Frayburq Haqqinda Melumat - Vikipedia

Frayburq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Frayburq-im-Braysqau

Almaniyanın Baden-Bürtemberq diyarında şəhər
(Frayburq səhifəsindən istiqamətləndirilmişdir)


Frayburq-im-Braysqau (alm. Freiburg im Breisgau‎) — Almaniyanın cənub-qərbində yerləşən və Baden-Vürtemberq əyalətinin dördüncü böyük şəhəridir. Alman dilindən tərcümədə "frei" azad, "burg" isə qurulan, işlənən mənasındadır. Qara meşənin qərbindən, Ren ovalığına kimi yerləşən Frayburq, ilıq iqlimi ilə məşhurdur və Almaniyanın ən isti bölgəsidir. "Üç ölkə üçbucağında" (alm. Dreiländereck‎) olan şəhər, İsveçrənin sərhəddindən 60 km və Fransanın sərhəddindən 25 km uzaqlıqda yerləşir. Əhalisinin təxminən 85%'i fransızca danışır və əhalinin əsas hissəsi katolikdir.

Şəhər
Frayburq-im-Braysqau
Freiburg im Breisgau
Bayraq Gerb
Bayraq Gerb
47°59′42″ şm. e. 7°51′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 153,04 km² (2016)[2]
Mərkəzin hündürlüyü 278 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 236.140 nəf. (31 dekabr 2022)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 0761, 07664, 07665
Poçt indeksi 79098–79117
Nəqliyyat kodu FR
Digər
freiburg.de
Xəritəni göstər/gizlə
Frayburq-im-Braysqau xəritədə
Frayburq-im-Braysqau
Frayburq-im-Braysqau
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1091-ci ildə Zähringerler bir qala tikdilər. Bu qaladan başlayaraq inkişaf edən qəsəbəyə 1120-ci ildə şəhər statusu verildi. Ondan sonra müxtəlif sülalələrin nəzarətində olan Frayburq, 1386-cı ildə Habsburgluların əlinə keçdi. Orta əsrlərdə şəhərin varlı olmasına səbəb Qara meşədə mövcud olan gümüş mədənləri idi. 1457-ci ildə şəhərdə bir universitet tikildi.

Otuz illik müharibədə böyük zərərə uğrayan Frayburq, 1648-ci ildə Avstriyanın qərb əyalətinin paytaxtı oldu. Amma 1713-cü ilə qədər bir neçə dəfə Fransa tərəfindən işğal edildi. 1805-ci ildə Frayburq, Baden krallığı tərəfindən ələ keçirildi.

1940-cı ildə Frayburqda qalan yəhudilər, cənubi Fransadakı Gurs çadır şəhərciyinə və oradan da Şərqi Avropadakı "məhv etmə şəhərciklərinə" göndərilərək öldürüldülər. 1944-cü ildə Royal Air Force şəhəri bombaladı və nəticədə 2.700 sakin həyatını itirdi.

Əhali redaktə

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri [4]
Ölkə Əhali (2016)
İtaliya  İtaliya 3,417
Rumıniya  Rumıniya 2,742
Serbiya  Serbiya 2,713
Türkiyə  Türkiyə 2,048
Fransa  Fransa 1,656
Suriya  Suriya 1,482
Xorvatiya  Xorvatiya 1,410
Polşa  Polşa 1,360
Kosovo  Kosovo 1,294
İraq  İraq 1,072

Mədəniyyət və təhsil redaktə

1457-ci ildə qurulan Freiburg Albert-Ludwigs universiteti, Almaniyanın ən qədim universitetlərindən biridir. Təxminən 20.000 tələbə, müxtəlif fakültələrə sahib Frayburq universitetində təhsil alırlar.

Şəkillər redaktə


İstinadlar redaktə

Həmçinin bax redaktə



Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023