German Henrix Qossen Haqqinda Melumat - Vikipedia

German Henrix Qossen Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

German Henrix Qossen

German Henrix Qossen (alm. Hermann Heinrich Gossen‎; 7 sentyabr 1810[1][2][…], Düren, Köln[d][3]13 fevral 1858[1][2][…], Köln, Prussiya[3]) —Almaniya iqtisadçısı.

German Henrix Qossen
alm. Hermann Heinrich Gossen
Doğum tarixi 7 sentyabr 1810(1810-09-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 fevral 1858(1858-02-13)[1][2][…] (47 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
Təhsili

Həyatı redaktə

Fəaliyyəti redaktə

Avstriya məktəbinin əsas ideyalarının formalaşmasında XIX əsrin əvvəllərində yaşamış istedadlı alman iqtisadçısı German Henrix Qossenin çox mühüm rolu olmuşdur. Onun 1854-cü ildə çapdan çıxmış "İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı" haqqında əsərində məhsulun "son faydalığı" haqqında iki mühüm prinsip əks olunmuşdur ki, onlar da müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalıq sıfra çatır. Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalığının tarazlığı şəraitində mümkün olur.

Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki "nüsxəyə" nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən "məhsulun son nüsxəsi" vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan "son nüsxənin" faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalığı ilə müəyyən olunur.

Yeri gəlmişkən qeyd edək ki, Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanların makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşlar.

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Hermann Heinrich Gossen // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Госсен Герман Генрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər redaktə


Saytda 226 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024