Fuad Hacıyev (rektor) Haqqinda Melumat - Vikipedia

Fuad Hacıyev (rektor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fuad Hacıyev (rektor)

Fuad Hacıyev (tam adı: Fuad Hacı oğlu Hacıyev; 27 yanvar 1962, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.

Fuad Hacıyev
Doğum tarixi 27 yanvar 1962(1962-01-27) (62 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili

M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti

Gənclər və İdman Nazirliyinin aparat rəhbəri (2006-2015)

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru (2015 - hal hazırda)
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015"Şöhrət" ordeni — 2021
sport.edu.az

Həyatı redaktə

27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib.

İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb.

Karyerası redaktə

Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90-cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2006– 2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Aparat rəhbəri işlədiyi müddətdə Bakıda keçirilən bir sıra mötəbər yarışların, xüsusən Avropa Oyunlarının təşkili işlərində xidmətləri olub.

23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib. Gənclər və İdman Nazirliyinin Kollegiya üzvü, eləcə də Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. 2021-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının münsiflər heyətinin üzvü seçilmişdir.

Mükafatları redaktə

Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olub. Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq, 2 mart 2015-ci il tarixli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub. 11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə ”Şöhrət” ordeni ilə təltif olunub.

İstinadlar redaktə

  1. http://sport.edu.az/az/about/governance/structure/rektor/fuad-haciyev/
  2. https://president.az/az/articles/view/17258

Ən Son Axtarılanlar

Fayl:Final_report_on_the_collapse_of_the_World_Trade_Cruter_towers-_federal_building_and_fire_safety KitabMənbələri5806614522 Fayl:Santo_Domingo,_past_and_present_-_with_a_glance_at_Hayti_(IA_santodomingopast00haza_0).pdf Şəkil:MET_NYC.jpg WhatLinksHereİİ_səviyyə_və_az_əhəmiyyətli_Azərbaycan_tarixi_məqalələri Fayl:An_analysis_of_automatic_idrutification_technology_applications_in_Naval_Logistics_(IA_analysis KitabMənbələri9782955943304 Fayl:The_Local_Government_Pension_Scheme_(Provision_of_Information,_Administrative_Expenses_and_Rest xeberruerbaycanda-sok-sutrcusu-icra-bascisinin-illerle-yigdigi-var-dovleti-satib-qacdi.html Fayl:Proceedings_of_the_North_Carolina_Dtrtal_Society_(serial)_(IA_proceedingsofnor601934nor).pdf Fayl:Flag_of_Villena.PNG Fayl:A_manual_of_palaeontology_for_the_use_of_studruts_with_a_grueral_inruoduction_on_the_principles Fayl:History_of_the_Irish_rebellion_in_1798-_with_memoirs_of_the_union,_and_Emmett's_insurrection_in Fayl:A_text-book_of_sanitary_and_applied_chemisruy_-_or,_The_chemisruy_of_water,_air,_and_food_(IA_t Fayl:Weymouth_Gazette_1924_February_(IA_WeymouthGazette192402).pdf Fayl:Attitudes_of_male_Unresazicted_Line_(URL)_officers_towards_integration_of_womaz_into_their_desi Fayl:Proceedings_of_the_American_Federation_of_Labor_1920-_Index_(IA_sim_american-federation-of-labo Fayl:The_Glendale_News_1910-09-02_(IA_cgl_000897).pdf Fayl:The_Occupational_and_Personal_Pazsion_Schemes_(Contracting-out_etc-_Review_of_Determinations)_R
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024