] Həmin dəstlərə kadr arxası səhnələr, audio izahlar və ixtisar edilmiş səhnələr daxil edilmişdir. Seriyalar müvafiq olaraq 6 və 7 oktyabr 2015-ci ildə Netflixdə baxışa çıxarılmışdır.[35][36]

Qəbulu redaktə

Reytinqlər redaktə

Serial Seriya Yayım vaxtı Rating/share
(18–49)
İzləyicilər
(milyon)
DVR
(18–49)
DVR izləyiciləri
(milyon)
Ümumi
(18–49)
Ümumi izləyicilər
(milyon)
Fleş "Fleş Oxa qarşı" 2 dekabr 2014 1.6/5 4.34[37] 1.0 2.31 2.6 6.65[38]
Ox "Məğrur və kobud" 3 dekabr 2014 1.4/4 3.92[39] n/a n/a n/a n/a

“Fleş” seriyası 7 oktyabr 2014-cü ildə serialın premyerasından sonra ikinci ən çox izləyici sayı[40] və 18-49 yaşlı izləyicilər arasında ikinci ən böyük nəticəni göstərmişdir. Əvvəlki seriya ilə müqayisədə izləyici sayı 22%, 18-49 yaşlılar arasında göstərici isə 14% artmışdır.[41] “Ox” seriyası üçüncü mövsümdə serialın ən çox izlənilən seriyası olmaqla yanaşı, həm də 10 oktyabr 2012-ci ildə serialın debütündən bəri serialın ən geniş izləyici kütləsini təşkil etmişdir. Özündən əvvəlki seriya ilə müqayisədə teleserialın izləyici sayı 46%, 18-49 yaşlılar arasında reytinqi isə 56% artmışdır.[42] Bu, həm də The CW telekanalının iki il ərzində ən çox izlənilən Çərşənbə gününü təşkil etmişdir.[43]

“Fleş”in Kanada yayımı 2.45 milyon nəfər tərəfindən izlənmişdir ki, bu da həftənin ən böyük izləyici göstəricisi olmuşdur. “Ox” seriyası 2.2 milyon nəfər tərəfindən izlənmişdir ki, bu da günün ikinci, həftənin isə dördüncü ən böyük izləyici göstəricisidir.[44] Birləşmiş Krallıqda “Fleş”“Ox” seriyaları müvafiq olaraq 1.5 milyon və 980.000 nəfər tərəfindən izlənmişdir. Ümumilikdə ölkədə seriyalar müvafiq olaraq 1.63 və 1. 26 milyon nəfər tərəfindən izlənmişdir.[31]

Krossoverin yayımlanmasından sonra hər iki serialın reytinqləri krossoverdən əvvəlki seriyalarla müqayisədə xeyli artmışdır. “Fleş”in göstəriciləri 18-49 yaşlılar arasında 6%, ümumilikdə isə 4% aşağı düşmüşdü.[45][46] “Ox” serialının növbəti seriyasının göstəriciləri isə 18-49 yaşlılar arasında 29% aşağı düşmüşdü.[47] Buna baxmayaraq həmin göstərici serialın krossoverdən əvvəlki seriyası ilə müqayisədə artmış və mövsüm ərzində ikinci ən yaxşı nəticəsini göstərmişdi.[48]

Tənqidçilərin mövqeyi redaktə

Birinci Ox/Fleş krossoverindən sonra “Variety” jurnalından Brayan Louri “Ox” serialının uğurunu “daha işıqlı tonlar”“Fleş” serialının “maraqlı super güclərini əlavə etməklə” təkrarlamağa müvafiq olduqlarına görə prodüserləri alqışlamışdır. O, qeyd edir ki, “incə şəkildə hər iki serialı birləşdirən” krossover həm də onların izləyicilərini bir araya gətirməyə müvəffəq olmuşdur.[49] “Birth.Movies.Death”dən Meredit Borders krossover seriyalarını “əyləncəli” adlandıraraq, deyir ki, “yeni gələnlər təqdim edilmədən çoxlu süjet xəttləri təqdim olunur. Yeni izləyicilər nə baş verdiyini anlamaq üçün vaxt sərf etməli olsalar da, hər iki serialı izləyən veteran izləyicilər böyük həzz alacaqlar.” [50]

“Entertainment Weekly”dən Çansellor Aqard hiss edir ki, “Flox” (ing. Flarrow) krossover hadisəsi ümumilikdə uğurlu alınmışdır. Hər iki seriyada “Fleş komandası yeni vəziyyətə düşür və onların bu vəziyyətdən necə çıxmasını müşahidə etmək olduqca maraqlıdır.” Aqard qeyd edir ki, “Ox komandası üçün də bir neçə maraqlı məqamlar düşünülsə də, onlar əsasən ekşn səhnələrinə fasilə xarakteri daşıyır.”[51]

Fleş redaktə

“IGN”-dən Cessi Şedin “Fleş” seriyasına 7.8/10 bal vermişdir. O, deyir ki, “personajlar və onların köməkçilərinin yollarının kəsişməsi baxımından” “Fleş Oxa qarşı” seriyası “şən” idi...izləyicilər “Barri və Ollinin münasibətlərinin inkişaf etməsinin şahidi olurlar.” “Muxtar bir seriya kimi imkanlarının məhdud olması isə, seriyada daha bir yaxşı inkişaf etdirilməmiş caninin təqdim edilməsinə səbəb olmuşdur.”[52] “The A.V. Club”dan Skott Von Doviak seriyanı “A-“ dərəcəsi ilə qiymətləndirir və “Fleş”in bir saatlıq muxtar seriyası kimi “əlamətdar açılış” adlandırır. Yazarlar Qreq Berlanti və Endryu Kreysberqin işini tərifləyən Von Doviak, həm də “iki serialın tonunu birləşdirməyə müvəffəq olan” rejissor Qlen Uinterin işini bəyəndiyini bildirir. Fleş və Oxun döyüş səhnəsini xüsusi qeyd edən Von Doviak bildirir ki, “Bu, yaxşı planlaşdırılmış döyüşdür, müxtəlif məqamlarda personajların hər birinin üstün cəhətləri yaxşı göstərilir.”[53]

“Collider”dən Deyv Trambor “Fleş” seriyasına “A-" bal verərək deyir ki, personajları bir yerdə görmək “əyləncəli” idi. O, qeyd edir ki, “bu seriyada cinayətkarlığa qarşı mübarizə aparan gənc Barri Allen bir çox problemlərlə qarşılaşır. Barri anlayır ki, Ox ona, vergisinin gözəl bir hədiyyə olduğunu, lakin, onun özünü təkmilləşdirməli və mükəmməlləşdirməli olduğunu izah etməyə çalışır.” Trambor həm də, “Oxun məşqlər sayəsində özünü təkmilləşdirmə və detallara diqqət üslubunun, Fleşin vecsiz və canilərin döyülməsinə çatanda təbəl davranışı ilə qarşılaşması”nı izləməyi bəyəndiyini bildirir.[54] Aqardın seriyadan gözləntiləri məyusluqla tamamlanmamışdı. O, hiss edir ki, “həm epik döyüş səhnəsinin də daxil olduğu ekşn səhnələri, həm də personajların xarakterinin açıldığı səhnələr yaxşı işlənmişdir. İzləyici komandaların qarşılaşmasından həzz aldığı müddətdə bütün baş verənlər Fleşin hekayəsini bir mərhələ də irəli aparır.”[55]

“Paste” jurnalından Erik Uolters “Fleş” seriyasını 9/10 balla qiymətləndirərək deyir ki, “Fleş Oxa qarşı seriyasında fanatların krossoverdən gözləyə biləcəyi hər şey var.”[56] “Den of Geek”dən Kerolayn Prisi də seriyanı qiymətləndirərək deyir ki, “bu demək olar ki, lazım olan hər şey və daha artığıdır.” Onun fikrincə bu seriya “ehtiyat, səliqə və sevgi ilə yanaşılacağı halda komiks ideyalarının kiçik ekrana necə uğurla uyğunlaşdırılmasına gözəl nümunədir.”[57]

Ox redaktə

“Ox” seriyasına 9.2/10 bal verən Şedin qeyd edir ki, “bunu izləmək partlayış idi” və seriyanın krossoverin birinci hissəsindən “daha qənaətbəxş” olduğunu vurğulayır. Krossoverin iki muxtar hissəyə bölünməsi ilə potensialın bir saatınnı boşuna sərf etdiyini göstərən Şedin “Ox” hissəsinin əyləncə və döyüş səhnələrinin bölünməsi baxımından daha ardıcıl olduğunu deyir. Tənqidçi üçüncü mövsümün ən unudulmaz canisi olacağına ümid etdiyi Kapitan Bumeranqı izləməkdən həzz almışdı. O, həm də Barri və Ollinin komandalarının qarşılaşması, seriyada işıq və qaranlığın balansının gözlənilməsini müsbəət hal kimi qeyd edir.[58] “The A.V. Club”dan Alasdeyr Uilkins seriyaya “A-“ balı verərək deyir ki, seriya “bir saatlıq yüngül əyləncədir və Barri, yeganə personajdır ki, Oliverin standart hərəkətlərini onun üzünə vurur.” “Fleş cəsurluğu ilə ilhamlandırsa da, onun sadələşdirilmiş düzgün və səhv anlayışı gördükləri işin qaranlıq tərəfinə fikir verməməyə sövq edir. Oliver isə, ədalətə nail olmaq üçün hər şeyi etməyə hazır olab cəsurdur.”[59]

“Ox” seriyasının krossoveri effektiv bağladığını hiss edən Trambor seriyanı “A” balla qiymətləndirir. O, qeyd edir ki, “hər iki qəhrəman şəhərlərində öz xarakterlərinə uyğun fəaliyyət göstərirlər.” Barri Allenin cinayətkarlıqla mübarizəsi “vezsiz” və “Sentral-sitinin yüksək texnologiyaları” əsasında həyata keçirilir. “Kuinin Starlinq-sitisi” isə amansız yeraltı dünyası ilə “ən çox maskalanmış cinayətkarın şəxsiyyətini xatırladır.”[60] Lakin, Aqard qeyd edir ki, “Ox seriyası kifayət qədər yaxşı olsa da, birinci hissəyə çata bilmir.” “Məğrur və kobudun krossoverin hissəsi olması hiss olunur və o, Oliverin personaj kimi inkişafına xidmət etmir.” Aqard deyir edir ki, “Siskonun hər yerdə bəxti gətirir”, “Kapitan Bumeranq isə ən güclü və inandırıcı rəqibdir”, “çünki, strategiya istifadə edir və bir neçə addımını əvvəlcədən planlaşdırır.”[51]

“Paste” jurnalından Mark Rozeman “Ox” seriyasına 9.3/10 bal verir və deyir ki, o, “nəinki krossoverin digər seriyası ilə eyni səviyyədədir, hətta bəzi məqamlarda ondan üstündür.” Onun sözlərinə görə “Fleş Oxa qarşı seriyası Fleşin özünü müdafiə etməyə qadir olduğunu göstərirsə, Məğrur və kobud seriyası Oxun hələdə alova malik olduğunu nümayiş etdirir.”[61] “Den of Geek”dən Mayk Çeççini deyir ki, “seriya kifayət qədər bitkin macəradır.” O, qeyd edir ki, “hər iki həm ayrılıqda həm də birlikdə yaxşı işləyir, “Fleş Oxa qarşı” seriyasında Fleş çox aydın vurğulanır, “Məğrur və kobud” seriyası isə heç şübhəsiz ki, Oxun seriyasıdır.”[62]

Mükafatlar redaktə

“TVLine” “Fleş Oxa qarşı” krossoverini 2014-cü ilin doqquzuncu ən böyük televiziya anı adlandıraraq deyir ki, “Krossoverlər də çoxdu, superqəhrəman teleserialları da. Lakin yaxın dövrün televiziya tarixində iki kostyumlu superqəhrəmanın qarşılaşması (yüngülləşdirilmiş şəraitdə olsa da) baş verməmişdi. Fleşin yüngül və yumşaq hərəkətlərinin Oxun güclü və zəhmli hərəkətlərinə qarşı qoyulması yüngül tanqo effekti yaradaraq, krossover hadisəsi ətrafındakı səs-küyə cavab verir.”[63] “IGN” Fleş və Ox arasındakı döyüş səhnəsini 2014-cü ilin ən yaxşı döyüş səhnələrindən biri adlandırmışdır.[64] “ScreenRant” krossoverə daxil olan hər iki seriyanı 2014-cü ilin ən yaxşı teleserial seriyaları sırasına daxil etmişdir.[65] “Blastr” və “Zap2it” saytları da “Fleş Oxa qarşı” seriyasını 2014-cü ilin ən yaxşı televiziya seriyalarından biri adlandırır.[66][67]

Digər krossoverlər redaktə

2015-ci ilin yanvarında “The CW” telekanalının prezidenti Mark Pedovitz bildirir ki, kanal hər il Ox Kainatının krossover hadisəsini hazırlamağı planlaşdırır.[68] 2015-2016-cı televiziya mövsümündə təqdim edilmiş iki hissəli krossover hadisəsi Qəhrəmanlar güclərini birləşdirir adlandırılmış, və krossover “Fleş” və “Ox” seriallarının VIII seriyaları arasında baş tutmuş, burada Sabahın əfsanələri komandasının yaranması göstərilmişdi.[8] 2016-2017-ci televiziya mövsümündə “Fleş”, “Ox” və “Sabahın əfsanələri” serialları arasında baş tutan "İşğal!" krossover hadisəsində CBS telekanalının Supergörl telekanalının baş qəhrəmanı da təqdim edilmiş, ikinci mövsümdən isə serial “The CW” telekanalına keçirilmişdir.[8][69][70]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 Lash, Jolie. "'The Flash' & 'Arrow' Casts Preview Two-Night Crossover Event". Access Hollywood. November 30, 2014. March 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  2. 1 2 3 4 5 Garofalo, Alex. "'The Flash' Season 1 Spoilers: 'Arrow' Crossover Begins In Episode 8; What Happened In 'Flash Vs. Arrow'? [RECAP]". International Business Times. December 2, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  3. 1 2 3 4 5 6 7 Carp, Jess. "Arrow Season 3, Episode 8 Watch: DCU Connections And Easter Eggs". Cinema Blend. December 3, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  4. Wickline, Dan. "The Flash And Arrow Crossover Includes An Unexpected Villain". Bleeding Cool. November 13, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  5. Abrams, Natalie. "'The Flash' drops a big 'Arrow' bombshell". Entertainment Weekly. December 2, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  6. 1 2 Hayner, Chris E. "Firestorm brings 'Flash vs. Arrow' to an epic conclusion". Zap2it. December 3, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  7. Hibberd, James. "'Arrow' casts 'Spartacus' actor as Captain Boomerang". Entertainment Weekly. September 16, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  8. 1 2 3 Abrams, Natalie. "The CW announces four-way crossover with Arrow, The Flash, Legends of Tomorrow, Supergirl". Entertainment Weekly. May 19, 2016. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  9. Chitwood, Adam. "The Flash/Arrow Crossover Episode Planned on The CW". Collider. July 18, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  10. 1 2 3 4 Radish, Christina. "The Flash vs. Arrow Crossover Interview; Cast and Crew Talk The Two Night Event". Collider. November 23, 2014. May 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  11. 1 2 3 Holbrook, Damian. "On the Set: The Flash and Arrow Face Off In an Epic Superhero Crossover". TV Guide. December 2, 2014. March 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  12. Snetiker, Marc. "'Arrow' EP on season 3 Big Bad, 'Flash' crossover episode". Entertainment Weekly. July 22, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  13. 1 2 Ge, Linda. "'The Flash' Stars, Showrunners Talk Origins, Villains and the Big 'Arrow' Crossover". TheWrap. October 6, 2014. March 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  14. Roffman, Marisa. "'Arrow,' 'Flash' Cast, Creators Preview Epic Crossover". The Hollywood Reporter. November 23, 2014. March 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  15. 1 2 Ge, Linda. "5 Things We Learned From 'Arrow'-'The Flash' Crossover Screening". TheWrap. November 23, 2014. March 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  16. Abrams, Natalie. "'The Flash' drops a big 'Arrow' bombshell". Entertainment Weekly. December 2, 2014. March 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  17. 1 2 3 "(#108) "Flash vs. Arrow"". The Futon Critic. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  18. 1 2 3 4 Marc Guggenheim [mguggenheim]. "Arrow-half of epic Arrow/Flash crossover begins filming today! Co-written by @godfreestories Directed by: @JesseWarn http://ow.ly/i/71YaG" (Tweet). September 27, 2014. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  19. Thomas, Jeremy. "Title For Arrow/The Flash Crossover Episode Revealed". 411MANIA. September 28, 2014. İstifadə tarixi: 24 sentyabr 2018.[ölü keçid]
  20. Radish, Christina. "Marc Guggenheim Talks Arrow Season 3 Details, the Flash crossover, and More". Collider. October 4, 2014. October 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  21. Grant Gustin [grantgust]. "We're shooting some awesome crossover episodes this week and next. (I don't know who made this but… http://instagram.com/p/tVl-nxgVPZ/" (Tweet). September 24, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  22. Goldman, Eric. "Stephen Amell and Grant Gustin Tease The Flash / Arrow Crossover and Their Big Fight". IGN. October 19, 2014. March 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  23. "The Flash vs. Arrow: Music Selections from the Epic 2-Night Event". WaterTower Music. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  24. Beedle, Tim. "Music and Metahumans: An Interview with Flash and Arrow Composer Blake Neely". DC Comics. November 17, 2015. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  25. Frederick, Brittany. "Blake Neely's 'Flash vs. Arrow' score hits iTunes for the holidays". AXS.com. December 22, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  26. "The Flash vs. Arrow (Music Selections from the Epic 2-Night Event)". iTunes. December 18, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  27. "The Flash VS Arrow Exclusive Fan Screening". Crest Westwood. November 24, 2014. December 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  28. "The Flash & Arrow Crossover Screening Event Sweepstakes – Official Rules". The CW. November 14, 2014. December 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  29. Dickson, Evan. "Flash vs. Arrow Trailer Brings CW's Superheroes Together". Collider. November 26, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  30. Sheri, Jeff. "Superhero Showdown: 'The Flash' and 'Arrow' battle it out in two-part crossover". CTV Television Network. November 28, 2014. December 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  31. 1 2 "Weekly Top 30". Broadcasters' Audience Research Board. 2018-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018. Note: The ratings must be searched for (15-21 Dec. 2014).
  32. Knox, David. "The Flash / Arrow crossover set for FOX8 premiere". TV Tonight. December 10, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  33. "The Flash: Season 1". TVShowsOnDVD.com. June 17, 2015. March 16, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  34. "Arrow – Season 3 (DVD)". TVShowsOnDVD.com. June 17, 2015. March 16, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  35. "The Flash Season 1 Netflix Release Date Confirmed". Den of Geek. September 18, 2015. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  36. "Arrow Season 3 Netflix Release Date Confirmed". Den of Geek. September 28, 2015. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  37. Kondolojy, Amanda. "Tuesday Final Ratings: 'The Flash' & 'Chicago Fire' Adjusted Up; 'Marry Me' Adjusted Down". TV by the Numbers. December 3, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  38. Bibel. "'Modern Family' Has Biggest Adults 18–49 Ratings & Viewership Increase; 'Constantine' & 'The Vampire Diaries' Top Percentage Gains in Live +7 Ratings for Week 11 Ending December 7". TV by the Numbers. December 22, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  39. Kondolojy, Amanda. "Wednesday Final Ratings: No Adjustment for Arrow, Modern Family or The 100". TV by the Numbers. December 4, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  40. Venable, Nick. "The Flash And Arrow Crossover Crushed Last Night, Get The Ratings". Cinema Blend. December 3, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  41. Andreeva, Nellie. "TV Ratings: 'The Flash' Gets Bump With 'Arrow' Crossover". Deadline Hollywood. December 3, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  42. Andreeva, Nellie. "'Arrow' Surges To Ratings Highs With Crossover, ABC Lineup Slips To Lows". Deadline Hollywood. December 4, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  43. Baron, Steve. "'Arrow' Soars to Highest-Rated Episode Ever, Most-Watched Since Series Premiere". TV by the Numbers. December 4, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  44. "Top Programs – Total Canada (English) December 1 – December 7, 2014" (PDF). Numeris. March 4, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 sentyabr 2018.
  45. Patten, Dominic. "TV Ratings: 'Agents Of S.H.I.E.L.D.' Fall Finale Down From 2013, 'Victoria's Secret' & 'Flash' Steady". Deadline Hollywood. December 10, 2014. March 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  46. Kissell, Rick. "Tuesday Ratings: 'Victoria's Secret,' 'Rudolph' Guide CBS to Victory". Variety. December 10, 2014. March 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  47. Patten, Dominic. "TV Ratings: 'Modern Family' Rises, 'Arrow' Fall Finale Steady". Deadline Hollywood. December 11, 2014. March 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  48. Kissell, Rick. "Ratings: 'The Middle,' 'Nashville' Bookend Winning Night for ABC". Variety. December 11, 2014. March 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  49. Lowry, Brian. "'The Flash' Keeps Hitting Its Stride With 'Arrow' Crossover". Variety. December 2, 2014. February 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  50. Borders, Meredith. "TV Review: The Flash And Arrow Crossover Episodes". Birth.Movies.Death. December 4, 2014. January 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  51. 1 2 Agard, Chancellor. "Arrow recap: 'The Brave and the Bold'". Entertainment Weekly. December 3, 2014. December 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  52. Schedeen, Jesse. "The Flash: "Flash vs. Arrow" Review". IGN. December 2, 2014. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  53. Von Doviak, Scott. "TV Review The Flash: "Flash Vs. Arrow"". The A.V. Club. December 2, 2014. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  54. Trumbore, Dave. "The Flash Recap Season 1 Episode 8 "Flash vs Arrow"". Collider. December 2, 2014. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  55. Agard, Chancellor. "The Flash recap: 'Flash vs Arrow'". Entertainment Weekly. December 2, 2014. December 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  56. Walters, Eric. "The Flash: "Flash vs. Arrow"". Paste. December 3, 2014. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  57. Preece, Caroline. "The Flash episode 8 review: Flash vs Arrow". Den of Geek. December 4, 2014. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  58. Schedeen, Jesse. "Arrow: "The Brave and the Bold" Review". IGN. December 3, 2014. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  59. Wilkins, Alasdair. "TV Review Arrow: "The Brave And The Bold"". The A.V. Club. December 3, 2014. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  60. Trumbore, Dave. "Arrow Recap Season 3 Episode 8 "The Brave and the Bold"". Collider. December 3, 2014. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  61. Rozeman, Mark. "Arrow Review: "The Brave and the Bold"". Paste. December 4, 2014. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  62. Cecchini, Mike. "Arrow: The Brave and The Bold review". Den of Geek. December 3, 2014. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  63. Team TVLine. "The Biggest TV Moments of 2014". TVLine. December 16, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  64. Fowler, Matt. "15 Great TV Fight Scenes from 2014". IGN. December 31, 2014. January 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  65. Yeoman, Kevin. "The Best TV Episodes of 2014 – 'Mad Men', 'Walking Dead' & More". ScreenRant. December 26, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  66. Moore, Trent. "The 15 best sci-fi and fantasy television episodes of 2014". Blastr. December 22, 2014. January 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  67. Bentley, Jean. "'The Good Wife,' 'Louie,' 'The Flash' and more of the 17 best episodes of 2014". Zap2it. December 30, 2014. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  68. Nguyen, Hanh. "The CW Renews Supernatural and 7 More – But Where's Beauty and the Beast?". TV Guide. January 11, 2015. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  69. Melrose, Kevin. "Arrow, Flash, Supergirl, CW Crossover Villains Revealed". Comic Book Resources. September 29, 2016. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
  70. Burlingame, Russ. "Marc Guggenheim Reveals the Title of Arrow's 100th Episode". ComicBook.com. October 23, 2016. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.

Xarici keçidlər redaktə


Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024