Göztəpə İK Haqqinda Melumat - Vikipedia

Göztəpə İK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Göztəpə İdman Klubuİzmir mərkəzli Türkiyə 1-ci Liqasında mübarizə aparan Türk idman klubu.

Göztəpə
Loqonun şəkli
Klubun tam adı Göztəpə İdman Klubu
Ölkə Türkiyə Türkiyə
Ləqəb(lər) Göz-göz
Sarı-qırmızlar
İzmirin ağası
Kodu Göztəpə İK
Yaranma tarixi 14 iyun, 1925[1]
Stadionu Gürsel Aksel Stadionu [2]
Tutumu 20 035
Prezidenti Danimarka Rasmus Ankersen
Baş məşqçisi Avstriya Əkrəm Dağ
Liqa Türkiyə 1-ci Liqası
2022-23 7-cu
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

14 iyun 1925-ci İldə Altay İdman Klubunun Aydında iştirak etdiyi idman müsabiqəsində rəhbərlikdə olan Fərid Bəyə söz haqqı verilməməsi nəticə, qayıdış yolunda qatarda çıxan münaqişələrdən sonra Altayda oynayan Nəbil ilə Vədat qardaşları, Müzəffər Koral, Fərid Simsaroğlu, Nəcati Bəy və Nüsrət Bəy bir idman klubu qurmağa qərar verirlər. 14 iyun 1925-ci ildə, bərə keçidi yanındakı Mez-Qazinoda toplanan Göztəpə səmtinin stajlı futbolçuları və gəncləri Göztəpə İdman Klubunu qururlar. Keçirilən ilk konqresdə Göztəpə Fəxri Sədrliyinə o dövrün Meri Kazım Dirik seçilir. İdari heyətində isə bu adlar yer alır; Sədr Fəhmi Simsaroğlu, ikinci sədr Turan Diri, mühəndis Əziz Bəy, Mustafa Bəy, Murtuza Bəy, müəllim Şərif Bəy, Ələddin Bəy və Adil Burqas. Ümumi Rəhbərliyə isə Əhməd Özgirgin gətirilir.

1937-1939 arası, dövrün İzmir Valisi Fazalı Güləçin təşəbbüsləri nəticəsidə, İzmirsporEgesporla birləşmiş və Doğanspor adı altında mübarizə aparmışdır. Qısa zaman sonra təkrar köhnə adını alan klub, Türkiyəyə Avropadakı ilk idman uğurları gətirən idman klubu olmuşdur. Ən böyük uğurunu 1950-ci ildə Türkiyə çempionu olaraq yaşamışdır. 14 il fasilədən sonra, 2017-ci ildə yenidən Super Liqaya çıxıb.

Tarixçəsi redaktə

1941, 1942, 1943, 19451949-cu illərdə İzmir Çempionu oldu. 1950-ci ildə Türkiyə Futbol Çempionatına qatılmağa haqq qazandı və bundan əvvəl Gənçlərbirliyi, ardından Beşiktaşa qarşı qələbə qazanaraq Çempion adına layiq görülüb.

1968-19691969-1970 mövsümlərində 2 dəfə Türkiyə Kubokunu öz muzeyinə aparmağı bacarmışdır.

Peşəkar liqaların başladığı 1959-cu ildən etibarən 25 il Super Liqa, 25-ci il 1-ci Liqada mübarizə aparan və 3 dəfə 1-ci Liqa çempionluğu qazanan komanda, bir çox kuboku da muzeyinə gətirmişdir.

13 avqust 2014-cü il tarixində İzmirin Urla ilçəsində tikintisi başa çatan Adnan Süvari Obyektləri istifadəyə verilmişdir.

4 iyun 2017-ci il tarixində 14 illik bir fasilədən sonra yenidən 1-ci Liqadan Super Liqaya yüksəlib.

Heyəti redaktə

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Türkiyə  GK Göktuğ Bakırbaş
2 Braziliya  DF Kristian Taruko
3 Kot-d'İvuar  DF Adama Trarore
5 Türkiyə  MF Alpaslan Öztürk
6 Kosta-Rika  MF Celso Borges
7 Türkiyə  MF Xəlil Akbunar
8 Portuqaliya  MF Andre Kastro
9 Əlcəzair  FW Nabil Gilas
10 Fransa  MF Yoan Quffran
11 Fransa  MF Axel Ngando
13 Portuqaliya  GK Beto
15 Qana  DF Lumor Ağbenyenu
17 Qabon  MF Andre Biyogo Poko
18 Türkiyə  FW Sərdar Gürlər
Nömrə Ölkə Mövqeyi Futbolçu
20 Seneqal  DF Laminə Gassama
23 Türkiyə  FW Yasin Öztəkin
24 Türkiyə  GK Eren Bilən
25 Braziliya  DF Vallas Reis
26 Argentina  DF Fausto Qrillo
30 Türkiyə  MF Yalçın Kayan
32 İngiltərə  FW Kameron Cerom
41 Türkiyə  DF Bərkan Əmir
44 Braziliya  DF Kadu
60 Türkiyə  MF Kərəm Atakan Kəsgin
63 Türkiyə  FW Deniz Qədəh
75 Türkiyə  MF Tayfur Bingöl
77 Türkiyə  FW Səməd Qaya
99 Türkiyə  DF Erol Hakan Səpil

İstinadlar redaktə

  1. "Göztepe 90. yılını büyük coşkuyla kutladı - Türkiye 1. Ligi 2014-2015 - Futbol - Eurosport". Eurosport. 21 iyun 2015. Archived from the original on 21 June 2015. İstifadə tarixi: 6 may 2019.
  2. "Arxivlənmiş surət". 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.

Həmçinin bax redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024