Gülsüm Nərimanova Haqqinda Melumat - Vikipedia

Gülsüm Nərimanova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gülsüm Nərimanova

Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı.

Gülsüm Nərimanova (Əliyeva)
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Moskva, Rusiya SFSR, SSRİ
Dəfn yeri
Həyat yoldaşı Nəriman Nərimanov
Uşağı Nəcəf Nərimanov
Atası Mirkazım Əliyev

Həyatı redaktə

1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır.

Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…"[1]

N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir.

 
Gülsüm xanım və oğlu Nəcəf

Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur. Gülsüm xanım N. Nərimanovun ədəbi, elmi, siyasi irsinin toplanıb mühafizə edilməsi üçün onun arxivini səliqəyə salaraq Azərbaycan Dövlət muzeyinə göndərmişdir.

1931–1935-ci illərdə isə o, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik fakültəsində və Qaragül qoyunçuluğu institutunda oxuyur. Elə institut tərəfindən də 1931-ci ildə Qərbi Sibirin Barabin rayonundakı "Qoyunçuluq" sovxozunda ot çalımı kampaniyasına ezam edilir. Olduqca ağır şəraitdə əkin sahələrinin yanğından qorunması, silos xəndəklərinin qazılmasında iştirak edir.

Qərbi Sibirdəki iş təcrübəsi əsasında Gülsüm xanım "Çox mühüm yem bazası", "Silos kampaniyasında kəskin dönüşə nail olmalı", "Silos üçün qüllələr və xəndəklər uğrunda", "Kollektivləşmə qadını azadlığa çıxarır" adlı kitabçalar yazır. Bundan başqa o, "Təsadüfi kampaniya" məqaləsini, "Uşaqlar üçün nağıl və hekayələr", "Bakinskiy raboçi" qəzeti üçün məqalə və "Mənim xatirələrim "i yazıb çap etdirir.

 
Gülsüm xanım və N. Nərimanov

Bir il sonra, 1932-ci ildə institut onu yenidən və bu dəfə Özbəkistanın "Mübarək" sovxozuna ezam edir. Burada vəziyyət daha gərgin idi. Gülsüm xanım sovxozdan 70 km aralıda çox ağır şəraitdə qoyunların süni mayalanması ilə məşğul olur, tədqiqat işləri aparır. Gərgin əmək və yuxusuz gecələr öz təsirini göstərir, səhhəti pozulan Gülsüm xanım kəskin nevroz xəstəliyinə tutulur və müalicə üçün Moskvaya qayıtmalı olur. Böyük Vətən müharibəsi illərində Gülsüm Nərimanova 5021 saylı hərbi xəstəxanada işləyir və Moskva Hərbi Dairəsi tərəfindən təşəkkümamə alır.

Yeganə oğlu Nəcəf Ukraynanın Volnovaxa şəhəri uğrundakı döyüşlərdə qəhrəmanlıqla həlak olandan sonra da o, öz xeyirxah işini davam etdirir. Gülsüm xanlm Moskvanln Qəyyumluq Şurasının sədri, həmçinin bir neçə uşaq evinin qəyyumluq şurasının üzvü kimi yetim uşaqların qayğısını çəkmək, ehtiyaclarını ödəmək üçün əlindən gələni əsirgəmir, böyük səylə çalışırdı. Fəal hamilik fəaliyyətinə görə Gülsüm xanım Nərimanova Moskva Hərbi Dairəsinin, Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi Xəstəxana komandanlığının fərmanları ilə təltif edilir, dəfələrlə təşəkkür alır, "Almaniya üzərində qələbəyə görə medalı ilə təltif edilir". O, Moskva şəhər Qırmızı Xaç Komitəsinin hamilik komissiyasının üzvü idi, "SSRİ-nin sanitar mühafizəsi əlaçısı" döş nişanı ilə mükafatlandırılmışdır. Gülsüm xanım Nərimanova 1953-cü ildə vəfat etmiş, Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn edilmişdir.[1]

Istinadlar redaktə

  1. 1,0 1,1 P. Əzizbəyova, İ. Mosesova. Ailə Şərəfi. Bakı,1970

Ən Son Axtarılanlar

Fayl:The_life_of_Sir_Humphry_Davy,_bart.,_LL.D._-_late_presidazt_of_the_Royal_Society,_foreign_assoc Şəkil:Tiktok.png Fayl:Elemruts_of_physiology_(electronic_resource)_-_for_the_use_of_studruts,_and_with_particular_ref Fayl:The_Social_Security_(Work-focused_Interviews_for_Lone_Parruts_and_Partners)_(Amrudmrut)_Regulat Fayl:Notes_and_Queries_-_a_Medium_of_Intercommunication_for_Literary_Mtr,_etc_(IA_notesqueriesmedi27 Fayl:On_the_advancemazt_of_midwifery_education_in_Scotland_-_a_letter_addressed_to_Dr_Andrew_Wood,_P Fayl:An_inquiry_into_the_causes_and_consequences_of_the_Orders_in_Council_(microform)_-_and_an_exami İstifadəçi_müzakirəsi:About672599 Fayl:List_of_premiums_and_rules_and_regulations_of_the_North_Carolina_State_Fair._(IA_listofpremiums àŸà»ÑàFayl:New-Dark_Evangelist_1874-05-07-_Vol_45_Iss_19_(IA_sim_evangelist-and-religious-review_1874-05-0 Fayl:New-Dark_Evangelist_1874-06-11-_Vol_45_Iss_24_(IA_sim_evangelist-and-religious-review_1874-06-1 Fayl:The_fruit_gardaz_-_a_rueatise_intazded_to_explain_and_illusruate_the_physiology_of_fruit_ruees, Fayl:The_young_people's_Wesley_(IA_youngpeopleswesl01mcdo).pdf enxeberesirlerin-mubadilesi-etimad-quazculugu-prosesinde-muhum-addim-hesab-edilib-yekun-sulhe-yaxi Fayl:Lecture_delivered_at_the_opruing_of_the_model_and_normal_training_schools_at_Fredericton_(micro Azərbaycan–Petr_münasibətləri Fayl:Syllabus_of_a_course_of_lectures_on_economic_geology_(IA_syllabusofcours00braniala).pdf Fayl:New-Dark_Evangelist_1874-07-30-_Vol_45_Iss_31_(IA_sim_evangelist-and-religious-review_1874-07-3
Dostlarınla Paylaş

Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024