Gümüş Minillik Haqqinda Melumat - Vikipedia

Gümüş Minillik Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gümüş Minillik

Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu?) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış.[1] Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir.

Gümüş Minillik
Seylor Mun manqa seriyasından
Tip dövlət
Yaradıcı Naoko Takeuçi
Janr romantika, macəra
İdarə edən Kraliça Sereniti
Tanınmış yerləri Sereniti dənizi
Ay qalası
Kristal Tokio
Personajlar Kraliça Sereniti
Seylor döyüşçüləri
Əhali məlum deyil

Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir. Həmçinin Xarici Seylor döyüşçülərinin (Seylor Uran, Seylor Neptun, Seylor PlutonSeylor Saturn) də Ay Krallığını xarici düşmənlərdən qoruduqları göstərilmişdir. Xarici Seylor döyüşçüləri çox güclü talismanlara (seriya boyunca Xarici Seylor döyüşçülərinin istifadə etdikləri silahlar) sahib olduqlarından Ay qalasında, Daxili Seylor döyüşçülərindən (Seylor Venera, Seylor Merkuri, Seylor MarsSeylor Yupiter) ayrı yaşamışlar.

5 hekayədən ibarət "Seylor Mun" seriyasının ikinci hekayəsində ikinci Gümüş Minillik dövrünün XX-XXX əsrlər arasında olduğu göstərilmişdir (həmin hekayədə Seylor döyüşçüləri bunu gələcəyə səyahət edərək öyrənmişdilər). İkinci Gümüş Minillik dövrü Yerdən — Kristal Tokiodan idarə olunur.

Ay Krallığının kral ailəsinə malik personajlarının alınlarında aypara işarəsi vardır. Bu işarəyə malik personajlar bunlardır: Kraliça Sereniti, Şahzadə/Yeni Kraliça Sereniti, Çibiusa, pişik personajlar Luna, Artemis və Dianadır. Hekayənin birinci hissəsində seriyanın baş personajı Seylor Mun düşmənlər tərəfindən təhdid olunduğundan Seylor Venera özünü yalandan şahzadə kimi təqdim etmiş və alnına saxta aypara işarəsi yerləşdirmişdir. Kral ailəsinə məxsus olmayan personajların alınlarında bu işarə yoxdur.

Gümüş Minillik krallıqları redaktə

Ay Krallığı redaktə

Ay Krallığı nağılvari görünüşə malik olsa da, yüksək texnologiyaya sahib krallıqdır. Krallığın baş sarayının qübbəsi vasitəsilə Ayın iqlimi süni şəkildə tənzim olunur, krallıqda "Əbədi Əsas Sistem" adlı kompüter sistemi mövcuddur. Seriyanın pişik personajlarından biri olan və seriyaya görə bir zamanlar Ay Krallığında yaşamış Artemisə görə buz konkisi krallıqda ən məşhur idman növüdür. Orijinal manqada Şahzadə Serenitinin bu idman növündə əla olduğu göstərilmişdir. Ay Krallığında yaşayanların uzunömürlülüyə sahib olurlar və iki vəzifə daşıyırlar. Birincisi, krallığın əsas enerji mənbəyi olan Gümüş Kristalı qorumaq, ikincisi Yeri xarici düşmənlərdən müdafiə etməkdir.

Bu dövrdə seriyanın əsas personajlarından biri olan Şahzadə Endimion (Mamoru Çiba) ikinci krallığı — Yer Krallığını dörd qoruyucu cəngavəri ilə qorumaqdadır. Yer insanları ilə Ay insanları arasında sevgiyə qadağan qoyulsa da, Şahzadə Sereniti Şahzadə Endimiona vurulmuşdur. Onları qısqanan və ruhunu Kraliça Metariyaya satan mənfi personaj Kraliça Beril Yer insanlarını Ay Krallığına qarşı üsyana qaldırmışdır. Nəticədə, Ay Krallığı tamamilə məhv olmuş, Yerin tarixi yenidən başlamışdır.

Ay Krallığının idarəçisi Kraliça Sereniti ölümündən qabaq Gümüş Kristal[2] sayəsində üsyan nəticəsində ölmüş Şahzadə Sereniti, Şahzadə Endimion və digər Seylor döyüşçülərini XX əsrdə ("Seylor Mun: Kristal" animesində XXI əsr) reinkarnasiya olmalarına şərait yaratmışdır. XX əsrdə Şahzadə Sereniti Usaqi Tsukino kimi, Şahzadə Endimion isə Mamoru Çiba kimi yenidən həyata qayıtmışlar. Digər Seylor döyüşçüləri də reinkarnasiya olmuşdurlar. Reinkarnasiya olmuş Seylor döyüşçüləri Usaqi ilə yaxın dost olmuşlar və onlar Kraliça Metariyanı və onun qurduğu Qaranlıq Krallığı məhv etmişdirlər.

Kristal Tokio redaktə

Həm anime, həm manqada XXX əsrdə yeni Gümüş Minillik dövrünün olduğu və Kristal Tokiodan idarə olunduğu göstərilmişdir.[3] Usaqi Yeni Kraliça Sereniti kimi, Mamoru Kral Endimion kimi krallığı idarə etməkdədir, Çibiusa adlı qızları var. Yer krallığa çevrilmişdir.

Seylor döyüşçüləri isə kral ailəsini qoruyurlar. Amma bu dövrdə Xarici Seylor döyüşçülərinin (Seylor Pluton istisna) harada olduqları təsvir edilməmişdir. Seylor Kvartet Çibiusanın qoruyucuları olmuşdur. Luna, Artemis və Diana sarayda yaşayırlar. Myuzikllarda göstərilir ki, Xarici Seylor döyüşçüləri də onlara kömək edirlər.

Krallığın mərkəzində Kristal Saray yerləşir, sarayda Seylor döyüşçüləri və kral ailəsi yaşayır. Animedə bu saray Sereniti sarayı adlanır. "Seylor Mun" animesinin ikinci mövsümünün açılışında göstərilmişdir və Çibiusanın Seylor döyüşçülərinin və valideynlərinin ad gününü unutduğunu fikirləşdiyi səhndə göstərilmişdir.

Gümüş Kristala görə krallığın bütün sakinləri ölümsüzdür. Seylor döyüşçüləri XX əsrdə doğulsalar da, bunun sayəsində uzun illər yaşamışlar.

Mifologiya redaktə

Qərb dünyasının miflərində və əfsanələrində gümüş Ay və lətafət ilə əlaqələndirilir. Xüsusilə, 1500-cü illərdən sonra əlkimyagərlərdən sonra bu simvolika daha çox işlədilmişdir. Əlkimyaçılar hər planet üçün bir element müəyyənləşdirmişdilər. Yunan, Roma, hind, hindu əfsanələrində gümüş qızıldan sonra insanın ikinci dövrü hesab olunur. Əfsanələrdə qeyd olunur ki, insanlar gümüş dövründə sülhsevər deyillər, həyat qızıl dövrünə nisbətən daha çətindir.

Yunan şairi Hesioda görə, insan dövrü 5 yerə ayrılır: qızıl, gümüş, bürünc, qəhrəmanlıq və dəmir. Gümüş Minillikdəki əlamətlər qızıl dövrünə uyğun olsa da, Naoko Takeuçi başqa adlandırmadan istifadə etməyə üstünlük vermişdir.

İstinadlar redaktə

  1. "Silver Millennium". SMWikia. 2015-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
  2. "Silver Crystal". SMViki. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
  3. "Silver Millennium" (ingilis). WikiMoon. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.

Xarici keçidlər redaktə


Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023