Gürcüstan Hərbi Hava Qüvvələri Haqqinda Melumat - Vikipedia

Gürcüstan Hərbi Hava Qüvvələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gürcüstan Hərbi Hava Qüvvələri

Gürcüstan Hərbi Hava Qüvvələri (gürc. საქართველოს საჰაერო ძალები, sak’art’velos sahaero dzalebi) 1991-ci ildən 2010-cu ilə qədər Gürcüstan Silahlı Qüvvələrinin tərkib hissəsi olmuşdur. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, HHQ-də 2,971 nəfər hərbi və mülki qulluqçu fəaliyyət göstərirdi.[1]

Gürcüstan Hərbi Hava Qüvvələri
საქართველოს საჰაერო ძალები
sak’art’velos sahaero dzalebi
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 1991–2010
Ölkə Gürcüstan Gürcüstan
Tabedir Gürcüstan Silahlı Qüvvələri
Daxildir Gürcüstan Silahlı Qüvvələri
Sayı 2,971 nəfər
Qərargah Tiflis, Gürcüstan
Müharibələr Rusiya-Gürcüstan müharibəsi
Fərqlənmə nişanları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Gürcüstan Hərbi Hava və Hava Hücumundan Müdafiə Diviziyası 1 yanvar 1992-ci il tarixində qurulmuşdur. 18 avqust 1998-ci ildə iki diviziya birləşmiş və vahid Gürcüstan HHQ yaranmışdır.

İlk döyüş uçuşu Abxaziya müharibəsi (1992-1993) zamanı 19 sentyabr 1992-ci ildə İzani Tsertsvadze və Valeri Nakopiya tərəfindən həyata keçirilmişdir. Bu tarix sonradan Gürcüstan HHQ günü kimi qeyd edilirdi. 2008-ci ilin avqustunda Rusiya ilə müharibənin ilk günlərində aktiv istifadə olunmasına baxmayaraq, sonradan Rusiya hava üstünlüyünü ələ keçirmişdir. Bu müharibə ərzində rus mənbələrinə əsasən Gürcüstan HHQ-nə məxsus üç ədəd Su-25 və iki ədəd L-29 vurulmuşdur. Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər zamanı 5 nəfər HHQ əməkdaşı həlak olmuşdur.[2]

2010-cu ildə Gürcüstan HHQ yenidən təşkil olundu. Bunun nəticəsində Hava Qüvvələri ayrıca bir vahid kimi ləğv olunmuş və Hərbi Hava və Hava Hücumundan Müdafiə briqadaları adı ilə Quru Qoşunlarına birləşdirilmişdir.[3]

Vəzifə və məqsədləri redaktə

 
Gürcü HHQ-nə məxsus Mi-8 helikopteri

Gürcüstan HHQ-nin əsas vəzifələri aşağıdakılardır:

  • Tabeçilikdə olan birliklərin döyüşə hazır və mobil vəziyyətdə saxlanması
  • Suveren Gürcüstan ərazisinin və hava məkanının təhlükəsizliyini təmin etmək
  • Hava terrorizminə qarşı mübarizə aparmaq
  • Quruda və dənizdə istənilən döyüş tapşırığını yerinə yetirmək
  • Hava hücumundan müdafiənin təşkili
  • Düşmənin cəbhə xəttində və taktiki dərinlikdə yerləşən hədəflərinin məhv edilməsi
  • Çoxmillətli və kollektiv təlimlərdə iştirak etmək

Funksiyaları:

  • Qoşunların və yüklərin daşınması
  • Vurulmuş təyyarənin və pilotların axtarış və xilasetmə əməliyyatlarında iştirak etmək
  • Tibbi təxliyə əməliyyatları
  • Rəhbərliyi düşmən hücumu barədə məlumatlandırmaq
  • Hava kəşfiyyatı

Əsas iki aerodrom Tiflisdə və Marneulidə yerləşir.

Təchizatı redaktə

 
Gürcü Mi-24 döyüş helikopteri
 
Gürcü Su-25 qırıcısı
Uçuş avadanlığı İstehsalçı ölkə Növü Variantı Sayı[4] Əlavə məlumat
Döyüş təyyarəsi
Su-25 SSRİ  SSRİ hücumçu-bombardmançı 11[5]
Nəqliyyat
An-28 SSRİ  SSRİ/Ukrayna  Ukrayna nəqliyyat 2[5]
Helikopter
Mi-8 SSRİ  SSRİ/Rusiya  Rusiya hərbi-nəqliyyat Mi-8/171 15[5]
Mi-14 SSRİ  SSRİ axtarış/xilasetmə 2[5]
Mi-24 SSRİ  SSRİ/Rusiya  Rusiya döyüş helikopteri 9[5]
Bell UH-1 ABŞ  ABŞ hərbi-nəqliyyat UH-1H 12[5]
Təlim təyyarəsi
L-39 Çexiya  Çexiya təlim/döyüş 4[5]
L-29 Çexiya  Çexiya təlim/döyüş 4[5]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Defence Today 27: 1. September 2009 Arxivləşdirilib 2012-05-05 at the Wayback Machine.
  2. "List of Casualties among the Georgian Military Servicemen". 2012-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.
  3. Structure of Land Forces Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine. Ministry of Defense of Georgia.
  4. World Air Forces 2016 (PDF). Flightglobal International. Dekabr 2015. səh. 19. 2017-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  5. 1 2 3 4 5 6 7 8 "World Air Forces 2017". Flightglobal Insight. 2017. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.

Xarici keçidlər redaktə


Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024