Gülnar Salmanova Haqqinda Melumat - Vikipedia

Gülnar Salmanova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gülnar Salmanova

Azərbaycan aktrisası

Salmanova Gülnar Əlifağa qızı (24 iyul 1956, Xıllı, Neftçala rayonu24 oktyabr 2015, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2001).

Gülnar Salmanova
Doğum tarixi 24 iyul 1956(1956-07-24)
Doğum yeri
Vəfat tarixi 24 oktyabr 2015(2015-10-24) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID3298786

Həyatı redaktə

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə[1] Prezident Mükafatına layiq görülmüşdür.

24 oktyabr 2015-ci ildə Bakıda vəfat edib. Məzarı Şəhər qəbiristanlığındadır.

Filmoqrafiya redaktə

  1. Bağışla (film, 1983)
  2. Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)-rol: Gülnar
  3. Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider tv)
  4. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-Dünya

İstinadlar redaktə

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.

Xarici keçidlər redaktə


Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024