Gəyən Haqqinda Melumat - Vikipedia

Gəyən Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gəyən düzüCəbrayıl rayonuQubadlı rayonu rayonlarının arasında yerləşir.

Gəyən
Yerləşməsi
Ölkə

Adın etimologiyası redaktə

Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir[1]. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir.

Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır.

Mən aşıq gəyən yerlər.
Göyərmiş gəyən yerlər
Mənə nişanə qaldı,
Ayağın dəyən yerlər.

Toponimikası redaktə

Mil düzünün bir hissəsidir. Göyən çölü, Gəyən düzü də adlanır. Çölün qərb hissəsi İncəçöl, şərq hissəsi isə Çaxmaqçöl adlanır. Bir fikrə görə, oykonimin əsli Göyən olmuşdur. Kəndin ərazisi yazda və payızda göy otla zəngin olduğundan keçmişdə maldar tayfaların köç vaxtı dayanacaqları olmuşdur. Oronim göy ("yaşıl ot" mənasında) sözündən və məkan bildirən -an şəkilçisindən əmələ gəlib, "göy otlaq, göylük" mənasını bildirir. Başqa bir fikrə görə, göyən sözü coğrafi termin olub, "təpəliklərin üstündəki geniş sahə, çöl, düz" mənasındadır. Cənubi Azərbaycanda da Göyən kəndi qeydə alınmışdır. [2]

İstinadlar redaktə

  1. Azərbaycan dilinin izahlı lüğəti.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb",



Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023