Gecəyarı günəşi (roman) Haqqinda Melumat - Vikipedia

Gecəyarı günəşi (roman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gecəyarı günəşi (roman)

Gecəyarı günəşi (ing. Midnight Sun) — yazıçı Stefani Mayerin 2005-ci ildə yazdığı Alatoran romanının 2020-ci ildə nəşr olunan kompanion romanıdır. Əsərdə Alatorandakı hadisələr Bella Svon yox Edvard Kallenin dilindən nəql edir.[1] Meyer bildirmişdirki Alatoran Edvardın dilindən yazmağı istədiyi yeganə kitabdır.[2] Edvard obrazının yaxşı dərk edilməsi üçün çəkilişlər zamanı Meyer Alatoranın rejissoru Ketrin Hardvik və Edvardı canlandıran Robert Pattinsona romanın hələ o vaxt tamamlanmış bəzi hissələrini oxumaq üçün vermişdi.[3][4][5] Roman 4 avqust 2020-ci ildə nəşr olundu.[6][7]

Gecəyarı günəşi
Midnight sun
Müəllif Stefani Mayer
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 4 avqust 2020
Seriya Alatoran
Nəşriyyat Little, Brown and Company
Səhifə 658
Növ Gənc-yetkin bədii ədəbiyyat, fantaziya, romans
Əvvəlki Sübh
ISBN 9780316707046

Nəşrdən əvvəlki tarix redaktə

28 Avqust 2008-ci ildə Meyer internetdə tamamlanmamış on iki fəslin sızmasından sonra romanın yazısını dayandırdı. O, "Əgər indi Gecəyarı günəşi yazmağa çalışsaydım, indiki düşüncəmə əsasən Ceyms çox güman ki, qalib gələcək və bütün Kallenlər öləcəkdi ki, bu da orijinal hekayəyə uyğun gəlməyəcəkdi.[8] Buna görədə baş verənlərlə əlaqədər pis oldum və romanı hələlik təxirə saldım."[6] O, sızmış on iki hissədən ibarət qaralama hekayəni öz veb saytında yayımladı.[9] Meyer sızmanın pis məqsədlə olduğuna inanmadığını və ad verməyəcəyini bildirdi.[10]

2008-ci ilin noyabr ayında verdiyi müsahibədə Meyer, "Çox mürəkkəb məsələdi, çünki hamı oturub mühakimə edə bilir. Yalnız özümü tək hiss edəndə yaza bilərəm. Hal hazırda isə tək hiss etmirəm.""[11] Yazıçı iki il ərzində Gecəyarı günəşi haqqında eşitməməli olduğunu bildirdi və düşündü ki, yalnız hər kəs bu barədə unutduqdan sonra roman üzərində işləyə bilər.[12]

2015-ci ildə Həyat və ölüm: Yenidən təsəvvür edilmiş alatoran-ın yayımlanmasından sonra Meyer romanı davam etmək üçün rahat olduğunu bildirdi, lakin 2015-ci ildə Comic-Con panelində dedi ki,:"Nə fikirləşirsiniz, Yahoo-da səhər top hekayə nə idi? Qrey". O bununla Qrey: Kristian tərəfindən danışılan bozun əlli çaları-na istinad edirdi, hansıki roman subtitrində qeyd edildiyi kimi Bozun əlli çaları-na Kristian Qreyin gözü ilə baxmaq. Meyer dedi ki,: "Bu mənim üçün masanın dərgal çevrilməsi anı idi." Lakin kitab gözləmədə qaldı.[13] 2020-ci ildə Meyer kitabin həmin ilin 4 avqust tarixində yayımlanacağını bildirdi.

İstinadlar redaktə

  1. StephenieMeyer.com | Twilight series | Other Projects. Archived from the original on October 5, 2008.
  2. "Entertainment Weekly interview with Stephenie Meyer: Part 2". 2018-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-03.
  3. Larry Carroll. "'Twilight' Set Visit Confirms Edward And Bella's Chemistry, Offers A 'Midnight Sun' Preview". MTV. April 15, 2008. March 6, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2008.
  4. "New Twilight book: 'Fans grew up with criticism of the originals'". BBC News (ingilis). 2020-05-06. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  5. León, Concepción de. "Stephenie Meyer Is Telling Edward's Story, Even if It Makes Her Anxious". The New York Times (ingilis). 2020-08-03. ISSN 0362-4331. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  6. Flood, Alison. "Stephenie Meyer announces new Twilight book Midnight Sun". The Guardian (ingilis). May 4, 2020. ISSN 0261-3077. December 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2020.
  7. "GuardianAug13"
  8. name=midnight
  9. StephenieMeyer.com | Twilight series | Midnight Sun partial draft. Archived from the original on January 6, 2009.
  10. name=midnight
  11. Karen Valby. "Stephenie Meyer Talks 'Twilight'". Entertainment Weekly. November 5, 2008. August 29, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 6, 2008.
  12. name=midnight
  13. "Stephenie Meyer has no plans to release 'Midnight Sun' after EL James' 'Grey'". EW.com (ingilis). 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.

Xarici keçidlər redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023