Gürzə patrul maşını Haqqinda Melumat - Vikipedia

Gürzə patrul maşını Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gürzə patrul maşını

Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.

Gürzə
"Gürzə patrul maşını"
Tipi Patrul maşını
İstismar tarixçəsi
İstismar illəri 2013-
İstismar edənlər AzərbaycanAzərbaycan
İstehsal tarixçəsi
İstehsalçı Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodu
İstehsal illəri 2012
Xüsusiyyətləri
Əsas silah 1 ədəd 12.7 mm pulemyot
Köməkçi silah 2 ədəd 7.62 mm pulemyot
Ekipaj Sürücü və komandir daxil olmaqla 5 nəfərdir.

Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.

Şəkillər redaktə


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024