Göydüşəntəpə Haqqinda Melumat - Vikipedia

Göydüşəntəpə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Göydüşəntəpə

GöydüşəntəpəQusar rayonu ərazisində dağ.[1]

Göydüşəntəpə

Haqqında redaktə

Göydüşəntəpə — Qusar rayonu ərazisində dağ adıdır. Bu toponimin əsl adı Gavduşantəpədir. Hündürlüyü 12 metr olan təpədən qədim yaşayış məskəninin qalıqları tapılmışdır.

Gavduşan düzünün adındandır. Gavduşan düzü Samur çayının cənub-şərqində, Xəzərboyu ərazinin, Müşkür düzünün şimal hissəsini əhatə edir. Tarixi mənbələrə görə, 1774-cü ildə Gavduşan düzündə Dağıstan feodallarının birləşmiş qüvvələri ilə Qubalı Fətəli xanın qoşunu arasında vuruşma baş vermişdi. Oronim Gavduşan (düzün adı) və təpə komponentlərindən düzəlib. Gavduşan oronimi isə gav (ov heyvanı), duş (dəşt sözünün təhrif forması olub, "çöl, düz" deməkdir) və -an (məkan bildirən formant) sözlərindən düzəlib, "ovlaq, ov heyvanları olan düz" deməkdir.

İstinadlar redaktə

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007.

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024