Gəncəsər monastırı Haqqinda Melumat - Vikipedia

Gəncəsər monastırı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gəncəsər monastırı

Kəlbəcər rayonunda monastr

Gəncəsər monastırı və ya Qandzasar monastırı[1] (erm. Գանձասար, Qanczasar) — Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[2]

Gəncəsər monastırı
Ağvəng
Xəritə
40°03′24″ şm. e. 46°31′52″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Kəlbəcər
Yerləşir Vəngli kəndi
Aidiyyatı Xaçın knyazlığı
Sifarişçi Həsən Cəlal
Əsas tarixlər 1240-1836 - Alban Həvari Kilsəsi
1836-2015 - Erməni Qriqoryan Kilsəsi
1551, 1781, 1907, 1999 - Yenidənqurma işləri aparılıb
Tikilmə tarixi 1216-1238 (kilsə)
1261 - qavit
Vəziyyəti yaxşı
Rəsmi sayt gandzasar.com
İstinad nöm.10
KateqoriyaMonastır
ƏhəmiyyətiDünya əhəmiyyətli
Gəncəsər monastırı (Azərbaycan)
Gəncəsər monastırı
Kompleksin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır.

1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır.

Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.[3][4]

Adın etimologiyası redaktə

Gəncəsər monastırının adı, monastırın inşa edildiyi təpəlik ərazinin adından götürülmüşdür. Gəncəsər sözü "gənc""sər" olmaqla iki hissədən ibarətdir. Hər iki söz pəhləvi dilindən gəlməklə "gənc" — xəzinə,[5] "sər"[6] — təpə, zirvə, hündür yer anlamını ifadə edir.

Tarixi redaktə

1823-cü ildə Çar Rusiyası mütəxəssisləri Qarabağın kameral təsvirini hazırlayarkən Vəngli üçün belə yazırlar: tatarlarin Ağvəng, ermənilərin Qanzasar adlandırdığı monastıra məxsus malikanə.

"Ağ" türk dilində elə bildiyimiz "ağ", "vəng" isə Qıpçaq dilindən dilimizə keçmiş "monastır" deməkdir. Ağvəng Ağ günbəz, Ağdam, Ağdaş kimi söz birləşməsidir. Ağvəng ağ xanəgah, ağ monastır deməkdir. Ermənilər Qafqaz Albaniyası dövlətinə Agvank deyirlər.

Qədim kilsə redaktə

IX–X əsrlərə aid tarixi mənbələrdən bəlli olur ki, Gəncəsər monastırının yerində olmuş qədim kilsə bütün Artsakdan olan əhalinin dini və siyasi toplanış yeri olmuşdur.[7] Erməni Katolikosu Ananiya Mokatsinin (946–968) xalkedonluq yolunu tutan Qafqaz albanlarıqriqoryan ermənilər arasında anlaşılmazlıqları aradan qaldırmaq üçün yazdığı "Aluank əhalisinin qiyamı haqqında" adlı məktubundan məlum olur ki, o, "949-cu ildə Xaçın əyalətində çağırılmış kilsı xadimləri və zadəgan ailələrin nümayəndələrinin yığıncağında "Gəncəsərdən olan monax – Sərkis ata" da iştirak etmişdir."[8]

Həmin monax Sərkis 949-cu il yığıncağının iştirakçısı kimi həm də Sünik tarixçisi Stepanos Orbeli tərəfindən qeyd edilir.[9]

Dövrümüzə çatmış monastırdan əvvəl ərazidə qədim kilsənin olmasını həm də monastırın ətraflarında qorunmuş 1174, 1182, 1202 və sair illərə aid xaçdaşları da sübut edir. K. Mkrtçyan qeyd edir ki, bu və digər məlumatlar Gəncəsər monastırının daha qədim kilsənin yerində inşa edilməsinə şübhə yeri qoymur.[7] Qədim kilsə, ola bilsin ki, Xaçın knyazlarının ad-sanına layiq zəngin memarlıq xüsusiyyətlərinə malik olmamış, buna görə də Həsən Cəlal bu boşluğu aradan qaldırmaq üçün yeni kilsə inşa etdirməyə qərar vermişdir.[7]

Vəftizçi İohannla bağlı inanc redaktə

Yerli əhalinin inancına görə Vəftizçi İohannın Herodun göstərişi ilə kəsilmiş başı Gəncəsər monastırı ərazisində dəfn edilmişdir.[10] Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində relikviyanın Xaçın ərazisinə İberiyadan bağlı məlumat vardır. Kalankatlı yazır:

“...Ondan sonra İohannın başı bir knyazın əlinə keçdi və İstampola gətirildi. Katoliklər onu oğurlayaraq qərbə aparmaq istəyirdilər. Lakin, knyaz onu götürərək şimala – İveriyaya qaçdı. Burada o, Artsak hakimi Cəlal Dövlənin qardaşının əlinə keçdi.

1211-ci ildə qardaşının yanına gedən Cəlal Dövlə müqəddəs başın ona verilməsini xahiş etsə də, qardaşı könüllü şəkildə onu verməkdən imtina etdi. Onda, Cəlal Dövlə onu zorla alaraq Qandzak əyalətinin Artsak havarına, ailə məqbərəsinə gətirdi. Başı burada yerləşdirdi və üzərində Tanrı Məsih və onun vəftizçisi müqəddəs İohannın şərəfinə heyranedici kilsə inşa etdirdi. İthaf günü kilsəni Müqəddəs İohann adına Gəncəsər kilsəsi adlandırdı.”[11]

Həsən Cəlalın inşaat işləri redaktə

Monastırın əsas kilsə binasının inşasına 1216-cı ildə Aşağı Xaçın knyazı olan Həsən Cəlalın sifarişi ilə başlanılmış və inşaat işləri 1238-ci ildə tamamlanmışdır. Həsən Cəlalın sifarişi ilə kilsənin interyerində yazılmış inşa kitabəsində bu haqqda ətraflı məlumat verilir.

Müqəddəs İohann kilsəsinin inşa kitabəsi
Kitabə kilsənin interyerində yerləşir.
Kitabənin sifarişçi və kilsənin ithafı ilə bağlı hissəsinin tərcüməsi: Müqəddəs Üçlüyün — Ata, Oğul və Müqəddəs ruhun adı ilə, mən, Tanrının xidmətçisi, Həsən Dövlə, Vaxtınqın oğlu, Böyük Həsənin nəvəsi, geniş əyalətləri ilə Xoxanaberdin çarı bu kitabəni yazmağı əmr etdim. Atam, ölümü və digər dünyaya köçməsindən əvvəl mənə və böyük knyaz Sərkisin qızı olan anam Xorişəyə, atalarımızın məzarı olan Gəncəsərdə bu kilsəni inşa etməyi vəsiyyət etdi ki, biz də inşaata erməni təqviminin 765-ci ilində Ruzi verənin köməkliyi ilə başladıq və şərq divarını pəncərəyə qədər inşa etdikdə dünyəvi həyatdan imtina edən anam üçüncü dəfə Yerusəlimə ziyarətə yola düşdü, orda rahibə köynəyi geyinərək illərlə Müqəddəs Qəbir kilsəsinin qapıları ağzında zahid həyatı sürərək vəfat etdi və orda da dəfn olundu. Biz isə həyatda qarşımıza çıxa biləcək bədbəxtlikləri yadda saxlayaraq inşaatı tamamlamağa çalışdıq və Rəhmli Rəbbin lütfü və xeyir-duası ilə onu 782-ci ildə tamamladıq. Səy və xoş niyyətimiz sayəsində müxtəlif formalar və rəsmlərlə bəzədilmiş kilsəyə mən, xaçlar, kitablar, müqəddəs əşyalar, zərif metallardan tökülmüş və qiymətli daşlarla bəzədilmiş müxtəlif məişət əşyaları verim. Bu kilsə, 789-cu ildə Alban Katolikosu ter-Nersesin hakimiyyəti dövründə ithaf edildi.[12]
 

22 iyul 1240-cı ildə Rəbbin dəyişilməsi bayramı günü 700-ə qədər din xadiminin iştirakı ilə yeni kilsənin inşa mərasimi keçirilmiş,[13] mərasimdə Alban Katolikosu II Nerses şəxsən iştirak etmişdir.[14] Hadisələrin şahidi olmuş tarixçi Kirakos Qandzaketsi bu haqqda danışarkən yazır:

"  Xoxanaberdin qarşı tərəfində, ailə məqbərəsinin yerləşdiyi Gəncəsər adlı monastırda knyaz Həsən, gözəl bəzəkləri olan, Rəbbin səmavi məbədini xatırladan kilsə inşa etdirdi və burada dünyanın bütün günahlarının silinməsi üçün hər zaman Tanrı quzusu qurban gətirilir. Uzun illər onun üzərində işlədilər. İşlər tamamlandıqda kilsənin ithaf edilməsi üçün təntənəli mərasim təşkil olundu. Mərasimdə Alban Katolikosu hakim Nerses və çoxlu sayda yepiskoplar, o cümlədən böyük vardapet Vanakan və bir çox müəllimlər onunla birlikdə iştirak etmişlər. Kilsənin ithaf edilməsi çoxlu keşişlərin iştirakı ilə həyata keçirildi və deyilənə görə, orada 700-ə qədər iyerey iştirak etmişdir. Mərasimin bitməsindən sonra knyaz böyük ziyafət təşkil etdi və şəxsən qonaqlara qulluq edərək onlara hədiyyələr bəxş etdi. Bu hadisə 1240-cı ildə, böyük Tanrının dəyişilməsi bayramı zamanı baş vermişdir.[15] " 

Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır.[13][16]

Xüsusilə Səlcuq türkləri Qafqazı işğal etdikdən sonra İslam təsiri Gürcüstanda və Ermənistandakı xristianların mədəniyyət və adətlərinə nüfuz etmişdir. Xaçın knyazı Həsən Cəlalın hakimiyyətini göstərmə üsulları İslam adətləri və titulları ilə edilirdi. Bu, xüsusilə, onun tikdirdiyi əsas abidə olan Gəncəsər monastırında ortaya çıxır. Gəncəsərin günbəzindəki Həsən Cəlal təsvirinin ayaqlarının çarpaz şəkildə təsvir edilməsi Səlcuq sarayında gücün təsvir edilməsinin əsas vasitəsi idi.[17]

Alban Katolikosluğu iqamətgahına çevrilməsi redaktə

1240-cı ildən[18] Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır.[19]

XIII əsrdən etibarən Gəncəsər ərazidə təhsil və mədəniyyət mərkəzinə çevrilmiş,[16] monastır daxilində Alban Həvar Kilsəsi üçün xadimlər yetişdirən dini seminariya fəaliyyət göstərmişdir. Bununla yanaşı mədəniyyət mərkəzi kimi geniş ərazi və gəlirə malik olan monastır həm də, bölgənin xrtistian sənətkarlarına hamilik etmiş, daşyonma və miniatür sənətinin gözəl nümunələrinin yaradılmasında rol oynamış,[16] monastırda dəyərli əlyazmalar və tarixi sənədlərin toplandığı geniş kitabxana yaradılmışdır.[16] XVIII əsrdə Gəncəsər Katolikosu ətraf ərazilərdəki 900-ə qədər kəndin yüzlərlə tacirindən vergi alırdı.[20]

Erməni Qriqoryan Kilsəsinin nəzarətinə keçməsi redaktə

XVII–XVIII əsrlərdə Gəncəsərdəki alban patriarxı və Eçmiədzindəki erməni katolikosu arasında dindarlar üzərində təsir uğrunda mübarizə gedirdi. Zəifləməkdə olan və İslamın təsiri ilə ardıcılları azalan Alban Həvari Kilsəsinin Gəncəsər taxtını özünə tabe etmək üçün Eçmiədzin bütün vasitələrdən istifadə edirdi.[21] Mübarizə aparmaqda çətinlik çəkən Alban Patriarxı Eçmiədzinə tabe olmağa qərar verdikdə bu qərar, erməni kilsəsinə tabe olmaq istəməyən Qarabağın yerli əhalisi arasında ciddi narazılığa səbəb olur.[21] Nəticədə bir qrup alban kilsə xadimi Gəncəsərdən bir qədər aralıda yerləşən Üç körpə monastırında yeni iqamətgah yaradaraq özlərinə patriarx seçirlər. Yeni patriarx eyni zamanda Həm Eçmiədzinlə, həm də ona tabe olmağa qərar vermiş Gəncəsər patriarxı ilə mübarizə aparmalı olur. Bu hadisələri təsvir edərkən P. T. Arutunyan Simeon Yerevantsinin "Djambr" əsərinin rusca nəşrinə yazdığı ön sözdə qeyd edir:

"  XIII əsrin 40-cı illərindən XVIII əsrin sonlarına kimi Xaçın feodalları olan Həsən-Cəlalyanların əlində olan Gəncəsər taxtı, XVII əsrin 30-cu illərində Eçmiədsində Sünik səhrasından olanların taxta keçməsinə kimi Eçmiədzindən asılı olmayan, müstəqil siyasət yürüdürdü. Bu zaman Gəncəsər patriarxı Eçmiədzinin birinciliyini qəbul etdilər və tabeliyə hazır olduqlarını bildirdilər. Buna həm də XVII əsrin sonlarında Gəncəsərdən bir qədər aralıda Üç körpə monastırında peyda olaraq özünü patriarx elan edən saxtakarın Qarabağ əhalisi arasında narahatçılığı artırması da səbəb olmuşdur.[22] " 

1836-cı ildə uzun sürən mübarizədən sonra Erməni Qriqoryan Kilsəsi Alban Həvari Kilsəsinin ləğv edilməsinə, kilsə ardıcılları və məbədlərinin isə özünün tabeliyinə verilməsinə nail olur.[23] Sonuncu Alban Katolikosu İsrael tərəfindən Qraf İvan Qudoviçə yazılmış 19 avqust 1806-cı il tarixli məktubda Eçmiədzin Katolikosunun Alban Həvari kilsəsini ələ keçirmək üçün atdığı addımlardan narahatlıq ifadə edilir[24]

"  1400 ilə yaxındır ki, Qrabağ, Yelizavetpol, Şəki və Şirvanda, yəni Aqvank əyalətində yaşayan ermənilər və Qarabağ patriarxı Böyük-Erməni Qriqorinin nəvəsi Qriqoris tərəfindən xeyir-dua almışdır. Həmin hüquq bu vaxta kimi davam edir və keçmiş Ararat patriarxının heç vaxt bu yerlərə hüququ olmamış, bütün hüquqlar Amaras patriarxına məxsus olmuşdur... " 

Lakin, Alban Patriarxının xahişlərinə baxmayaraq Rusiya Müqəddəs Sinodu kilsəni ləğv edərək bütün mülk və əhalisini Erməni Qriqoryan Kilsəsinin tabeliyinə verir. Bundan sonra Qarabağda Alban Patriarxı İsraelin başçılğı ilə qiyam başlayır.[25] Qiyam yatırılır, patriarx İsrael isə ölkədən qovulur.[25] Tezliklə patriarx İsrael vəfat edir və bundan sonra Erməni Arxiyepiskou Hovannes Qraf İvan Qudoviçə yazdığı məktubda Qarabağ və Gəncədəki Alban Kilsəsi mülkləri və dindarlarının Eçmiədzinin tabeliyinə verilməsini xahiş edir.[26]

SSRİ və Qarabağ müharibəsi dövründə redaktə

1930-cu illərdə SSRİ rəhbərliyi dinlə mübarizə kompaniyası çərçivəsində ölkənin müxtəlif ərazilərində olan dini mərkəzlərin, o cümlədən Gəncəsər monastırının fəaliyyətini dayandırır.[27] Qarabağda etnik zəmində münaqişələrin baş verdiyi bir dövrdə Erməni Qriqoryan Kilsəsi Artsax yeparxiyasının fəaliyyətini elan edir və Sumqayıtda doğulmuş Qurgen Martirosyan Parqev adı ilə arxiyepiskop elan edilərək Qarabağa göndərilir. Martirosyanın səyləri nəticəsində 1 oktyabr 1989-cu ildə altı ay davam edən yenidənqurma işlərindən sonra[28] Gəncəsər monastırı yenidən fəaliyyətə başlayır. Qarabağ müharibəsi illərində döyüşə gedən bütün erməni hərbi-birləşmələri Gəncəsər monastırında Qurgen Martirosyandan xeyir-dua alırlar.[29]

1991-ci ildə SSRİ əsgərləri və OMON Gəncəsər monastırı və məzarlığında axtarış həyata keçirirlər.[30][31] 1992-ci ildə Ermənistan Müdafiə Naziri Vazgen Sarqsyan və Qarabağ ermənilərinin silahlı birləşmələrinin rəhbəri Serj Sarqsyan Gəncəsər monastırının rahib hücrələrindən birində ilk toplantılarını keçirirlər.[32] Bu toplantılardan xəbər tutan Azərbaycan tərəfinin 20 yanvar 1993-cü ildə təşkil etdiyi hava hücumu zamanı monastır ətrafındakı binalara ziyan dəyir və bir neçə keşiş həlak olur.[31]

8–9 mayda Şuşanın ələ keçirilməsi üçün baş verən döyüşlərdə Qurgen Martirosyan şəxsən iştirak edir və şəhərin işğal edilməsindən sonra Qazançı kafedralında şükranlıq ibadəti təşkil edir.[33] 1998-ci ildə Qarabağ yeparxiyasının mərkəzi Qazançı kilsəsinə köçürülür.

Sonrakı tarixi redaktə

Birinci Qarabağ müharibəsinin yekunlaşmasından sonra Rusiyadan olan milyonçu Levon Hayrapetyanın maliyyə dəstəyi ilə Gəncəsər monastırında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.[34][35] 2000–2002-ci illərdə həyata keçirilmiş inşaat zamanı kilsənin altarı, narteks və dam örtüyü yenilənmişdir.[36][37] 2011-ci ildə həyata keçirilən inşaat işləri mübahisə və qalmaqla səbəb olmuşdur. Kompleksi əhatə edən tarixi binalar və köməkçi tikililərin müasir daşlarla üzlənməsi tarixçi və memarları qəzəbləndirsə də, Qurgen Martirosyan bu tikililərin tarixi dəyər daşımadığını demişdir.[38]

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. 5 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi monastırın təhlükəsizliyi və mühafizəsinin polis əməkdaşları tərəfindən təmin edildiyini açıqlayıb.[39]

Memarlıq xüsusiyyətləri redaktə

Gəncəsər monastırının mərkəzində qədim kilsə və narteks yerləşir. Müdafiə divarları ilə əhatə olunmuş kompleksə həmçinin böyük yeməkxana, seminariya və Alban Katolikosunun iqamətgah binası, həmçinin rahiblərin yaşayışı üçün nəzərdə tutulmuş hücrələr və digər məişət binaları da daxildir.[40] Ş. Mkrtçyanın sözlərinə görə "…kilsə və narteks bir-biri ilə elə kompozisiya vəhdətindədir ki, sanki eyni vaxtda və vahid fikir əsasında inşa edilmişlər."[41]

Kompleksin şimal tərəfində yerləşən və XVIII əsrdə inşa edilmiş yaşayş tikililəri səkkiz hücrədən (2,9 x 2,5 metr) ibarətdir. Şərq tərəfdə 1689-cu ildə inşa edilmiş yeməkxana binası yerləşir. İki mərtəbəli seminariyası 1898-ci ildə tikilmişdir. Alban Katolikosunun iqamətgah binasının dəqiq inşa tarixi bilinmir. Monastır divarlarından cənubda alban katolikosları və zadəgan sülalələrindən olan şəxslərin dəfn edildiyi qədim məzarlıq vardır.[40]

Rahib hücrələrinin hamısı tağtavanlı örtüyə malikdir.[40] Hücrələrinin hamısının qapısı monastır həyətinə açılır. Ümumilikdə Gəncəsər monastırında 200-dən artıq kitabə qeydiyyata alınmışdır ki, onların da oxunması və tədqiqi ərazinin orta əsrlər tarixinin tədqiqində mehem rola malikdir.[41]

Müqəddəs İohann kilsəsi redaktə

Müqəddəs İohann kilsəsinin ümumi görünüşü və planı

Müqəddəs İohann kilsəsi plan xüsusiyyətlərinə görə xaricdən düzbucaqlı, daxildən isə xaçvari formaya malik mərkəzgünbəzli tikilidir. 12.3x17.75 metr[41] ölçülərə malik olan ibadət zalının günclərində iki mərtəbəli köməkçi otaqlar yerləşir. İkinci mərtəbədəki otaqlara konsollu pilləkənlər aparır. Pilləkənlərin aşağı həcmləri iri stalaktitlərlə bəzədilmişdir.[42]

Kilsənin interyer və eksteryerinin memarlıq və dekorasiya tərtibi vahid struktur yaradır ki, bu da məbədi parlaq memarlıq nümunəsi hesab etməyə əsas yaradır.[41]

Günbəzaltı fəzanın küncləri bir-biri ilə kəsişən və məbədin mərkəzi hissəsindən keçən sütunlarla vurğulanır. Barabanın dar pəncərə yerlərinin (şimal, cənub və qərb divarlarının hərəsində bir ədəd olmaqla) yuxarı hissələri iri kannelyurlarla bəzədilmişdir.[41] Xaçın qanadlarının tağları üçpilləli profil və oxvari formaya malikdir. Tağın yuxarı pilləsi monumental karnizlə çərçivələnmişdir.[43]

Gqnbəzaltı yelkənlər hər günbəzdə düzbucaqlı formasında qruplaşdırılmış toxuma xarakterli həndəsi (ulduzlar, dairələr, kvadratlar) və stilləşdirilmiş nəbati naxışlarla bəzədilmişdir.[44] Detalları təkrarlanmayan bu naxışlar yelkənlərə incə və yüngül görünüş bəxş edir.[44] Yelkənlərin yuxarı hissəsində, günbəzin altını çərçivəyə alan kəmərin altında qorelyeflər yerləşdirilmişdir.[44] Cənub-qərb yelkənində qoyun başı, şimal-şərq yelkənində öküz başı, şimal-qərb yelkənində isə antropomorf canlı təsvir edilmişdir.[45]

 
Kilsənin altar apsidasının interyeri

Günbəzin barabanı silindr formasında olmaqla yeddi vertikal yarımsütun vasitəsiylə səkkiz bərabər hissəyə bölünmüşdür.[45] Kilsənin altar apsidası bütövlükdə daşyonma sənətinin gözəl nümunəsidir.[45] Onun düzbucaqlı səthinə naxışlı səkkiz trapesiya və onlar arasında üçbucaqlılarr yonulmuşdur. İşıq-kölgə effektinin yaradılması üçün üçbucaqlılar daha böyük dərinlikdə işlənmişdir. Bütün trapesiya və üçbucaqlılar mürəkkəb toxuma naxışlarla bəzədilmişdir.[45]

Kilsənin xarici həcmləri, daxili həcmin xaçvari quruluşunu kifayət qədər dəqiq və lakonik formada tamamlayır. Xaçın qanadları yüksək frontonlarla vurğulanır, divarların fasadları dərin olmayan üçbucaqlı nişlərlə işlənmişdir ki, bu da həm hörgünün həcmini vizual olaraq azaltmağa və tikiliyə bitkin görünüş verməyə şərait yaratmışdır.[46]

Bina beşpilləli stillobat üzərində tikilmişdir. Dekorativ baxımdan kilsənin divarlarının hər biri özünəməxsus şəkildə işlənmişdir. Şimal və cənub fasadları, detalları və dekorativ elementləri binanın ümumi xarakterinə uyğun olan beş tağla bəzədilmişdir. Bu tağlar dekorativ sütunları ilə nişləri haşiyələyir.[46]

Şimal divarında mərkəzi tağ üzərində böyük yonma xaç verdır. Cənub divarında anoloji tağ üzərində pəncərə yeri açılmışdır. Zəngin bəzədilmiş pəncərə çərçivəsi üzərində itiuclu yarpaq naxışları vardır. Kilsənin şərq divarının bəzədilməsində də tağlardan istifadə olunmuşdur. Burada digər tağlar üzərində yüksələn mərkəzi tağ, pəncərə yerini də əhatə edir. Digər nişlərin üstündə öküz başı, Tanrı anası və körpə, qartal başı və sair təsvir olunmuşdur.[46]

Böyük bir hissəsi narteksin şərq kollonadası ilə örtülmüş olan qərb divarında, giriş qapısı üzərindəki portalda səliqə ilə işlənmiş İsanın çarmıxa çəkilməsi səhnəsi təsvir olunmuşdur. Böyük xaçın hər iki tərəfində diz çökmüş insan fiqurları vardır.[46]

Vəftizçi İohann kilsəsi hündür günbəz ilə tamamlanır. Orijinal barelyef və rozetlərlə bəzədilmiş çoxüzlü baraban, həmçinin onu tamamlayan çətirvari örtük günbəzə həm əzəmətli, həm də zərif görünüş bəxş edir.[46] Ş. Mkrtçyan günbəzin bədii-dekorativ həllinin kilsə memarının əsas uğuru olduğunu qeyd edir.[47] Günbəzin barabanı bir-birinə bişitik yarımsütunlar vasitəsiylə on altı hissəyə bölünür. Sütunlar barelyef naxışları ilə bəzədilmişdir.[47]

Narteks redaktə

Narteksin əsas fasadında giriş portalı və narteksdən kilsəyə keçid portalı

Kilsəyə bitişik inşa edilmiş narteks binası ümumilikdə məbədə daha bütün və monumental görünüş verir. Gəncəsər monastırının narteksi iki sütuna, stalaktitlərlə bəzəsilmiş iki cüt kəsişən tağa malik tikilidir. Kilsənin narteksi təkcə ölçüləri (11.80x13.25 metr) ilə deyil, həm də memarlıq xüsusiyyətləri ilə heyranedicidir.[45] Unikal memarlıq abidəsi olan narteks daxili həcmin həlli ilə seçilir. Bina, qarşılıqlı kəsişən tağ-tavan konstruksiyası ilə örtülmüşdür.[45]

Zalın qərb tərəfindən ona bitişən dar sahə, onun həcmindən onaltı künclü iri sütunlarla ayrılır. Tağ-nervürlər məhz həmin sütunlara söykənir. Narteksdən kilsəyə aparan yarımdairəvi timpan xırda yonma naxışlarla, timpanı əhatə edən çərçivə isə ulduz və trapesiya naxışları ilə bəzədilmişdir.[48]

Qərb tağları arasında aşağı künclər səviyyəsində naxışlarla bəzədilmiş geniş xaç yerləşdirilmişdir. Giriş portalının üstündən keçən tağın altındakı sahə şahmat ornamenti ilə işlənmiş və hörmə naxışlı kəmərlə ayrılmışdır.[45]

Narteksin interyerində əsas dekorativ yükü stalaktitlər daşıyır. Buna baxmayaraq köməkçi element kimi çoxlu sayda xırda qabartma fiqurlar, romb formalı elementlərdən yığılmış şahmat ornamenti, xırda oyma və toxuma naxışlar və ulduz elementlərindən də istifadə edilmişdir.[45]

Gəncəsər narteksi əsrlər boyunca Xaçın knyazı Həsən Cəlalın törəmələri olan Həsən Cəlalyanlar sülaləsinin ailə məqbərəsi olmuşdur. Narteksin şərq tərəfində Həsən Cəlalın özü də daxil olmaqla sülalənin bir çox məşhur nümayəndələrinin, o cümlədən orta əsrlər Alban Katolikoslarının məzarları vardır. Onların monolit daşlardan hazırlanmış məzar daşları, yerli sənətkarların əl işləri ilə bəzədilərək zərif sənət əsərlərinə çevrilmişlər.[48]

Narteksin eksteryerləri kifayət qədər sadədir. O, planda düzbucaqlı formaya malik, səkkizguşəli yüngül rotonda ilə tamamlanan sadə tikilidir. Şimal fasadındakı giriş qapısının hər iki tərəfində şir və ya irbis qabartması yerləşdirilmişdir. Cənub fasadının cənub hissəsində kiçik pəncərə yeri açılmışdır. Pəncərə dördqanadlı qaç ilə lehimləniş naxışlı çərçivəyə malikdir.[45]

Dekor elementləri redaktə

Günbəz redaktə

Günbəzin eksteryer və interyer görünüşləri

Günbəz barabanının qərb künclərində Adəm və Həvva, məbədin modelini başı üzərində tutan Həsən Cəlal və xeyir-dua verən Məsih, cənub künclərində ibadət üçün diz çökmüş qadın fiqurları, Bakirə MəryəmBakirə ilə Körpə, şərq künclərində Çarmıxa çəkilmə və iki buynuzlu heyvan başı, şimal künclərində isə qanadları açılmış vəziyyətdə quşlar təsvir olunmuşdur.[44]

Günbəzin cənub küncləri, şərq və şimal küncləri ilə müqayisədə relyeflərlə daha çox bəzədilmişdir. Ümumilikdə barabanın ən dəyərli relyefləri qərb və cənub fasadlarında yerləşdirilmişdir. Bu seçim gündüz vaxtı həmin fasadların daha yaxşı görünməsi ilə əlaqəlidir. Şimal və şərq fasadlarındakı relyeflər isə ümumilikdə barabanın dizayn kompozisiyasını tamamlamaqla, ona plastik təfsir edilmiş əsər kimi baxmağa imkan verir.[44]

Cənub fasadında ibadət halında təsvir edilən qadın fiqurları yön baxımından, növbəti nişdə yerləşdirilmiş Tanrı anası fiquruna istiqamətlənmişdir. Həmin fiqur isə cənub faafının mərkəzi hissəsinin frontonunu tamamlayır. Tanrı anası fiqurunun sağ tərəfində, Bakirə və Köpə kompizisiyası yerləşdirilmişdir.[49]

Şərq fasadındakı kiçik ölçülü Çarmıxa çəkilmə kompozisiyası fronton və pəncərə yerinin arasında yerləşdirilmişdir. Kompozisiyanın hər iki tərəfi buynuzlu heyvan başı relyefləri ilə bəzədilmişdir. Şimal fasadının bəzədilməsində isə iki ədə qanadları açıq vəziyyətdə olan quş relyeflərindən istifadə olunmuşdur.[49]

Qərb fasadında yerləşdirilmiş Xeyir-dua verən Məsih kompozisiyasında sol əlində kitab tutmuş, saqqalsız gənc İsa təsvir edilib. Kompozisiya frontonda, naxışlı fon üzərində yerləşdirilib. Baş və adsız barmaqlarını birləşdirməklə əlini irəli uzadan Məsih xeyir-dua verir.[49] İsa fiqurunun altında, naxışlı pəncərə çərçivəsi üzərində dərin olmayan nişdə Adəm və Həvva təsvir edilib. Kompozisiyanın mərkəzində olan bilik ağacının hər iki tərəfində Adəm və Həvva fiqurları vardır. Ağac üzərində isə ilan fiquru sürünür.[50]

Adən və Həvva kompozisiyasının sağ və sol tərəflərində taxtda oturmuş iki kişi fiquru təsvir edilmişdir. Nazik yonma sütunu xatırladan taxtda oturmuş həmin fiqurlar yuzarı uzadılmış əllərində kilsə modelini tutmuşlar. Məhz buna görə də elmi ədəbiyyatda həmin fiqurların kilsənin ktitorlarını təsvir etdiyi ehtimalı qeyd edilir. Ş. Mkrtçyan[46] və A. L. Yakobson[51] sağ tərəfdəki fiqurda Həsən Cəlalın təsvir olunduğuna inanırlar. J. M. Tyerri[52] və M. Asratyan[53] isə hər iki fiqurda Həsən Cəlalın ina etdirdiyi fərqli kilsələrin modelləri ilə təsvir olunduğuna inanırlar. S. X. Mnatsakanyan isə sol tərəfdəki fiqurda Həsən Cəlalın atası Vaxtanqın təsvir olunma ehtimalını səsləndirir. Ktitorların tutduğu kilsə modellərində gəlincə, sağ tərəfdəki fiqurun tutduğu model çətir yox konik günbəzə malik olsa da, profil və quruluşuna görə Gəncəsər monasıtırının Müqəddəs İohann kilsəsini xatırladır. S. X. Mnatsakanyan sol tərəfdəki fiqurun saxladığı modeldə Həsən Cəlalın dövrümüzə çatmamış kilsələrinin təsvir olunduğunu yazır.[54]

Günbəzin fasad dekorları

Barabanın qərb fasadındakı kompozisiya və kilsənin qərb fasadını bəzəyən Çarmıxa çəkilmə kompozisiyası ümumilikdə tikilinin qərb fasadında vahid nəzəriyyənin izləndiyini deməyə əsas verir: ən üstdə xeyir-dua verən İsa, onun dərhal aşağısında Adəm və Həvvanın timsalında insanlığın günaha batması və nəhayət bir qədər aşağıda, İsanın çarmıxa çəkilməsi ilə günahın yuyulması göstərilir. Ktitorlar da, öz kilsələrini məhz günahyuyan İsaya təqdim edirlər.[55]

Mingəçevir kilsə kompleksində arxeoloji qazıntılar zamanı aşkarlanmış, üzərində tovuzquşuları və həyat ağacı motivi, həmçinin, alban əlifbası ilə yazı olan altar daşı
Müqəddəs Vəftizçi İohann kilsəsinin giriş qapısı üzərindəki portalda da tovuzquşuları ilə olan motiv təkrarlanır.

İkinci fikir qrupu abidənin cənub fasadında hazırlanmışdır. Barabanın cənub fasadında Tanrı anası körpə ilə göstərilir.[55] Onun iki tərəfində üzləri mərkəzi fiqura tərəf çevrilmiş, diz çökərək ibadət forması almış iki qadın fiquru göstərilir.[56] Bir qədər yuxarıda frontonda növbəti Tanrı anası və Köpə kompozisiyası vardır. İşlənməsi və detallara diqqət yetirilməsi ilə seçilən bu təsvirdə personajların yuxarı hissəsində qanadlı serafimlər göstərilir.

Bu kompozisiyanın solunda yerləşən qonşu səhnə tarixi-xronoloji baxımdan başladılmış mövzunu davam etdirən İsa üçün ağlanılmasını əks etdirir.[56] Diz çökmüş fiqurların başı üzərində qeyri-adi fantastik varlıqlar göstərilmişdir. Fiqurların üzləri və işlənmə texnikası ktitorların, həmçinin Adəm və Həvvanın fiqurları ilə oxşarlıq təşkil edir və buna əsaslanan tədqiqatçılar onların eyni vaxtda, ehtimal ki, eyni sənətkar tərəfindən hazırlandığını iddia edirlər.[56]

Daha sadə dizayna malik olan şərq və şimal fasadlarında göstərilmiş Tanrı anası və Həvari İohannla Çarmıxa çəkilmə səhnəsi iki tərəfdən buynuzlu heyvan başları ilə əhatə olunur: solda öküz, sağda qoyun başı təsvir edilir. Sonrakı sərhədlər üzərində qanadları açıq vəziyyətdə iki qartal fiquru yerləşdirilmişdir.[57]

Fasadlar redaktə

Müqəddəs İohann kilsəsinin qərb fasadını iri Çarmıxa çəkilmə kompozisiyası bəzəyir. Böyük ornamentli dairəvi rozetin üzərində yerlşdirilmiş xaç hündür relyefə malik olmaqla toxuma formalı naxışlar və palmettlərlə bəzədilmişdir. Xilaskarın fiquru sərt frontal və simmterik iyerarxik pozada, dairəvi nimba içində olan böyük baş və zəif bədənlə göstərilmişdir. Məsih foqurundan aşağıda diz çökərək ibadət halını almış iki şəxsin fiquru vardır. Məsihin başının sağ və sol tərəfində iki ədəd qanadlı varlıq – heruvimlər təsvir edilib. Xaçın qanadlarınn yuxarı hissəsində isə üzbəüz dayanmış tovuzquşu fiqurları vardır. Bütövlükdə qərb fasadındakı Çarmıxa çəkilmə kompozisiyası kvadrata yaxın sahəyə sığışdırılmışdır.[58]

Narteksin əsas dekorativ mərkəzi kompleksin istiqamət oxu üzərində yerləşən qərb portalıdır. Portal çərçivəsi xarici və orta olmaqla iki hissədən ibarətdir. Hər iki çərçivə bir-birini təkrarlamayan naxışlarla bəzədilmiş medalyonlara malikdir. Yuxarı tərəfdə xarici çərçivənin daxili künclərində dizayn və duruşları ilə Mingəçevir kilsəsindən tapılmış erkən orta əsrlərə aid altar daşı üzərindəki təsvirləri xatırladan tovuzquşu fiqurları vardır.[44] Portalın timpanı altı dairədən ibarət polixrom mozaika ilə bəzədilmişdir.[58]

Narteksin şimal portalı daha sadə dizayna malikdir. Onun tağı oyma naxışları olmayan düzbucaqlı çərçivəyə alınmışdır. Tağın üzərində oniki yarpaqlı rozet, sağ və sol tərəflərində isə addım atan şir fiqurları vardır.[58]

Xatirə abidələri və xaçdaşlar redaktə

 
Həsən Cəlalın məzar daşı

Bolonya Universitetindən professor Mariya Kristina Karile qeyd edir ki, 1216-cı ildən monastır Xaçın knyazlarının dəfn yeri olmuşdur.[59] Monastırda knyaz Həsən Cəlal, həmçinin onun varisləri olan digər Xaçın knyazları və onun nəslindən olan Alban Katolkiosları dəfn edilmişlər. Həsən Cəlalın məzarı kilsənin narteksində, əsas ibadət zalının qapısı ağzında inşa edilmişdir.[44]

Həsən Cəlalın qəbir daşı ağ mərmər daşından hazırlanmaqla üç sferik fiqurla bəzədilmişdir: mərkəzdəki sfera David ulduzu ilə bəzədilmişdir. Ulduzu çərçivələyən halqa altı nəbati naxışla bəzədilmişdir ki, onlardan da fransız zanbağını (fler-de-liz) xatırladır. İkinci sfera on altı guşəli ulduzla bəzədilmişdir ki, bu da Şərqi-Asiya xalqlarının mədəniyyətində əbədiyyət çarxını ifadə edir. Üçüncü sfera bir çox alban xaçdaşlarının bəzədilməsində istifadə olunmuş günəşi simvolizə edən xonça oymas ilə bəzədilmişdir. Məzar daşının üzərindəki kitabədə yazılmışdır: "Burada Böyük Cəlal yatır; dualarınızda onu da yad edin; 1431-ci il."[60]

Həsən Cəlalın məzarının hər iki tərəfində katolikosluq mərkəsinin Gəncəsərə köçürülməsindən sonra Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikosların məzarları vardır. Sol tərəfdə katolikos II İyeremiya (1676–1700) və Katolikos Yesai (1702–1728) dəfn edilmişdir. Katolikos Yeasi "Alban ölkəsinin qısa tarixi" adlı tarixi salnamənin də müəllifidir.[61] Həsən Cəlalın məzarından sağ tərəfdə Katolikos XI İohannes (1763–1768) və Alban Katolikosu statusunu daşımış sonuncu kilsə rəhbəri II Sargis (1810–1828) dəfn edilmişlər. Bunlarla yanaşı narteksdə daha qədim dövrə aid Katolikos IX Davud, Katolikos V Qriqoris, Katolikos IX İohannes və başqalarına aid məzarlar da vardır.[60]

Monastırın daxili həyətində çoxlu sayda xatirə abidələri və xaçdaşlar vardır. Şimal divarı qarşısında Həsən Cəlalın Xatun adlı qızının məzarı vardır. Xatunun şərəfinə ucaldılmış xaçdaşın aşağısında yazılmışdır: "Mən, Həsən, Vaxtanqın oğlu, öz adımdan və onun ansı Baqk çarının qızı adından bu xaçı qızım Xatunun xatirəsinə ucaltdım."[60] Xatunun anası və Həsən Cəlalın həyat yoldaşı son Sünik knyazının qızı Mamkan xatun olmuşdur.[60]

İstinadlar redaktə

  1. Хачын // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 62.
  2. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  3. "Gəncəsər məbədi". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  4. Qarabağin keçmişinə səyahət — R.Göyüşov
  5. MacKenzie, D. N. A Concise Pahlavi Dictionary. London: Oxford University Press. 1971. 35. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
  6. MacKenzie, D. N. A Concise Pahlavi Dictionary (PDF). London: Oxford University Press. 1971. 74. 2012-12-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  7. 7,0 7,1 7,2 Мкртчян, 1989. səh. 15
  8. О восстании дома Алуанк господина Анании католикоса. Арарат. 1896. 42.
  9. Орбели, Степаннос. История области Сисакан. Тифлис. 1910. 278–279.
  10. О честной голове Иоанна Крестителя, и о том, как она была доставлена в гавар Арцах и помещена в святом Гандзасаре, где находится престол Агванка Arxivləşdirilib 2012-04-19 at the Wayback Machine Приложение к "История Страны Алунак".
  11. Мовсес Каганкатваци, «История страны Алуанк» Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine (в 3-х книгах), Перевод с древнеармянского Ш. В. Смбатяна, Институт древних рукописей им. Маштоца — Матенадаран, Ереван, 1984 г.
  12. Бархударянц, Макар. Арцах, I. Баку. 1895. 155.
  13. 13,0 13,1 Мкртчян, 1989. səh. 14
  14. Гандзакеци, Киракос. История Армении (пер. Л. А. Ханларян) (XXXI fəsil). Москва: Наука. 1976. 171.
  15. Гандзакеци, Киракос. История Армении (пер. Л. А. Ханларян). Москва: Наука. 1976. 270–271.
  16. 16,0 16,1 16,2 16,3 Ulubabyan, Yakobson, 1976. səh. 687
  17. Eastmond, Anthony (2004). Art and Identity in Thirteenth-Century Byzantium: Hagia Sophia and the Empire of Trebizond. Burlington, VT: Ashgate. p. 92, 144.
  18. Мамедова, Ф. Кавказская Албания и албаны. Баку. 2005. 555. ISBN , ,.

    Центрами албанского патриаршества были Чола, с V I–V III вв. — Барда, в V III–IX вв. — Бердакур, затем Чарек-Хамши (недалеко от Кедабека), а на короткое время была церковь Дадиванк, в честь ученика апостола Фаддея-Дади (Мар-Елисей) в Хачене, и, наконец, с 1240 по 1836 гг. Гандзасар (Гандзасарский собор). В X V II–XIX вв. был антипрестол в Хаченском храме Ерицманканц.

  19. Мамедова, Ф. Кавказская Албания и албаны. Баку. 2005. 556. ISBN , ,.
  20. Ayvazyan, A. M. "Ժողովրդագրական իրավիճակը Ղարաբաղում 1710-1720-ական թվականներին [Demographic Situation in Karabagh between 1710 and 1720]". Lraber Hasarakakan Gitutyunneri (erməni) (1–2). 2010: 59–67. 2020-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-24.; originally published in Ayvazyan, Armen. "The Demographic Situation in Karabakh in the 1710-1720s". Armenian Mind. 5 (1–2). 2001: 67–74. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-24.
  21. 21,0 21,1 Гусеинов, Ризван. "К истории арменизации и упразднения албанской церкви Гандзасара". IRS. 86 (№ 2). 2017. (#accessdate_missing_url)
  22. Арутюнян, П. Т. «Предисловие» к переводу «Джамбр» (Памятная книга, зерцало и сборник всех обстоятельств Святого престола Эчмиадзина и окрестных монастырей Симеона Ереванци). Москва: Изд. восточной литературы. 1958. 11.
  23. Верт, П. Глава церкви, подданный императора: армянский католикос на перекрёстке внутренней и внешней политики империи, 1828-1914. 2006. 99–138.
  24. 24,0 24,1 Акты, собранные Кавказской археографической комиссией (АКАК) (под редакцией А. П. Берже (том III)). Тифлис: Тип. Главного управления наместника Кавказского. 1869. 79–81.
  25. 25,0 25,1 Предписанiе гр. Гудовича ген.-м. Небольсину отъ 11-го ноября 1807 года (АКАК, том II, № 603). səh. 151.
  26. Записка Армянского apxieпископа Ioаннeca, поданная гр. Гудовичу (АКАК, том III). səh. 152.
  27. Hayrumyan, Naira. "Recovery and Concern: Regional Unrest Reminds of NKR's Years of Progress, While Raising Anxiety". Armenian General Benevolent Union. 1 November 2008. 29 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 October 2020.
  28. Editorial Board. "Գանձասար [Gandzasar]". Etchmiadzin (erməni). Mother See of Holy Etchmiadzin. 46 (9–10). 1989: 78. 2019-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  29. "Liberation of Shushi". Armenian Revolutionary Federation Western USA. 27 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2020.
  30. Cox, Caroline; Eibner, John. Operation Ring // Ethnic Cleansing in Progress: War in Nagorno Karabakh. Institute for Religious Minorities in the Islamic World (Christian Solidarity International). 1993. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  31. 31,0 31,1 Corley, 1998. səh. 330
  32. Janikyan, Grigor. "Մահապարտների անմահությունը [The Immortality of the Death-Sentenced]". Hay Zinvor (erməni). Armenian Ministry of Defense. 23 May 2013. 2015-03-23 tarixində arxivləşdirilib.
  33. "History (1991–1992)" (erməni). Organisation "Aravni". 8 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2020.
  34. "Hayrapetyan Sentenced to 4 Years in Prison by Moscow Court". Asbarez. 14 April 2016. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2020.
  35. Pogosyan, Ashot. "Успешные армяне России: Левон Айрапетян [Russia's Successful Armenians: Levon Hayrapetyan]" (rus). REGNUM News Agency. 13 February 2016. 19 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2020.
  36. "Молодежь призывает Левона Айрапетяна спасти Гандзасар". Yerkramas (rus). 6 July 2011. Гандзасарский монастырь получил новую жизнь в 2000-2002 гг. благодаря средствам московского бизнесмена Левона Айрапетяна.
  37. Organova, Natalya. "Гандзасар: война амбиций". noev-kovcheg.ru (15). 2011. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25. «Когда Левон Айрапетян ремонтировал в 2000-2002 годах притвор церкви, когда выкладывал пол церкви плиткой, когда ремонтировал алтарь церкви, где были архитекторы?» – задается риторическим вопросом отец Григор.
  38. "Gandzasar facelift: Vandalism or restoration as tiling continues at Karabakh medieval church's fence?". ArmeniaNow. 12 July 2011. 2012-05-18 tarixində arxivləşdirilib.
  39. DİN: Xankəndidə kafedral və kilsə mühafizə olunur - VİDEO
  40. 40,0 40,1 40,2 Мамедова, 2004. səh. 148
  41. 41,0 41,1 41,2 41,3 41,4 Мкртчян, 1989. səh. 16
  42. Мамедова, 2004. səh. 120
  43. Мамедова, 2004. səh. 121
  44. 44,0 44,1 44,2 44,3 44,4 44,5 44,6 Мамедова, 2004. səh. 124
  45. 45,0 45,1 45,2 45,3 45,4 45,5 45,6 45,7 45,8 Мкртчян, 1989. səh. 18
  46. 46,0 46,1 46,2 46,3 46,4 46,5 Мкртчян, 1989. səh. 19
  47. 47,0 47,1 Мкртчян, 1989. səh. 20
  48. 48,0 48,1 Мамедова, 2004. səh. 149
  49. 49,0 49,1 49,2 Улубабян, 1981. səh. 53
  50. Улубабян, 1981. səh. 54
  51. Якобсон, А.Л. Из истории армянского средневекового зодчества (Гандзасарский монастырь XIII в.) (К освещению проблем истории и культуры Кавказской Албании и Восточных провинций Армении. Т.1.). Ер. 1991. 447.
  52. Thierry, Jean-Michel. Armenian Art. New York: Harry N. Abrams. 1989. 72. ISBN ISBN 0-8109-0625-2.
  53. Асратян, М. М. Арцахская школа армянской архитектуры. Ереван. 1992. 27.
  54. Мнацаканян, С. Х. Искусство средневековой Армении. Берлин. 1981. 111–119.
  55. 55,0 55,1 Улубабян, 1981. səh. 57
  56. 56,0 56,1 56,2 Улубабян, 1981. səh. 58
  57. Улубабян, 1981. səh. 59
  58. 58,0 58,1 58,2 Улубабян, 1981. səh. 63
  59. Carile, Maria Cristina. Buildings in their patrons' hands? The multiform function of small size models between Byzantium and Transcaucasia (kunsttexte.de). University of Bologna. 2014. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
  60. 60,0 60,1 60,2 60,3 Hewsen, Robert H. A Historical Atlas. Chicago: University of Chicago Press. 2001. 120.
  61. Персидский поход 1722–23 Arxivləşdirilib 2015-07-03 at the Wayback Machine — статья из Большой советской энциклопедии (3 издание)

Ədəbiyyat redaktə

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Улубабян, Б. Гандзасар. Ереван. 1981.

Həmçinin bax redaktə


Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023