Fuad Vəlixanov Haqqinda Melumat - Vikipedia

Fuad Vəlixanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vəlixanov Fuad Zülfüqar oğlu (1 may 1941, Bakı16 may 2022) — Azərbaycanın Əməkdar İncəsənət Xadimi (2006), televiziya verilişlərinin redaktoru, prodüser. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü.

Fuad Vəlixanov
Fuad Zülfüqar oğlu Vəlixanov
Doğum tarixi 1 may 1941(1941-05-01)
Doğum yeri
Vəfat tarixi 16 may 2022(2022-05-16) (81 yaşında)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti prodüser
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2006

Həyatı redaktə

Vəlixanov Fuad Zülfüqar oğlu 01 may 1941-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İki qız övladı, dörd nəvəsi və bir nəticəsi var. 16 may 2022-ci ildə, 81 yaşında vəfat edib.

Yaradıcılığı redaktə

1965-1969-cu illərdə "Molodyoj Azerbaydjana", "Vişka" qəzetlərində və "Kommunist" nəşriyyatında əməkdaşlıq edib. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.

1992-1993-cü illərdə ilk müstəqil "BM-Tİ" teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən "Müəllif Proqramları və Xüsusi Lahiyələr" departamentinin direktoru vəzifəsində işləyir.

2006-cı ildə "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.

Filmoqrafiya redaktə

  1. Yaşar Nuri olduğu kimi... (film, 2001)
  2. Mənsiz... Ömrün son gecəsi (2002)
  3. Onlar belə sevirdilər (veriliş, 2007)
  4. Zamanla üz üzə (film, 2007)
  5. Kinli, xəsis, səfeh (film, 2008)
  6. Dayanacaq (film, 2009)
  7. Bir gün olmasam... (film, 2012)
  8. Yaşadan, yaşayan Yaşar (film, 2012)

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024