GamesRadar Haqqinda Melumat - Vikipedia

GamesRadar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

GamesRadar+

(GamesRadar səhifəsindən istiqamətləndirilmişdir)

"GamesRadar+" (əvvəllər "GamesRadar") — çoxformatlı videooyun saytı. Bu, mütəmadi olaraq xəbərlər, resenziyalar, rəylər, videolar və oyun təlimatları dərc edir. Sayt ABŞBirləşmiş Krallıqda ofisləri olan "Future US"ə şirkətinə məxsusdur. Analoji "CheatPlanet" vebsaytı ilə birlikdə "GamesRadar" aylıq təxminən 3,25 milyon ziyarətçi kütləsinə malikdir.[2]

GamesRadar+
Loqonun şəkli
URL gamesradar.com
Dilləri ingilis dili
Sahibi Future plc
Açılma tarixi 2005
Alexa reytinqi
  • 3.135 (1 oktyabr 2021)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sayt videooyun təsvirlərinə peşəkar, lakin yumoristik yanaşması ilə tanınır. Adi xəbərlərlə yanaşı, komik məqalələr və videolar da dərc edir. Bundan əlavə, sayt "TalkRadar" layihəsi ilə "iTunes" vasitəsilə endirilən, videooyun sənayesindəki ən son hadisələri əhatə edən xəbərlər təqdim edir.[3]

Format və üslub redaktə

"GamesRadar" hər gün bir çox xəbərlər, o cümlədən rəsmi videooyun xəbərləri, rəylər, resenziyalar və istehsalçılardan müsahibələr dərc edir. Saytdakı bir çox məqalənin üslubu çox vaxt yumoristik olur. Bəzi materiallar şəkillər və videomateriallarla müşayiət olunur. Bəzi məqalələr tamamilə satirikdir. Ən populyar bölmələrdən biri həftəlik yenilənən "Top 7" siyahısıdır. Burada videooyunların, videooyun sənayesinin və mədəniyyətin həm müsbət, həm də mənfi tərəflərini əks etdirilir.[4]

İstinadlar redaktə

  1. Alexa Internet (ing.). 1996.
  2. Элли Гибсон. "GamesRadar and Cheat Planet readership tops 3.2m" (ingilis). GamesIndustry. 2007-07-19. 2007-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.
  3. "TalkRadar at iTunes" (ingilis). 2012-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.
  4. "GamesRadar Top 7 Compendium" (ingilis). 2012-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.

Xarici keçidlər redaktə


Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023