Gürcüstan azərbaycanlıları Haqqinda Melumat - Vikipedia

Gürcüstan azərbaycanlıları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gürcüstan azərbaycanlıları

Gürcüstan AzərbaycanlılarıGürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir .

Gürcüstan Azərbaycanlıları
Ümumi sayı
233 024 nəfər (2014)[1]
Yaşadığı ərazilər
Kvemo Kartli 177 032 (2014 sa.)
Kaxeti 32 354 (2014 sa.)
Tbilisi 15 187 (2014 sa.)
Şida Kartli 5 501 (2014 sa.)
Msxeta-Mtianeti 2 316 (2014 sa.)
Dili

Azərbaycan dili

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Tarix redaktə

 
Tiflis şəhərində AzərbaycanlılarTatarlar tərəfindən idarə olunan tarixi bazar (1870)

Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur[2]. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür[3].

Siyasi tarixi redaktə

Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir.

Mövcud olmuş milli dövlətlər və dövlət qurumları redaktə

Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri redaktə

Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər. Hazırda Tiflisin Meydan, Ortaçala, Vera, Vaşlıcuvar, Saburtalo, Sanzona və Varketili massivlərində kompakt şəkildə yerləşməkdədirlər.

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar redaktə

 
Tiflis şəhərində xalça satışı ilə məşğul olan Azərbaycanlılar. (1900)

Gürcüstanda azərbaycanlıların yaşadığı şəhərlər redaktə

Demoqrafik dəyişikliklər redaktə

2014-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Gürcüstan azərbaycanlılarının sayı 233 min nəfərdir. 90-cı illərin əvvəllərindən etibarən sosial vəziyyətin çətinliyi üzündən yüksək emiqrasiya və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq əhalinin sayında azalma müşahidə edilir. Belə ki, 1989-2002-ci illə aralığında Gürcüstan azərbaycanlılarının sayı 7,4%, 2002-2014-cü illər aralığında isə 18.2% azalmışdır. Bununla belə azərbaycanlıların emiqrasiyası digər etnik azlıqlarla müqayisədə daha kiçikmiqyaslı olduğundan ölkə əhalisinin cəmi sayında onların xüsusi çəkisi 5,7%-dən 6,3%-dək artmışdır[4].

İllər Gürcüstanın azərbaycanlı əhalisi Cəmi ölkə əhalisinə nəzərən
1939 188058 5,3%
1959 153600 3,8%
1970 217758 4,6%
1979 255678 5,1%
1989 307556 5,7%
2002 284761 6,5%
2014 233024 6.3%

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-nin Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib. NDI sorğunu 2019-cu ilin 28 mart - 15 aprel tarixlərində aparıb.[5]

Əhalinin regional strukturu redaktə

Saçxere, Kazbek və Ambrolaur və Mestia və Aspindza rayonları istisna olunmaqla Gürcüstanın bütün rayon və respublika tabeli şəhərlərində azərbaycanlılar yaşayırlar. Onlar 3 rayonda – Marneuli (83%), Dmanisi (67%) və Bolnisi (66%) rayonlarında əhalinin mütləq əksəriyyətini, Qardabani (44%) və Saqareco (36%) rayonlarında isə əhəmiyyətli hissəsini təşkil edirlər. Onların mxarelər (quberniyalar) üzrə paylanması aşağıdakı kimidir:

 
Gürcüstanda Azərbaycanlıların yaşadığı ərazilər.
I dərəcəli inzibati-ərazi vahidi Sayı, nəfər Müvafiq regionun

cəmi əhalisinə nəzərən, %

Azərbaycanlıların

cəmi sayına nəzərən, %

Toplam 233 024 6.3 100.0
Kvemo Kartli (Borçalı) 177 032 41.8 76.0
Kaxeti 32 354 10.2 13.9
Tiflis bələdiyyəsi 15 187 1.4 6.5
Daxili Kartli 5 501 2.1 2.4
Mtsxeta-Mtianeti 2 316 2.4 1.0
Acarıstan MR 340 0.1 0.1
İmereti 106 0.0 0.0
Sameqrelo-Yuxarı Svaneti 64 0.0 0.0
Quriya 34 0.0 0.0
Samtsxe-Cavaxeti 89 0.1 0.0
Raça-Leçxumi və Aşağı Svaneti 1 0.0 0.0

2012-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmanın nəticələrinə görə Gürcüstanın 171 kənd yaşayış məntəqəsində etnik azərbaycanlılar üstünlük təşkil edir. Bu kəndlərin 147-si tarixi Borçalı əyalətində (həmçinin bax: Borçalı kəndləri) cəmləşmişdir.

Sayı redaktə

17-24 yanvar 2002-ci il Ümumumgürcüstan əhali siyahıyaalınmasının yekunlarına əsasən:

  • Gürcüstanda yaşayan etnik azərbaycanlıların sayı 284.761[6] nəfər olmuşdur. Onlardan:
    0-9 yaşlarında olanların sayı: 46.821[6] nəfər
    10-19 yaşlarında olanların sayı: 60.867[6] nəfər
    20-29 yaşlarında olanların sayı: 45.517[6] nəfər
    30-39 yaşlarında olanların sayı: 42.744[6] nəfər
    40-49 yaşlarında olanların sayı: 38.073[6] nəfər
    50-59 yaşlarında olanların sayı: 17.672[6] nəfər
    60-69 yaşlarında olanların sayı: 20.396[6] nəfər
    70 və daha yuxarı yaşlarda olanların sayı: 12.667[6] nəfər

Dil redaktə

2014-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə görə Gürcüstanda yaşayan əhalinin 231436 nəfəri (6.2%-i) ana dili kimi Azərbaycan dilini göstərmişdir. Müqayisə nəticələrində aydın olur ki, ölkə üzrə etnik mənsubiyyətini azərbaycanlı göstərənlərin sayı ana dilinin Azərbaycan dili göstərənlərin sayından 0.7% çoxdur. Bu fərq Acarıstan, İmereti, Samsxe-Cavaxeti və Tiflis ərazisində müvafiq olaraq 47%, 25%, 20% və 3.7% təşkil etməklə özünü daha qabarıq göstərir və həmin bölgələrdə linqvistik assimilyasiyanı göstəricisidir.

Siyahıyaalmanın zamanı ana dilini Azərbaycan dili kimi səciyyələndirmiş 231436 nəfərdən 43579 nəfəri (18.8%-i) gürcü dilində səlis danışdığını, 172134 nəfəri (74.3%) isə gürcü dilini müəyyən dərəcədə bildiyini açıqlamışdır. Gürcü dilində səlis danışma səviyyəsi Daxili Kartli (79.6%), Msxeta-Mtianeti (79.1%) və Tiflis (69.1%) bölgələrində yaşayan azərbaycanlılar arasında daha yüksəkdir. Kvemo Kartli bölgəsində yaşayan və ana dilini Azərbaycan dilini kimi göstərən 176417 nəfərdən yalnız 10.8%-i gürcü dilində sərbəst danışdığını açıqlamışdır.

Gürcüstan azərbaycanlıları Azərbaycan dilinin qərb ləhcəsində, Gəncə-Qazax bölgəsi üçün xarakterik olan şivədə danışırlar. Ləhcə incə saitlərin qalın saitlərə transformasiyası ilə xarakterizə olunur. Yaxın keçmişdə İran, OsmalıAzərbaycanın müxtəlif bölgələrindən gəlmələr zəngin lüğət tərkibinə malik dialektin formalaşmasında mühüm rol oynamışlar.

Ana dilində təhsil redaktə

Gürcüstandakı azərbaycanlıların təhsil aldığı milli məktəblərin və həmin məktəblərdə çalışan müəllimlərin statistikası belədir:

milli məktəblər
  • 1989-cu ildə - 183 məktəb.
  • 1999-cu ildə - 167 məktəb.
  • 2009-cu ildə - 124 məktəb.
  • 2014-ci ildə - 117 məktəb.
  • 2018-ci ildə - 80 məktəb.
milli məktəblərdə çalışan müəllimlər
  • 1989-cu ildə - 6922 nəfər.
  • 1999-cu ildə - 4481 nəfər.
  • 2009-cu ildə - 3777 nəfər.
  • 2018-ci ildə - 3628 nəfər.

2018-ci ilin göstəricisinə əsasən milli məktəblərdə çalışan müəllimlərin 80 %-i təqaüdçüdür. Ona görə də bu sahədə ciddi şəkildə kadr çatışmazlığı var.

Din redaktə

Gürcüstan azərbaycanlılarının 98 faizi islam dininə etiqad edirlər[7]. Təqribi qiymətləndirmələrə görə dindar əhalinin 80 faizi islamın şiə təriqətinə, 20 faizi sünnü təriqətinə mənsubdurlar.[8] Həmçinin 12 əsrdən başlayaraq Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində sufilik və onun nəqşbəndilik qolu yayılmışdır.[mənbə göstərin] Cəfərilikzeydilik tərəfdarları da var.[mənbə göstərin] Bundan başqa cüzi sayda pravoslav azərbaycanlılara da rast gəlmək mümkündür.[mənbə göstərin]

Dövri mətbuat redaktə

Məşhur Gürcüstan azərbaycanlıları redaktə

İctimai-siyasi və dövlət xadimləri redaktə

Hərbi xadimlər redaktə

İncəsənət mədəniyyət xadimləri redaktə

Məşhur alimlər redaktə

  • Hübeyş Tiflisi – alim
  • Hamlet İsaxanlı — riyaziyyatçı alim, şair, humanitar elmlər üzrə tədqiqatçı, Xəzər Universitetinin təsisçisi;
  • Zahid Xəlilov — Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti, akademik, riyaziyyatçı-alim;
  • Aslan İsmayılov — Fəlsəfə elmləri doktoru, Hüquqşünas.
  • Kamal Talıbzadə — Akademik, elm, mədəniyyət, ədəbiyyət və maarif xadimi;
  • Abbas Hacıyev — filoloq alim, ədəbiyyatşünas, tənqidçi, Tiflis ədəbi mühitinin və Tiflis Azərbaycan teatrının tədqiqatçısı;
  • Mədəd Çobanov - Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor
  • Müşfiq Borçalı - tədqiqatçı-filoloq-jurnalist

Şair və yazıçılar redaktə

İdmançılar redaktə

Digərləri redaktə

Siyasi və ictimai təşkilatlar redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2015-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  2. "Gürcüstan tarixi, I hissə, 32-47-ci səhifələr (rus dilində)". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-15.
  3. "Tarixçi alim Kərəm Məmmədovun Borçalı tarixi haqqında məqalələri (azərbaycan dilində)". 2010-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-15.
  4. "Gürcüstan əhalisinin etnik tərkibi (ingilis dilində)" (PDF). 2009-11-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-09-25.
  5. "Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.
  6. 6,0 6,1 6,2 6,3 6,4 6,5 6,6 6,7 6,8 National Statistics Office of Georgia: ტომი I - საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
  7. "Gürcüstan əhalisinin dini tərkibi (ingilis dilində)" (PDF). 2009-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-05-15.
  8. Региональный Информационный портал Квемо-Картли: Национальные группы: Азербайджанцы Arxivləşdirilib 2011-10-20 at the Wayback Machine
  9. Əslən Qars ilinin Ağyaxa ilçəsinin Başgədiklər kəndindən olan etnik azərbaycanlıdır Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. Ata tərəfdən qarpapaq boyundandır Arxivləşdirilib 2021-09-21 at the Wayback Machine. Əcdadları buraya XX əsrin əvvəllərində Arxivləşdirilib 2013-03-24 at the Wayback Machine yerləşmişdir.
  10. "Milli tekvandocu Servet Tazegül (Kars Doğumlu Azerbaycan Türk'ü) olimpiya şampyonu oldu". 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-28.
  11. Rza Qayaalp — 10 otyabr 1989-cu ildə Türkiyənin Yozqat ilinin Yozqat ilçəsində yerləşən Kavurqalı kəndində anadan olub. Nəsli əslən Borçalı türklərindəndir. Onlar öncə yaşadıqları Abdallı kəndindən Qarsın Çaylı kəndinə sonra isə Yozqatın Kavurqalı kəndinə köçmüşdürlər.
  12. "Джавадов открыл Таиланд". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-28.

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023