Gəzinti mayakı Haqqinda Melumat - Vikipedia

Gəzinti mayakı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gəzinti mayakı (参観灯台, sankan today?) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today?)Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var.

Kadovasaki mayakı gəzinti mayakı statusuna malik olmasa da, yuxarıya çıxmağa icazə verilir.

Haqqında redaktə

Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur.[1]

Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur.[2]

Tarixi redaktə

Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi. 1931-ci ildə Yaponiyada mayakları ziyarət etmək barədə təlimat yaradılmışdır. İkinci Dünya müharibəsindən sonra turizm populyar olmuş və turistlərin sayı çoxalmışdır. Nəticədə, bəzi mayakların ziyarətə açılması barədə qərar qəbul edilmişdir.[2]

Gəzinti mayakı sistemi 1948-ci ilin martında başlamışdır. Sistem 13 gəzinti mayakı ilə yaradılmışdır: Kannonzaki mayakı, İnubosaki mayakı, Coqaşima mayakı, İzumo Hinomisaki mayakı, Nocimazaki mayakı, Şionomisaki mayakı, Şimizu mayakı, Dayozaki mayakı, Şioyazaki mayakı, Tsuruqisaki mayakı, Kuşirosaki mayakı, Çikiumisaki mayakı, Kattoşimisaki mayakıMurotozaki mayakı.[2]

29 mart 2007-ci ildə Hatsuşima mayakı sayca 15-ci gəzinti mayakı olmuşdur.[3] 1 iyun 2018-ci ildə Şiriyazaki mayakı 16-cı gəzinti mayakı kimi ictimaiyyətə açıq elan olunmuşdur.[4]

Siyahı redaktə

Aşağıda Tokokay tərəfindən müəyyən edilmiş 16 gəzinti mayakının siyahısı verilmişdir:[1]

Şəkil Mayakın adı Yerləşməsi İstifadəyə verilmə tarixi
  Şiriyazaki mayakı Hiqaşidori, Şimokita rayonu, Aomori prefekturası 20 oktyabr 1876
  Nyudozaki mayakı Oqa, Akita prefekturası 8 noyabr 1898
  Şioyazaki mayakı İvaki, Fukuşima prefekturası 15 dekabr 1899
  İnubosaki mayakı İnubo burnu, Çoşi, Çiba prefekturası 15 noyabr 1876
  Nocimazaki mayakı Minamisobo, Çiba prefekturası 19 yanvar 1870
  Kannonzaki mayakı Yokosuka, Kanaqava prefekturası 11 fevral 1869
  Hatsuşima mayakı Hatsuşima, Atami, Şizuoka prefekturası 25 mart 1959
  Omaezaki mayakı Omae burnu, Omaezaki, Şizuoka prefekturası 1 may 1874
  Anorizaki mayakı Şima, Mie prefekturası 1 aprel 1873
  Dayosaki mayakı Şima, Mie prefekturası 5 oktyabr 1927
  Şionomisaki mayakı Kuşimoto, Hiqaşimuro rayonu, Vakayama prefekturası 15 sentyabr 1873
  Hinomisaki mayakı İzumo, Şimane prefekturası 1 aprel 1903
  Tsunoşima mayakı Tsunoşima, Hokoku, Şimonoseki, Yamaquçi prefekturası 1 mart 1876
  Toimisaki mayakı Toi burnu, Kuşima, Miyazaki prefekturası 22 dekabr 1929
  Zanpazaki mayakı Yomitan, Nakaqami rayonu, Okinava prefekturası 30 mart 1974
  Hennanzaki mayakı Miyakocima, Okinava prefekturası 27 mart 1967

İstinadlar redaktə

  1. 1 2 "のぼれる灯台16". Tokokai (yaponca). 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
  2. 1 2 3 "参観灯台の歴史". Nishimitsu (yaponca). 22 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.
  3. "初島灯台 (静岡県熱海市)の一般公開開始について" (PDF). Yaponiya Sahil Mühafizə Təşkilatı (yaponca). 15 mart 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 fevral 2024.
  4. "青森の「尻屋崎灯台」が全国16カ所目の参観灯台に". Kanpan Info (yaponca). 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2024.

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024