Fransa Prezidenti Haqqinda Melumat - Vikipedia

Fransa Prezidenti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fransa Prezidenti

Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti (fr. Président de la République Française) — fransızların seçdikləri dövlət başçısı.

Fransa Respublikasının Prezidenti
Président de la République française
Fransa Prezidentinin ştandartı
Fransa Prezidentinin ştandartı

Vəzifədədir
Emmanuel Makron

14 may 2017-ci ildən
Başçılıq edir Fransa
Müraciət forması Cənab Prezident (qeyri-formal)
Zati-aliləri (beynəlxalq sahədə)
Rəsmi iqamətgahı Yelisey sarayı, Paris
Səlahiyyət müddəti 5 il
Vəzifənin təsis tarixi 20 dekabr 1848
31 avqust 1871
16 yanvar 1947
Vəzifədə birinci Lui-Napoleon Bonapart
Rəsmi saytı http://www.elysee.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir.

1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr. septennat), sonra 5 il (fr. quinquennat) edilmişdir.

2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz."

Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur.

Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır. Ayrıca, rəsmi iqamətgah statusunda Rambuye qalası, Parisdəki "Otel Marinyi" və Var departamentindəki Fort Breqanson qalasıdır.

Fransa prezidentləri De-yure olaraq Andorra knyazları və "Fəxri Legion" ordeninin qrossmeysterləridir.

Xarici keçidlər redaktə

  • elysee.fr — Fransa Prezidentinin rəsmi saytı

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023