Françesko Bartolomeo Rastrelli Haqqinda Melumat - Vikipedia

Françesko Bartolomeo Rastrelli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Françesko Bartolomeo Rastrelli

Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[1][2][…], Paris[5]29 aprel (10 may) 1771[3][4], Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayıÇarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur.[6]

Françesko Bartolomeo Rastrelli
it. Bartolomeo Francesco Rastrelli
Doğum tarixi 1700[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 aprel (10 may) 1771[3][4]
Vəfat yeri
Fəaliyyəti memar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.

Memar 1730-cu ildə ustad memarlıq ünvanını alır. Memarın ən son və önəmli işlərindən biri Sankt-Peterburq şəhərində inşa edilən Smolniy Monastırı olmuşdur. Ancaq 1762-ci ildə Çar I Yelizavetanın vəfat etməsi səbəbindən tikinti işləri yarımcıq dayandırılır. Vəfat edən çariçanın yerinə gələn II Yekaterina Barokko memarlığını sevməməsi səbəbindən Françesko Rastrelli memarlıq sənətin bıraxmalı olur. Memar həyatının qalan bölümünü inşaatı başladılmış saray və malikanələrin tamamlanması və dizayn işlərində çalışır. Eyni zamanda Françesko təqaüdə çıxdıqdan sonra İtaliyalı sənətkarlıq tacirləri ilədə əlaqələr yaratmışdır.

 

<

Məşhur sənət nümunələri redaktə

No Şəkil Bina adı Yerləşdiyi yer İnşaat tarixi
1   Rundāle Sarayı Pilsrundāle, Bauska yaxınlığında
Latviya  Latviya
1736–1740
1764–1767
2   Jalqva Sarayı Jalqva
Latviya  Latviya
1738–1740
1763–1772
3   Peterhof saray-park kompleksi Peterhof, Sankt-Peterburq yaxınlığında
Rusiya  Rusiya
1747–1755
4   Peterhof Kilsə kompleksi Peterhof, Sankt-Peterburq yaxınlığında
Rusiya  Rusiya
1747–1751
5   Müqəddəs Andrey kilsəsi Kiev
Ukrayna  Ukrayna
1748–1767
6   Smolnı kafedralı Sankt-Peterburq
Rusiya  Rusiya
1748–1764
7   Vorontsov Sarayı Sankt-Peterburq
Rusiya  Rusiya
1749–1757
8   Böyük Yekaterina sarayı Çarın kəndi (Puşkin)
Rusiya  Rusiya
1752–1756
9   Ermitaj Pavilyonu Çarın kəndi (Puşkin)
Rusiya  Rusiya
1749
10   Mariniski Sarayı Kiev
Ukrayna  Ukrayna
1752
1870
11   Stroqanov Sarayı Sankt-Peterburq
Rusiya  Rusiya
1753–1754
12   Qış sarayı Sankt-Peterburq
Rusiya  Rusiya
1754–1762

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 Arkitekter verksamma i Sverige. 2014.
  2. 1 2 Bartolomeo Francesco Rastrelli // Union List of Artist Names (ing.).
  3. 1 2 http://www.saint-petersburg.com/famous-people/francesco-rastrelli/.
  4. 1 2 Bibliothèque nationale de France Bartolomeo Francesco Rastrelli // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Sarabianov A. D., Bell A. Bartolomeo Francesco Rastrelli // Encyclopædia Britannica (ing.). Encyclopædia Britannica Inc., 1768.
  6. "Bartolomeo Francesco Rastrelli. Encyclopædia Britannica". 2015-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024