Fransa turu 1997 Haqqinda Melumat - Vikipedia

Fransa turu 1997 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tournoi de France ("Fransa Turniri", daha çox Le Tournoi kimi xatırlanır) 1997-ci il iyunun əvvəlində Fransada təşkil olunmuş futbol üzrə beynəlxalq yoldaşlıq turniri olub, 1998-ci il dünya çempionatına məşq xarakteri daşıyıb. Turnirdə iştirak edən 4 milli komandalar: Braziliya, İngiltərə, İtaliya və ev sahibi Fransa. Onlar bir dairə üzrə bir-birinə qarşı oynayırdılar, qrup birinciliyi qazanan həm də turnirin qalibi hesab olunurdu.

Fransa turu 1997
Yarış məlumatları
Ev sahibi
Tarix iyun 1997
Başlama tarixi 3 iyun 1997
Bitmə tarixi 11 iyun 1997
Yekun nəticəsi
Çempion İngiltərə milli futbol komandası
Yarış statistikası
Oyun sayı 6


İngiltərə keçirdiyi ilk iki oyunda İtaliya və Fransanı məğlub etməklə, həmçinin Braziliyaya qarşı oyunda bir xal itirməklə, topladığı ümumi 6 xallıq nəticə ilə turnirin qalibi oldu. Cənubi amerikalılar qələbə və iki oyunluq heç-heçə nəticəsinə görə, 5 xalla ikinci yeri tutdular. Yəqin ki, turnirin ən yaddaqalan oyunu İtaliya və Braziliya arasında keçirilən oyun oldu. 3:3 heç-heçə ilə başa çatan oyunda iki qolu o vaxt hələ 22 yaşı olan Alessandro Del Piero və hərəsinə bir qol olmaqla RomarioRonaldo tərəfindən tərəfindən vuruldu. Və hər komanda bir dəfə öz qapısına avtoqol vurdu. Del Piero 3 qolla turnirin ən yaxşı bombardiri, Romario isə 2 qolla ikincisi oldu. Fransa Turniri daha çox məşhur futbolçu Roberto Karlosun Fransaya qarşı oyunun 21-ci dəqiqəsində vurduğu 35 metrlik cərimə zərbəsi ilə daha da məşhurlaşdı. Bu qol müasir futbolun ən yaxşı qollarından biri hesab olunur.

Cədvəl redaktə

Komandalar Oyun Xal
İngiltərə 3 6
Braziliya 3 5
Fransa 3 2
İtaliya 3 2

[1]


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024