Georgi Arsenişvili Haqqinda Melumat - Vikipedia

Georgi Arsenişvili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Georgi Arsenişvili

Georgi Longinozviç Arsenişvili (gürc. გიორგი ლონგინოზის ძე არსენიშვილი; 5 yanvar 1942, Xirsa, Kaxetiya17 noyabr 2010, Tbilisi) — Gürcüstanlı siyasətçi, dövlət xadimi və Gürcüstanın Dövlət Naziri (2000–2001).

Georgi Arsenişvili
gürc. გიორგი არსენიშვილი
11 may 2000 – 21 dekabr 2001
ƏvvəlkiVaja Lordkipanidze
SonrakıAvtandil Corbenadze
Şəxsi məlumatlar
Doğum adı გიორგი არსენიშვილი
Doğum tarixi 5 yanvar 1942(1942-01-05)
Doğum yeri
Vəfat tarixi 17 noyabr 2010(2010-11-17) (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Saburtalo panteonu[d]
Təhsili
Fəaliyyəti siyasətçi, riyaziyyatçı, diplomat, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Həyatı redaktə

Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1970-ci ildə Kiyev Riyaziyyat İnstitutunda aspiranturanı bitirdi. Texniki elmlər doktoru və professor olmuşdur.

1973–1974-cü illərdə Heydelberq Universitetində təcrübə keçmişdir. Tətbiqi Riyaziyyat İnstitutunda baş elmi işçi, TDU-nun Mexanika-Riyaziyyat fakültəsində baş müəllim və nisbilik nəzəriyyəsi və riyazi statistika kafedrasının dosenti idi.

1978-ci ildə Kibernetika və Tətbiqi Riyaziyyat Fakültəsinin dekanı seçildi. 1982-ci ildən riyazi metodlardan istifadə şöbəsinə rəhbərlik etmişdir.

Son çağırış parlamentində insan hüquqları və sivil inteqrasiya komitəsinin sədri vəzifəsində çalışmışdır.

Ailəli idi, iki övladı və iki nəvəsi var idi.


Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024