Günəş TV Haqqinda Melumat - Vikipedia

Günəş TV Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

ARB Günəş

(Günəş TV səhifəsindən istiqamətləndirilmişdir)

ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır.

ARB Günəş
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Mirzə Fətəli Axundov 45A, Xaçmaz, Azərbaycan
Yaranma tarixi 1 aprel 2015
Keçmiş adları Günəş TV (1 aprel 2015 - 19 sentyabr 2016)
Şüar Günəşi yandır
Qardaş kanallar ARB
Kəpəz TV
ARB Şimal
ARB Cənub
Kanal-S
EL TV
ARB 24
Kəpəz FM
Sayt arbgunesh.az

Tarixçə redaktə

Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib.

Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir.

MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib.[1]

"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.

Loqoları redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2020-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023