Futbol 2017 İslam Həmrəyliyi Oyunlarında Haqqinda Melumat - Vikipedia

Futbol 2017 İslam Həmrəyliyi Oyunlarında Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Futbol 2017 İslam Həmrəyliyi Oyunlarında

Dünyanın ən məşhur idman növlərindən biri olan futbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Futbol yarışlarında 8 kişi komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən bir neçə məkanda keçirilib. Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionu olan Tofiq Bəhramov adına Respublika Stadionu final qarşılaşmasına, Dalğa Arena yarımfinal oyunlarına, Azal Arena və Bayıl Arena isə qrup mərhələsinin yarışlarına ev sahibliyi edib. Mayın 8-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.[1].

Ölkə Azərbaycan Azərbaycan
Tarix 8 may-21 may 2017 Bakı
Komandalar 8 (3 konfederasiyadan)
 Azərbaycan
 Türkiyə
 Səudiyyə Ərəbistanı
 Mərakeş
 Əlcəzair
 Kamerun
 Oman
 Fələstin
Çempion  Azərbaycan
Finalçı  Oman
3-cü  Əlcəzair
4-cü  Kamerun
Oyun sayı 16
Qol sayı 37 (oyun başına 2.31)
Bombardir(lər) Fələstin Oday Dabbaq (3 qol)

Qrup mərhələsi redaktə

Birinci tur redaktə

Səkkiz komandanın qatıldığı yarışda ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri də qələbə uğrunda mübarizə aparırlar. Azərbaycan millisi ev sahibi olduğu üçün "A" qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləridir. "B" qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışırlar. Yarışın ilk günündə Azərbaycan millisi "Bayıl Arena" stadionunda Kamerun yığması ilə qarşılaşıb. Gürcüstanlı baş hakim Giorgi Kuraşvilinin idarə etdiyi oyunda hesab açılmayıb. "A" qrupunun digər oyunu Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları arasında keçirilib. "AZAL Arena"da təşkil olunan matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Mərakeş millisi matçın 76-cı dəqiqəsində istəyinə nail olub. Çouaib Əl Maftul adını tabloya yazdırıb – 1:0. Bu, oyunda yeganə qol olub və Mərakeş millisi "Bakı-2017"yə qələbə ilə başlayıb."B" qrupunun ilk oyununda isə "Bayıl" stadionunda Türkiyə millisi Əlcəzair yığması ilə qarşılaşıb. Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində Türkiyə millisi hesabı açıb. Matçın 38-ci dəqiqəsində Onur Eriş fərqlənib – 1:0. Oyunun 78-ci dəqiqəsində əlcəzairli Fərid Əl Məlali hesabı bərabərləşdirib – 1:1. Görüşün sonuncu dəqiqəsində Türkiyə millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Ahmed Qaqqa Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib – 2:1. Bu qrupun digər görüşü "AZAL Arena"da Fələstin və Oman yığmaları arasında oynanılıb. Qarşılaşmanın 5-ci dəqiqəsində fələstinli Oday Dabbaq hesabı açıb. Oyunun ilk hissəsi Fələstin millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0. İkinci hissəyə daha fəal başlayan Oman yığması 48-ci dəqiqədə Marvan Vadi Avladın qolu ilə hesabı bərabərləşdirib – 1:1. Görüşün 54-cü dəqiqəsində Oday Dabbaqın dublu ilə Fələstin yenidən hesabda önə çıxıb. Matçın 86-cı dəqiqəsində Marvan Vadi Avlad dubl edərək hesaba tarazlıq gətirib – 2:2. Qalan vaxtda hesab dəyişməyib və matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.[2].

İkinci tur redaktə

"Bakı-2017"nin futbol yarışının qrup mərhələsinin ikinci turunun görüşləri mayın 11-də olub. "A" qrupunda Azərbaycan-Səudiyyə Ərəbistanı, Kamerun-Mərakeş, "B" qrupunda isə Oman-Türkiyə və Fələstin-Əlcəzair görüşləri oynanılıb."Bakı-2017"nin futbol yarışlarında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarətdir. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alır. Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edib.

"A" qrupu çərçivəsində keçirilən Kamerun-Mərakeş görüşündə qalib müəyyənləşməyib. "Bayıl Arena"da keçirilən oyunun 29-cu dəqiqəsində kamerunlu Panqop Tçidcu Frantz hesabı açıb. Oyunun ilk hissəsi Kamerun millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0. Oyunun 58-ci dəqiqəsində Kamerun millisinin üzvü Kami Ntankue Yves Daniel qırmızı vərəqə alaraq matçdan kənarlaşdırılıb. Bərabərlik qolunu matçın ikinci hissəsinə artırılan əlavə vaxtda mərakeşli Həmzə Qodali vurub.

Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-i pilləyə yüksəlib.[3].

Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər — 1:1.

Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması ilə 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.

"B" qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib. "AZAL Arena"da təşkil olunan görüşün 27-ci dəqiqəsində türkiyəli futbolçu Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib. Digər matç "AZAL Arena"da Fələstin və Əlcəzair yığmaları arasında oynanılıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Görüşdə yeganə qol oyunun 63-cü dəqiqəsində qeydə alınıb. Fələstin millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fərid Əl-Məlali Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib — 1:0.

Üçüncü tur redaktə

Futbol yarışlarında qrup mərhələsinə yekun vuruldu. Baş tutan 4 matçdan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Öncə B qrupunda görüşlər keçirilib. Türkiyə ilə matçda 3 top fərqi ilə önə keçən Fələstin bu üstünlüyünü qoruya bilməyib. İnanılmaz geridönüşə imza atan "ay-ulduzlular" özlərindən sonra rəqibin də qrupdan çıxmasına imkan verməyiblər. Digər qarşılaşmadan sülhlə ayrılan Əlcəzairlə Oman əl-ələ verib, qrup səddini aşıblar. Milli komandamız A qrupunda Mərakeşlə Azərbaycan komandaları üz-üzə gəlib. İlk iki turdan sonra aktivində 4 xalı olan yığmamıza bu matçda bərabərlik də kifayət edirdi. Nəticədə rəqibi ilə qolsuz bərabərə qalan Yaşar Vahabzadənin yetirmələri yollarına davam ediblər, lakin komandamız qrupu ikinci sırada tamamlayıb. Çünki digər oyunda Səudiyyə Ərəbistanını böyük hesabla üstələyən Kamerun lider kimi mərhələ adlayıb. Millimiz qrupdan çıxıb, yarımfinalda Əlcəzairə rəqib oldu. Beləliklə, millimiz yarımfinalda Əlcəzairlə, Kamerun isə Omanla qarşılaşacaq. Yarımfinal mərhələsinin görüşləri mayın 18-də baş tutacaq.[4].

A qrupu redaktə

Y. Komanda O. Q. B. M. Vq Bq Tf X.
1   Kamerun 3 1 2 0 4 1 +3 5
2   Azərbaycan 3 1 2 0 2 0 +2 5
3   Mərakeş 3 1 2 0 2 1 +1 5
4   Səudiyyə Ərəbistanı 3 0 0 3 0 6 -6 0
8 may 2017
10:30
  Səudiyyə Ərəbistanı 0 : 1
Hesabat
  Mərakeş
Qollar Qol  76' Çouaib Əl Maftul
AZAL Arena
Hakim: Ukrayna  Mikola Balakin

8 may 2017
18:30
  Azərbaycan 0 : 0
Hesabat
  Kamerun
Bayıl Arena
Hakim: Gürcüstan  Giorgi Kuraşvili

11 may 2017
12:30
  Kamerun 1 : 1
Hesabat
  Mərakeş
Qol  29' Panqop Tçidcu Frantz Qollar Qol  90+1' Həmzə Qodali
Bayıl Arena
Hakim: Azərbaycan  Rəhim Həsənov

11 may 2017
18:30
  Azərbaycan 2 : 0
Hesabat
  Səudiyyə Ərəbistanı
Qol  67' Elşən Abdullayev
Qol  80' Ağabala Ramazanov
Qollar
Bayıl Arena
Hakim: Moldova  Andrey Çeban

15 may 2017
18:30
  Kamerun 3 : 0
Hesabat
  Səudiyyə Ərəbistanı
Qol  39' (başla qol) Nkolo Ossinqane
Qol  45+1' (pen.) Panqop Tçidcu Frantz
Qol  59' Makki Bağnyak
Qollar
AZAL Arena
Hakim: Azərbaycan  Əliyar Əliyev

15 may 2017
18:30
  Mərakeş 0 : 0
Hesabat
  Azərbaycan
Bayıl Arena
Hakim: Gürcüstan  Giorgi Kuraşvili

B qrupu redaktə

Y. Komanda O. Q. B. M. Vq Bq Tf X.
1   Əlcəzair 3 2 1 0 4 2 +2 7
2   Oman 3 1 2 0 6 5 +1 5
3   Türkiyə 3 1 0 2 7 8 -1 3
4   Fələstin 3 0 1 2 5 7 -2 1

8 may 2017
12:30
  Əlcəzair 2 : 1
Hesabat
  Türkiyə
Qol  78' Fərid Əl Məlali
Qol  90+6' (pen.) Ahmed Qaqqa
Qollar Qol  38' Onur Eriş
Bayıl Arena
Hakim: Azərbaycan  Əliyar Əliyev

8 may 2017
16:30
  Fələstin 2 : 2
Hesabat
  Oman
Qol  5' (54) Oday Dabbaq Qollar Qol  48' (86) Marvan Vadi Avlad
AZAL Arena
Hakim: Moldova  Andrey Çeban

11 may 2017
10:30
  Oman 3 : 2
Hesabat
  Türkiyə
Qol  58' Əl Matruşi
Qol  64' Salaah Əl Yahyai
Qol  73' (pen.) Muhsen Əl Qassani
Qollar Qol  27' Melih Okutan
Qol  45+1' Oğuzhan Kayar
AZAL Arena
Hakim: Gürcüstan  Giorgi Kuraşvili

11 may 2017
16:30
  Fələstin 0 : 1
Hesabat
  Əlcəzair
Qollar Qol  63' (pen.) Fərid Əl-Məlali
AZAL Arena
Hakim: Ukrayna  Mikola Balakin

15 may 2017
12:30
  Oman 1 : 1
Hesabat
  Əlcəzair
Qol  40' Muhsin Əl Qassani Qollar Qol  45+1' Tayeb Meziani
AZAL Arena
Hakim: Moldova  Andrey Çeban

15 may 2017
12:30
  Türkiyə 4 : 3
Hesabat
  Fələstin
Qol  44' (81) Hakkı Can Aksu
Qol  63' Melih Okutan
Qol  70'Onur Eriş
Qollar Qol  22' Oday Əl Dabbaq
Qol  29' Mohammed Maraaba
Qol  33' İslam Batran
Bayıl Arena
Hakim: Ukrayna  Mikola Balakin

Məkanlar redaktə

Bakı

 

Bakı
Tofiq Bəhramov adına Respublika Stadionu Dalğa Arena
   
Tutumu: 31,200 Tutumu: 6,500
Bakı Bakı
Bayıl Arena AZAL Arena
Tutumu: 5,000 Tutumu: 3,500

Pley-of mərhələsi redaktə

Bu mərhələdə U-23 millimiz də finala vəsiqə uğrunda mübarizə aparıb. Komandamızın rəqibi isə Əlcəzair yığması idi. Futbolçularımız bu görüşdən iki cavabsız qolla qalib ayrılıblar. Nəticədə, Azərbaycan İslamiadanın ilk finalına çıxan komanda olub. Digər yarımfinal oyununda isə Kamerun yığması ilə Oman üz-üzə gəlib

18 may 2017
12:30
  Əlcəzair 0 : 2
Hesabat
  Azərbaycan
Qollar Qol  22'Ruslan Abışov
Qol  29' Məqsəd İsayev
Dalğa Arena
Hakim: Ukrayna  Mikola Balakin

Oyunun əsas vaxtı qolsuz bərabərliklə çatdığı üçün 30 dəqiqəlik əlavə vaxt verilmiş və nəticədə hesab yenə dəyişməmiş. 0:0 Qalibi müəyyən etmək üçün görüşün hakimi qapılara 11 metrlik cərimə zərbələri təyin edib. Bu zərbələri daha dəqiq yerinə yetirən Oman komandası finala çıxıb. Kamerun komandası isə bürünc medallar uğrunda mübarizə aparacaq.


18 may 2017
18:30
  Kamerun 0 : 0
(əlavə vaxt 0 : 0)

11 m. 3 : 4
Hesabat
  Oman
Qaçan penalti (qapıçı qurtardı)  Moundi Alim Mohaze
Vurulub  Serge Andoulo
Qaçan penalti (çölə attı)  Mbaissidara Mbaiza Olivier
Vurulub  Kunde Malonq Pierre
Vurulub  Panqop Tçidcu Frantz
Qaçan penalti (çölə attı)  Bağnyak MoueqniI Makki Frank
11 metrlik cərimə zərbələri Qaçan penalti (çölə attı)  Əl-Yahyaeyi Saalah
Vurulub  Əl-Qassani Muhsen
Vurulub  Əl Matruşi Ahmed
Vurulub  Əl-Mmamari Juma Mubarak
Qaçan penalti (dirəkdən döndü)  Əl-Kaabi Ahmed
Vurulub  Əl-Habsi Juma
Dalğa Arena
Hakim: Azərbaycan  Rəhim Həsənov
Yarımfinal Final
18 may 2017
   Kamerun  0 Vurulub  3  
   Oman  0 Vurulub  4  
 
21 may 2017
       Azərbaycan  2
     Oman  1
Üçüncü yer uğrunda oyun
18 may 2017 21 may 2017
   Əlcəzair  0    Əlcəzair  2
   Azərbaycan  2      Kamerun  0

Üçüncu yer uğrunda oyun redaktə

Bürünc medallar uğrunda Əlcəzair və Kamerun milli komandaları qarşılaşıblar. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş azərbaycanlı hakimlər briqadası tərəfindən idarə olunub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. Matçda ilk qol oyunun 55-ci dəqiqəsində vurulub. Kamerun millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Qaqa Ahmed hesabı açıb. Görüşün 64-cü dəqiqəsində Hamra Abderrahim ikinci topu Kamerun yığmasının qapısından keçirib – 2:0. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Əlcəzair millisinin xeyrinə başa çatıb. Bununla da Əlcəzair milli komandası IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının bürünc medallarına sahib olub.

21 may 2017
14:00
  Əlcəzair 2 : 0
Hesabat
  Kamerun
Əhməd Qaqqa Qol  55' (pen.)
Abderrahim Hamra Qol  63'
Qollar
Tofiq Bəhramov adına Respublika Sadionu
Hakim: Azərbaycan  Əliyar Ağayev

Final redaktə

23 yaşadək milli komandamız finalda Oman milli komandası ilə qarşılaşıb. Görüşə fəal başlayan Azərbaycan millisi 17-ci dəqiqədə istəyinə nail olub. Millimizin futbolçusu Mahir Mədətov rəqib komandanın qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb — 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində komandamız ikinci topu rəqib qapısından keçirməyə yaxın olsa da, top çərçivədən keçməyib. Oman millisinin qapısına təyin olunmuş cərimə zərbəsini Mahir Mədətov dəqiq yerinə yetirə bilməyib, lakin beş dəqiqə sonra Mahir Mədətov özünün və komandasının ikinci qolunu vurub — 2:0. Qarşılaşmanın 56-cı dəqiqəsində rəqib komandanın futbolçusu Salaah Əl-Yahyai hesab arasındakı fərqi azaldıb — 2:1, lakin bu, matçda vurulan son qol olub və Azərbaycan millisi tarixində ilk dəfə beynəlxalq miqyaslı turniri çempion kimi başa vurub.

21 may 2017
21:00
  Azərbaycan 2 : 1
Hesabat
  Oman
Qol  17' (27) Mahir Mədətov Qollar Qol  56' Əl Yahyaei
Tofiq Bəhramov adına Respublika Sadionu
Hakim: Gürcüstan  Giorgi Kuraşvili

Bombardir redaktə

Fələstin  Oday Dabbaq (3 qol)
Azərbaycan  Mahir Mədətov (2 qol)
Əlcəzair  Əhməd Qaqqa (2 qol)
Əlcəzair  Fərid Əl Məlali (2 qol)
Kamerun  Panqop Tçidcu Frantz (2 qol)
Oman  Muhsen Əl-Qassani (2 qol)
Oman  Salaah Əl-Yahyai (2 qol)
Oman  Marvan Vadi Avlad (2 qol)
Türkiyə  Melih Okutan (2 qol)
Türkiyə  Hakkı Can Aksu (2 qol)

Yekun nəticə redaktə

Qr Komanda O Q H U QT QQ QF Xal Yekun nəticə
1 A   Azərbaycan 5 3 2 0 6 1 +5 11 Qızıl medal
2 B   Oman 5 1 3 1 7 6 +1 6 Gümuş medal
3 B   Əlcəzair 5 3 1 1 6 4 +2 10 Bürünc medal
4 A   Kamerun 5 1 3 1 4 3 +1 6 4-cü yer
5 A   Mərakeş 3 1 2 0 2 1 +1 5 Qrup məhrələsində ələnənlər
6 B   Türkiyə 3 1 0 2 7 8 −1 3
7 B   Fələstin 3 0 1 2 5 7 −2 1
8 A   Səudiyyə Ərəbistanı 3 0 0 3 0 6 −6 0
8-21 may 2017 tarixində oynanılmış matç(lar) əsasında yenilənib. Mənbə: [mənbə göstərin]

İstinadlar redaktə

  1. Baku 2017 com [ölü keçid]
  2. "Azər Tac". 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
  3. "Repor İnformasiya Agentliyi". 2017-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
  4. "Apa spor". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.

Həmçinin bax redaktə


Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024