Güllə keçirməyən şüşə Haqqinda Melumat - Vikipedia

Güllə keçirməyən şüşə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Güllə keçirməyən şüşə

Güllə keçirməyən şüşə optik cəhətdən təmiz, lakin odlu silahlara qarşı davamlı olan bir şüşə növüdür. Lakin, hər hansı bir material kimi, tamamilə keçilməz deyildir. Ümumiyyətlə biri sərt və biri yumşaq olan iki və ya daha çox növ şüşənin birləşməsi nəticəsində istehsal olunur. Daha yumşaq təbəqə şüşəni parçalanmaq əvəzinə uzana bilməsi üçün onu daha elastik edir. Güllə keçirməyən təbəqələrdə istifadə olunan şüşənin hər ikisində də şüşəni şəffaf saxlamaq və pozulmuş olmayan bir görünüşü təmin etmək üçün qırılma göstəricisi təxminən eyni olmalıdır. Güllə keçirməyən şüşənin qalınlığı 19 ilə 89 mm arasında dəyişir.[1][2]

Soyğun cəhdindən sonra zərgərlik mağazasının güllə keçirməyən şüşəsi

Güllə keçirməyən şüşə zərgərlik mağazaları və səfirliklər kimi təhlükəsizlik tələb edən binaların pəncərələrində, həmçinin hərbi və xüsusi nəqliyyat vasitələrində istifadə olunur.

İstinadlar redaktə

  1. Bertino, AJ, Bertino PN, Forensic Science: Fundamentals and Investigations, Cengage Learning, 2008, p. 407
  2. "Bullet Resistant Glass & Laminates: Military Vehicles Humvees Protection". Usarmorllc.com. 2013-12-31. 2014-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-04.

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024