Gürcüstan incəsənəti Haqqinda Melumat - Vikipedia

Gürcüstan incəsənəti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gürcüstan incəsənəti

Gürcüstan incəsənətiGürcüstan mədəniyyətinin bir hissəsi.

1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı.

Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi. Gürcü xalq rəssamı olan N. Pirosmanişvili Pikassonun ən sevimli rəssamlardan biri idi. Pirosmanaşvili daha çox heyvanları, süfrədə yemək verən insanları təsvir etmişdir. Heç bir rəssamlıq üzrə təhsil almamışdır, öz özünü yetişdirmişdir. Rəssam sağlığında Gürcüstan və Rusiya xaricində çox tanınmışdır. Pirosmani, yaşadığı qəsəbəni ziyarət edən bir fransız aktrisaya aşiq olmuş və onun şəkillərini çəkmişdir. Bu eşq əhvalatı, Andrey Voznesenskinin bir şeir və Alla Puqaçovanın söylədiyi bir mahnıyla məşhur bir əhvalata çevrilmişdir.

Rəssamın ən məşhur tablosu aşiq olduğu Aktrisa Marqaritanın təsvir olunduğu əsər idi.Dünyada məşhur olan əsərləri sırasında bacısını təsvir etdiyi "Çətirli qadın", "Pivə kuboklu qadın", "Ata və oğul" və s adın çəkə bilərik.Aktrisa Marqarita Pirosmaşvilini tərk edəndən sonra rəssam, yoxsul vəziyyətə düşmüş, hayatını evsiz olaqaraq davam etdirmişdir.Ancaq şəkil çəkməyi davam etdirdi və şəkillərini qarının doyurduğu restoranlara verirdi. Əsərlərini satmaq üçün dükanlara müraciət edirdi.Vəsaiti olmadığı üçün əsərlərini qara plaş (tr-muşamba) üzərində çəkiridi.Həmin dövrdən etibarən plaş onun orijinal materilı oldu.Şair İlya Zdaneviçin səyi ilə 1913-cü ildə qəzetdə rəssam və əsərləri haqqında məqalə gedəndən sonra o ,tanınmağa əsərlərin dəyəri başa düşülməyə başladı.Rəssam buna baxmayaraq, yenə də həyatının yoxsulluq və təklik içində tamamlamışdır. Məzarının yeri məlum deyildi. Əsərləri, ölümündən sonra bir araya getirilmişir. Pirosmaninin əsərləri Türkiyədə ilk dəfə İrinə Arsenişvili İstanbuldakı Təqdim etmiş və İnan Quraq Vəqfi Pera Muzeyində 2007-ci ilə avqustda sərgilənmişdir. Ayrıca İstanbulda, adını daşıyan Türkcə və Gürücə Pirosmani jurnalı nümayiş olunmuşdur və adına açılmış bir incəsənət qalereyası fəaliyyət göstərir. Beləlikə biz sırf olaraq gürcü incəsənətini N.Pirosmanin yaradılığı ilə məhdudlaşdıra bilmərik, həmin dövrdə Pirosmanin ilə yanaşı A.Beredizi, Qabaşviri və b fəaliyyət göstərirdi.


Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023