Gürcüstan Sovet Sosialist Respublikası Haqqinda Melumat - Vikipedia

Gürcüstan Sovet Sosialist Respublikası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gürcüstan Sovet Sosialist Respublikası

Gürcüstan Sovet Sosialist Respublikası (gürc. საქართველოს საბჭოთა სოციალისტური რესპუბლიკა) — SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biri. 25 fevral 1921-ci ildə təşkil olunmuşdur. 1921-1936-cı illərdə rəsmi adı Gürcüstan Sosialist Sovet Respublikası idi. 25 fevral 1921-ci ildə yaradılmışdır. 1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibində olmuşdur. Yeganə və hakim partiya Gürcüstan Kommunist Partiyasıdır. Gürcüstan Sovet Sosialist Respublikası Zaqafqaziyanın şimal-qərb hissəsində yerləşirdi. Qonşu respublikalar bunlar idi: şimalda RSFSR, şərqdə və cənub-şərqdə Azərbaycan Sovet Sosialist Respublikası, cənubda Ermənistan SSR. Respublikanın Türkiyə ilə həmsərhəd ərazisi də var idi 1990-cı il noyabrın 14-də Gürcüstan SSR Ali Soveti müstəqil Gürcüstan Demokratik Respublikasının bərpasına qədər keçid dövrü elan etdi və bununla əlaqədar olaraq respublikanın adını Gürcüstan Respublikası adlandırdı. 1991-ci il martın 31-də Gürcüstanın dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi və nəticədə 1991-ci il aprelin 9-da Zviad Qamsaxurdiyanın başçılıq etdiyi Gürcüstan Ali Soveti SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi. Lakin SSRİ-nin dağılmasına qədər Gürcüstan (Baltikyanı respublikalar istisna olmaqla, digər respublikalar kimi) beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınmadı və 1991-ci il dekabrın 26-dək Sovet İttifaqının tərkibində formal olaraq qaldı. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub. Gürcüstan Sovet Sosialist Respublikasının tərkibinə daxil idi:

Tarixi dövlət
Gürcüstan Sovet Sosialist Respublikası
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
«პროლეტარებო ყველა ქვეყნისა, შეერთდით!»
«Bütün ölkələrin proletarları birləşin!»
Gürcüstan SSR-nin himni

Paytaxt Tbilisi
Dilləri gürcü dili, rus dili
Rəsmi dilləri
Valyuta SSRİ rublu
İdarəetmə forması sovet respublikası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023