Gülüstan (Goranboy) Haqqinda Melumat - Vikipedia

Gülüstan (Goranboy) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gülüstan (Goranboy)

Goranboy rayonunda kənd


GülüstanAzərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd.[1]

Kənd
Gülüstan
40°21′30″ şm. e. 46°34′43″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 100 nəf.
Milli tərkibi Azərbaycanlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 22
Xəritəni göstər/gizlə
Gülüstan xəritədə
Gülüstan
Gülüstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb.

Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib.[2] Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.[3]

Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır.[4] 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.[5]

Toponimikası redaktə

Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.[6]

Mədəniyyəti redaktə

Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanmışdır.

Coğrafiyası və iqlimi redaktə

İqlimi yarım səhra, quru və isti, qışı mülayim keçir.

Əhalisi redaktə

1 yanvar 1933-cü il tarixində Gülüstan qəsəbəsində 165 təsərrüfatda 981 nəfər yaşayırdı, onların 99,3%-i (975 nəfər) ermənilər idi.[7]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Goranboydan gəlirəm..." 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
  3. Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları[ölü keçid]
  4. "Məşhur Gülüstan kəndi bu gün - FOTO". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  5. Yunus, Büllurə. "Ordumuzun zəfəri: 5 il öncə nələr baş vermişdi?". Axar.Az (az.). 2 aprel 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2022.
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  7. Azərbaycan SSR İnzibati bölgüsü. Bakı: Azərbaycan Xalq Təsərrüfatı uçotu İdarəsi. 1933. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.

Xarici keçidlər redaktə



Saytda 198 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024