Frantişek Filip Haqqinda Melumat - Vikipedia

Frantişek Filip Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Frantişek Filip (26 dekabr 1930[1]9 yanvar 2021[2][1], Praqa[1]) — Çex rejissoru.

Frantişek Filip
František Filip
Doğum tarixi 26 dekabr 1930(1930-12-26)[1]
Vəfat tarixi 9 yanvar 2021(2021-01-09)[2][1] (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19[3]
Milliyyəti çex
Vətəndaşlığı
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1950-2021
Təhsili
  • Praqada Sənət Akademiyası[d]
Mükafatları Talia Mükafatı (2017)
IMDb ID0277001

Həyatı redaktə

Frantişek Filip 26 dekabr 1930-cu ildə Çexoslovakiyanın Pişek şəhərində anadan olmuşdur. Praqada Sənət Akademiyasında təhsil alarkən, O, 1950-ci ildə ilk filmini çəkmişdir. Bu film sənədli film idi. Məzun olduqdan sonra, 1954-cü ildə Çexoslovak Televiziyasına qatıldı və təqaüdə çıxana qədər orada çalışdı. Lakin, təqaüdə çıxdıqdan sonra da televiziyada çalışmağa davam etdi. Karyerası boyunca hər yaşdan izləyənlər üçün müxtəlif janrlarda 600-ə yaxın film və televiziya proqramının rejissorluğunu etdi və bu sahədəki əvəzsiz xidmətlərinə görə 2017-ci ildə Talia Mükafatına layiq görüldü.

Ölümü redaktə

Məşhur rejissor Frantişek Filip də insanlığın bəlasına çevrilən koronavirus pandemiyasına yoluxmuşdu və bu amansız xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət sürən müalicələr belə onu xilas edə bilmədi və məşhur film və televiziya rejissoru Frantişek Filip 9 yanvar 2021-ci ildə koronavirus pandemiyasından dünyasını dəyişdi.

Filmoqrafiya redaktə

Televiziya filmləri redaktə

  • 1960 - Fərdanın dünyaya necə gəlməsi (uşaqlar üçün)
  • 1962 - Bir kottecdə üç oğlan
  • 1966 - Elişka və ailəsi
  • 1968 - Sağlam düşüncəli nikahlar
  • 1971 - F. L. Yaş
  • 1974 - Bir vaxtlar bir ev var idi
  • 1975 - Cottagemen
  • 1982 - Dobra Voda
  • 1984 - Şef Svatoplukun utancı
  • 1986 - Pis qan
  • 1988 - Sirk Humberto
  • 1990 - And içirəm və söz verirəm
  • 1992 - Boyunbağı
  • 2000 - Pra Pra Pra

Musiqi əsərləri redaktə

  • 1978 - Polşa qanı
  • 1981 - Barter Gəlin
  • 1983 - Yarasa

Filmlər redaktə

  • 1964 - Ruhun hekayəsi
  • 1966 - Qəhrəman qorxur
  • 1967 - Gənc Zəngin Adamın Əzabları
  • 1969 - Cəsur Miss
  • 1993 - Bir-birinin ardınca pişik
  • 1999 - Qorxma və oğurlama

İstinadlar redaktə

Xarici keçidlər redaktə

  1. IMDB-də Frantişek Filip
  2. Frantişek Filip 90 yaşında COVID-19-dan dünyasını dəyişdi

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024