Ftiziatriya Haqqinda Melumat - Vikipedia

Ftiziatriya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ftiziatriya (q.yun. φθίσιςvərəm + ἰᾱτρείαmüalicə) və ya ftiziologiyavərəmin səbəblərini, yayılma qanunauyğunluqlarını və inkişaf mexanizmlərini, insan orqanizmində törətdiyi patoloji prosesləri və onun qarşısının alınması, diaqnostikası, müalicəsi, vərəmli xəstələrin reabilitasiyası üsullarını öyrənən klinik tibb sahəsi. Bu sahədə diplomdan sonrakı təhsil almış həkimə ftiziatr deyilir.[1]

Ağ ciyərləri vərəmlə zədələnmiş mum insan fiquru

Ftiziatriya və əlaqəli ixtisaslar redaktə

Vərəm əleyhinə dispanserlərdə, vərəmə qarşı mübarizə kabinetlərində, xəstəxanalarda, sanatoriyalarda ftiziatr vərəmin diaqnostikası, müalicəsi, dispanser müşahidəsi və profilaktikası ilə məşğul olur, digər tibb mütəxəssislərinə bu xəstəliyin erkən aşkarlanması və qarşısının alınması üzrə məsləhət və metodiki köməklik göstərir, zəruri olduqda digər mütəxəssislərə müraciət edir, çünki yalnız konservativ müalicə və minimal invaziv prosedurların istifadəsi kifayət olmaya bilər. Bəzi ölkələrdə ayrıca "ftiziocərrahiyə" ixtisası var. Rusiya və Ukraynada torakal cərrahlar ağciyər vərəmini (yalnız ftiziatrın göstərişi əsasında), ortopedlər isə sümük-oynaq vərəmini müalicə etmək hüququna malikdirlər. Sidik-cinsiyyət orqanlarının vərəmini uroloq və ginekoloqlar, göz vərəmini oftalmoloqlar və s.

İzolyasiya və məhdudlaşdırıcı tədbirlər redaktə

İxtisaslaşdırılmış vərəm əleyhinə doğum evlərində, eləcə də adi doğum evlərinin boks və təcridxanalarında vərəmli hamilə xəstələrə nəzarəti və doğuşun qəbul olunmasını mama-ginekoloqlar həyata keçirirlər. Bəzi ölkələrdə, o cümlədən Rusiyada vərəm əleyhinə müəssisələrin profilinin dəyişdirilərək digər məqsədlər üçün qurumlara çevrilməsi, habelə onların ərazisində tikinti aparılması qadağandır.

İstinadlar redaktə

  1. Врач-фтизиатр Arxivləşdirilib 2017-08-25 at the Wayback Machine // Приказ Минздравсоцразвития РФ от 23.07.2010 N 541н. Об утверждении Единого квалификационного справочника должностей руководителей, специалистов и служащих, раздел «Квалификационные характеристики должностей работников в сфере здравоохранения».

Ədəbiyyat redaktə

  • Ftiziatriya // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  • Фтизиатрия / Хоменко А. Г. // Большая медицинская энциклопедия : в 30 т. / гл. ред. Б. В. Петровский. — 3-е изд. — М. : Советская энциклопедия, 1985. — Т. 26 : Углекислые воды. — 560 с. : ил.
  • Гельберг И. С., Вольф С. Б., Алексо Е. Н., Шевчук Д. В. Фтизиатрия // Минск: Вышэйшая школа, 2009. — 334 с., ил. ISBN 978-985-06-1682-1.
  • Фтизиатрия: национальное руководство / под ред. М. И. Перельмана // М.: ГЭОТАР-Медиа, 2010. — 512 с. ISBN 978-5-9704-1232-9.
  • Орел В. И., Кривохиж В. Н. Медико-социальные и организационные проблемы детской фтизиатрии // С.-Пб.: СпецЛит, 2019. — 439 с. ISBN 978-5-299-00871-5.

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024