Gey prayd Haqqinda Melumat - Vikipedia

Gey prayd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksualtransgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür[1][2][3][4].

Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur[1][2][3][5].

Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade)[6][7]prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir[1][2][3].

Terminologiya redaktə

Bu gün müxtəlif ölkələrdə gey-praydların adlandırılması bir-birindən fərqlənir: Avstriyada onu Əlvan parad (alm. Regenbogenparade‎)[8][9] adlandırırlar, Hollandiyada o Çəhrayı Şənbə (nid. Roze Zaterdag) adını daşıyır[10], Almaniyaİsveçrədə Kristofer-strit günü (ing. Christopher Street Day)[11][12], Latviyada isə Dostluq Günləri keçirilir[13][14], bundan başqa Avstraliyada keçirilən Mardi-Qra (ing. Mardi Gras)[3][15] karnaval şənlikləri ilə gey prayd adətən birgə qeyd olunur.

Rusiya KİV-ləri "gey praydları", bir qayda olaraq, "gey parad" adlandırırlar, lakin Rusiyada keçirilən LGBT aksiyaların təşkilatçıları özlərini "gey prayd nümayəndələri" deməyi üstünlük verirlər. Bununla onlar demək istəyirlər ki, onların məqsədi yalnız hüquqların qorunmasına yönəlmiş bir yürüş təşkil etməkdir və bunun Qərbi Avropa ölkələrində keçirilən karnavallarla az əlaqəsi var[16][17].

Tarix redaktə

 
Homofil hərəkatının demonstrasiyası

 
Gey-prayd Nyu-Yorkda (1976-cı il)

1960-ci illərdə amerikalı gey və lezbiyanlar qanuni şəklə salınmış repressiya şəraitində yaşayırdılar. O zaman ABŞ-nin bütün ərazisində həddi-buluğa çatmış insanlar arasında hətta qarşılıqlı razılıq ilə və şəxsi evlərdə baş verən homoseksual əlaqələr cinayət hadisəsi sayılırdı. Müxtəlif ştatlarda cəza pul cəriməsindən iyirmi il həbs cəzasına və yaxud məcburi "müalicə" (axtalanma, lobotomiya, elektrik cərəyanı ilə şok terapiyası və s.) qədər dəyişə bilərdi. Tez-tez polis qəflətən gizli gey-klublara basqın edirdi, daha sonra isə, onlar məhbusların şəkillərini səhər qəzetlərinə yerləşdirirdilər, bu da onların təhsil, mənzil və işini itirmək riski ilə bağlı idi[18][19][20].

1969-cu ilin 27-28 iyun tarixində, yəni cümə günündən şənbə gününə keçən gecə, Nyu-York polisi Qrinviç-Villic adlı gey məhəllənin Kristofer strit küçəsində yerləşən Stounvoll-inn adlı gey barda növbəti reyd keçirmişdi. Həbslər başlanılır. Lakin barın ətrafında toplaşmış kütlə gözlənilmədən müqavimət göstərməyə başlayır və polislərə daş və şüşə atırlar. Xüsusi dəstə və etirazçılar arasında başlanılan toqquşmalar səhərə qədər davam etmişdi. Polislə toqquşmalar yenidən ikinci gecə elə həmin miqyasda təkrarlanmış və həftə ərzində daha kiçik sayda etirazçı ilə davam etmişdi. Bu hadisələr Stounvoll üsyanı adını qazanmışdı. Bu üsyan gey və lezbiyanlar arasında mülki hüquqlar uğrunda hərəkatın başlanğıcı sayılır, çünki o, çoxsaylı LGBT-təşkilat və təşəbbüslərin inkişafına təkan verdi. Tarixçi Devid Karterin sözlərinə görə, bu "necə ki Bastiliyanın alınması Böyük Fransa inqilabının başlanğıcı üçün, eləcə də Stounvoll gey-hərəkat üçün eyni böyük tərənnüm idi[18][21].

2 noyabr 1969-cu ildə Kreyq Rodvel, onun partnyoru Fred Sargent, Ellen Broidi və Linda Rodes ilk praydın Homofil Təşkilatların Şərqi Regional Konfransının (ERCHO) Filadelfiya toplanrısının qətnaməsi ilə Nyu York şəhərində keçirilməsini təklif etmişdi[22][23][24][25].

"  Bu İllik Xatırlatma bizə hüquqlarımız, insan haqları, apardığımız mübarizədə möhkəm olmamız daha çox insana problemlərimiz və kimliyimizi çatdırmamız və ideallarımıza aparan yolda vasitə olmalıdır. Biz hesab edirik ki, 1969-cu ildə Kristifer stritdə qəflətən baş verən toqquşmalara bir xatirə olaraq Nyu-Yorkda hər il iyunun son şənbə günü nümayişlər keçiriləcəkdir. Və bu nümayişlər Christopher Street Liberation Day, yəni "azad olunma günü" adlandırılacaq. Biz iştirakçıların öz görkəmi və həyat tərzindən utanmamağa çağırırıq " 

Bu ideya homofil konservativ hərəkatına müxalif idi, onlar nümayiş keçirərkən açıq-saçıq geyimlərdən imtina etmişdilər, əllərində saxladıqları plakatlarda isə "gey" sözü yox idi. Bu hüquqların müdafiəsi cərəyanların nümayəndələri hesab edirdilər ki, belə taktika onlara etibar verir və cəmiyyətdə daha çox anlayış doğurur[26]. Lakin o, elə də ciddi nəticə verməmişdi. Və faktiki olaraq Kreyqin ideyaları, yeni radikal və gey-azadlıq hərəkatının yaranmasına, eləcə də daha açıq və birbaşa mübarizə metodlarının istifadəsinə təkan vermişdi[27][28][29].

Paris meri, İl-de-Frans vilayətinin rəhbəri və birlik rəhbərləri Paris paradında, 2014.
Google işçiləri Varşava paradında, 2010

1970-ci ildə Stounvoll üsyanının ildönümündə bir neçə yüz nümayişçi Kristofer-strit küçəsinə çıxmışdı. Bu aksiya ilk gey-prayd sayılır. İştirakçılar məşğulluq və yaşayış sahələrində geylər arasında ayrı-seçkiliyə yol verən cinayət təqibinə, antihomoseksual hərəkət və qanunlara qarşı etiraz aksiyaları keçirmiş və homoseksualların açıq olmasına dair çağırışlar etmişdilər. Nümayişçilər əllərində plakatlar tutaraq müxtəlif şüarlar qışqırırdılar: "Gizli olmaqdansa aşkar olmaq daha yaxşıdır!", "Biz nə istəyirik? Geylərə azadlıq! Nə vaxt biz bunu istəyirik?! İndi!", "Ucadan de: Mavi qürurludur", "Şkafdan çölə!" və s.[4]. "Geylərin Azadlıq Cəbhəsinin" yaradıcılarından birinin sözlərinə görə, Marş bizim yeni qürurumuzun təsdiq və bəyannaməsi idi (ing. pride). Bu nümayiş gələn il də təkrarlandı və daha sonra o, Nyu-York şəhərində hər il keçirilən müntəzəm gey-prayda çevridi[2][3]. 1970-ci ilin yayında oxşar çıxışlar, məsələn, Atlanta[30], Los-Anceles[31], San-Fransisko[32], Çikaqo, Toronto[4][33] və digər şəhərlərdə də keçirilmişdi. Tədricən, lezbiyanların geylərlə birlikdə mülki hüquqlar uğrunda apardıqları hərəkatlar vüsət alaraq, Stounvoll ildönümünün ABŞ və Kanadanın bütün ərazisində qeyd olunması ilə nəticələnmişdi[3]. İlk gey-praydlar sayca çox az idi, mühafizəkarlar etirazlar doğurur, hakimiyyət isə onların keçirilməsinə maneçilik törədirdilər[2][4]. Lakin ümumi kontekstdə vətəndaş bərabərliyinin və LGBT-hüquqlarının tədricən cəmiyyət tərəfindən tanınması, mövcud ziddiyətli xarakterin itirilməsinə gətirib çıxartdı[34]. 1978-ci ildə San-Fransiskoda keçirilən səkkizinci gey-prayd üçün rəssam Gilbert Beyker tərəfindən rəngbərəng bayraq yaradılmışdı, bu, bir müddət sonra LGBT-hərəkatının ən çox tanınan və məşhur simvoluna çevrilir. Əvvəlcə amerikalı gey-praydlar "Azadlıq Günü" (ing. Freedom Day) və ya "Geylərin Azad Olunması Günü" (ing. Gay Liberation Day)[2] adını daşıyır və radikal hüquq-mühafizə ideyalarına söykənirdi. Lakin təxminən 1980-ci illərdə onlar müvafiq olaraq "gey prayd" və "gey-parad" ifadələri ilə əvəz olunmuşdu. Bu, gey-biznesin getdikcə hüquq-mühafizə üzərində daha da güclənən təsirinin nəticəsi idi. Belə təsir başlanğıcda kommersiya və aktivist təşkilatları arasında münaqişələrə gətirib çıxardırdı, lakin sonda hər iki tərəf arasında kompromis əldə olunmuşdu[4].

Bir qədər sonra gey prayd keçirmək ənənəsi Avropaya gəldi. Belə ki, ilk nümayiş 1970-ci ildə Londonda[35], 1971-ci ildə Parisdə[36], 1979-cu ildə Berlində[37], 1983-cü ildə isə Dublində keçirilmişdi[38]. Zaman keçdikcə gey praydlar demək olar ki, ŞimaliCənubi Amerikanın bütün ölkələrində, Avropa, Avstraliya və Yeni Zelandiya, CAR, həmçinin Asiyanın bir sıra ölkələrində (məsələn, Türkiyə, İsrail, Tailand, Hindistan, Yaponiya, Tayvan, Çin) keçirilməyə başladı[3].

Bununla belə, keçmiş Sosialist düşərgəsi ölkələrinin bir çox şəhərlərində hal-hazırda praydların keçirilməsi, Qərbi Avropa ölkələrindən fərqli olaraq daha gec keçirilməyə başladığından hələ də bir çox çətinliklərlə üzləşir. Belə ki, 2001-ci ildə Belqrad şəhərində keçirilən gey prayd zamanı, iştirakçılar radikalların hücumuna məruz qalmışdı, 2009-cu ildə isə futbol fanatları və ultrasağçılar kütləvi dağıntılar təşkil edərək Serbiya paytaxtında 1 milyon avro məbləğində ziyan vermişdilər[39][40]. Oxşar hücumlar Bratislava[41], Buxarest[42], Budapeşt[43]Riqada qeydə alınmışdı[44]. Buna baxmayaraq, vaxt keçdikcə, münaqişələr öz gərginliyi azaldır: Belə ki, 2011-ci ildə Zaqrebdəki gey prayd nisbətən sakit keçmişdi[45]. 2005-ci ildə Varşavada keçirilməsi nəzərdə tutulan gey praydı şəhərin vaxtkı meri Lex Kaçinski tərəfindən qadağan edilmişdi, lakin bir neçə min nəfər bütün bunlara baxmayaraq Polşa paytaxtında marş keçirmişdilər. Hakimiyyətin qərarı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilmişdir və 2007-ci ildə qərara almışdır ki, bütün bu qadağalar qanunsuzdur və özündə ayrı-seçkilik prinsiplərini güdür[46]. 2008-ci ildən Varşavadakı gey praydlar hakimiyyətin maneə olmaması şərti ilə keçirilir. Analoji vəziyyət Moskvada baş vermişdi: 2005-ci ildə gey prayd mer Yuri Lujkov tərəfindən qadağan edilmişdi idi, icazəsiz aksiya iştirakçıları isə polis və neonasistlərin hücumlarına məruz qalmışdı[47]. Bu vəziyyət hər növbəti il təkrar olunurdu. AİHM-ın 2010-cü ildə gey praydın Moskvada qanunsuz qadağası barədə qərar çıxarmasına baxmayaraq, Rusiya hakimiyyəti 2011-ci ildə onun keçirilməsinə yenidən qadağa qoydu[48].

Məqsəd redaktə

Gey praydın məqsədləri müxtəlifdir. Qərb ölkələrində LGBT-ictimaiyyətin müxtəlifliyi və birliyi, şəxsi ləyaqət hissinin ifadəsi, həmçinin önun mədəni inkişafının və şəxsiyyət azadlığının təntənəsi kütləvi şəkildə önə çıxır. Gey parad LGBT-şəxslərin açıq olmalarını nümayiş etdirməyə, cəmiyyətdə vizual olaraq onların mövcudluğunu təsdiq etməyə, onlara qarşı daha tolerant münasibətin aşılanmasına, eləcə də insan hüquqları, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün eyni şəkildə qorunduğuna çağırır. Ən əsası gey prayd - dinc toplaşmaq, söz azadlığı və özünüifadə hüquqlarını həyata keçirilməsi deməkdir. O, LGBT-şəxslərin probleminə diqqəti cəlb etmək vasitəsi kimi istifadə olunur. Bir çox gey praydlarda qarşıdurma, ayrı-seçkilik, homofobiya, QİÇS epidemiyasının yayılması problemi, eynicinsli nigahların tanınması məsələsi, cinayət təqibi problemi və üçüncü dünya ölkələrində gey və lezbiyanların edamı kimi müxtəlif sosial və siyasi məsələlər tez-tez qaldırılır[1][2][3][49].

Gey prayd ideologiyası redaktə

Ledi Qaqa 2011 Avroprayd çərçivəsində Roma şəhərində.
Jan-Pol QotyeKonçita Vurst QİÇS əleyhinə 2014-cü il Həyat balı zamanı Vyana ratuşası qarşısında.

Yürüş "gey prayd" şüarı altında keçirilir, ingilis dilindən tərcümədə bu, "gey-qürur" və yaxud "geyin şəxsi ləyaqət hissi" kimi tərcümə olunur. Bu göstərir ki, homoseksual, biseksual və transgender insanlarda şəxsi ləyaqət hissi olmalıdır, onlar öz cinsi oriyentasiyası və gender mənsubiyyəti ilə fəxr etməli və kim olduğunu dərk edərək özünü qəbul etməyi bacarmalıdırlar. Fəlsəfə professoru Tomas Lourens qeyd edir ki, ilk baxışdan cinsi oriyentasiya ilə fəxr etmə səmanın mavi olması ilə fəxr etmə kimi mənasız görünür, lakin gey-şərəfi konsepsiyası 1960-cı illərdə ABŞ-da irqi ayrı-seçkiliyə qarşı səsləndirilən və qara dərili olmağın utanc səbəbi olmadığını vurğulayan "Mən qara dəriliyəm və bununla fəxr edirəm!" (ing. «I am black and I am proud!») şüarı kimi məna daşıyır[50][51].

LGBT-aktivist Maşa Gessen aydınlaşdırır:

"  Siz soruşursunuz nə fəxr?... Pride sözü həmin əl-ələ tutmaq istəyən iştirakçıları ayıran piket təşkilatçılarına [homofillərə] və cinsin yoxlanılmasının normal prosedur olduğunu hesab edən polislərə ünvanlanıb. O zaman populyar olan Gay & Proud nişanı, yaxşı formada "Mən maviyəm və utanmağa ehtiyac görmürəm". Doğrudan da, insan hansı səbəbdən öz sevgisindən utanmalıdır?[26] " 

.

Filoloq Aleksandr Xots bu anlayışı belə müəyyənləşdirir:

"  LGBT "Qüruru" (bu fəlsəfə prayd-parad ənənəsindən yaranıb) - öz özlüyündə cinsi oriyentasiyaya olan qürurdan deyil, total məhvolma, təhqir, diskriminasiya və həbsxana yolunu keçən LGBT-icmasından olan şəxslərin cəsarət, həmrəylik və əzmkarlıq göstərməsi ilə bağlıdır və öz tarixi ləyaqət hüququnun müdafiəsindən yaranmışdır[52] " 

.

Sosioloq İqor Kon bu termini belə izah edir:

"  Sual olunur, burada nə fəxr? Bəs öz dini və milli mənsubiyyəti ilə fəxr etmək olar? Buna baxmayaraq insanlar belə hisslər yayırlar. Dərin psixoloji problem ondan ibarətdir ki, müxtəlif üsulları insan öldürmək olar. Fiziki və ya hüquqi cinayətkar etmək, onu məhv etmək olar, amma ən dəhşətlisi onu mənəvi cəhətdən məhv etmək olar. Bunun üçün uşaqlıqdan təlqin etmək kifayətdir: "Biz sənə yaşamaq qadağan etmirik, amma sən hər zaman yadda saxlamalısan ki, sən - pozğunsan, sən - keyfiyyətsizsən, ona görə də sakitcə otur və heç nəyə iddia etmə". Bunu qəbul edən uşaq - bu fenomen internalizasiya olunmuş homofobiya adlandırılır və eyni şəkildə həm rəngli, həm qadın, yəhudi, hər kəsə ünvanlamaq olar - bütün ömrü boyu özünə nifrət edəcək və ya nifrət hissi keçirəcək. Özünə hörmət öldürülən adam, böyüdükdə həqiqətən də sosial və psixi cəhətdən qüsurlu olur. Müxtəlif "şərəf" paradları - geylərinki bunlardan yalnız biridir - keçmişdə müəyyən dərəcədə özülərini məzlum hiss edən azlıqların özünümüdafiə vasitəsindən yaranıb. "Qaradərili yaxşıdır!" süarı sadəcə olaraq ağ irqçiliyə olan cavabdır, Feminizm - kişi şovinizmə cavabdır, "gey yaxşıdır!" şüarı isə, eynicinsliyin "adlandırılması qadağan olan qüsur"adlandıran insanlara olan cavabdır[53]. " 

Həmçinin gey praydlarda homoseksualların açıqlıq ideyası böyük əhəmiyyət kəsb edir. Mərasim təşkilatçıları geylərə ətrafındakı insanlardan öz şəhvani meyllərini gizlətməməyi çağırır və LGBT-nümayəndələri ilə dostluq edən şəxslərdə homofobiya hissinin daha az olduğunu bildirirlər. Gey praydlarda iştirak, kütləvi şəkildə "gizlim vəziyyətdən çıxış" (yəni kaminq-aut) yollarından biridir və cəmiyyətdə tolerant münasibətlərin inkişafına kömək edir[4].

Keçirilmə forması redaktə

Gey praydın keçirilmə forması əhəmiyyətli dərəcədə bir-birindən fərqlənir. Ümumilikdə onlar bir-birini praktikada tamamlayan iki ifrat mövqeyə ayrılır.

Tərəfdarları ilk növbədə, gey praydları hüquq-mühafizə və siyasi aksiya hesab edirlər[49][54]. Onlar göstərirlər ki, tarixən prayd-paradlar homoseksuallar tərəfindən diskriminasiyaya qarşı, insan haqları uğrunda aparılan mübarizədən yaranıb. Onlar LGBT-icmasının indiyə qədər hər yerdə böyük problemlərlə toqquşduğunu dəlil gətirərək, gey paradın bayram hərəkatına çevrilməsini tənqid edirlər. Belə mövqe daha çox seksual azlıqların üzləşdiyi ciddi hüquq pozuntulu ölkələr üçün səciyyəvidir; bunun üçün bir nümunə Moskva gey praydı ola bilər. Tel-Əvivdə 2010-cu ildə keçirilən gey prayd zamanı, gey-fəalların bəziləri homofob terrorçu tərəfindən güllələnmiş yeniyetmələrin xatirəsini yad etmək istədiklərinə görə, gey praydın təşkilat komitəsi bələdiyyə tərəfindən bağladılmışdı[55][56]. ABŞ-da bəzən aksiyanın məqsədinin diqqətdən yönəltmək üçün, yürüş "gey prayd" deyil, daha çox məsələn, "bərabərlik üçün marş" və ya "qürur marşı" adlandırılır[57][58]. Bu cür nümayişlərdə əsas tələb, LGBT-şəxslərə qarşı insan hüquqlarının gözlənilməsi, ayrıseçkilikdən müdafiə edən qanunların qəbul edilməsi irəli sürülür, eynicinsli nigahların tanınması, homofobiya zorakılığa etiraz ifadə olunur, həmçinin QİÇS epidemiyası ilə mübarizə və ya eynicinsli ailələrə verilən uşaqların sosial müdafiəsi problemləri və s. bu kimi sosial məsələlər qaldırılır. Əsasən qərb dünyası ölkələrində yayılan ikinci mövqe tərəfdarları hesab edirlər ki, bərabərlik və əsas məqsədlər uğrunda aparılan mübarizə öz nəticəsini əldə edib və indi LGBT-şəxslərinə tolerant münasibətin qorunmasını saxlanılması üçün mədəni dialoq və bayram karnavalları aparılmalı, kütləvi kaminq-aut təbliğ edilməlidir. Bu cür praydlar tez-tez bir neçə gün davam edən festivalların tərkib hissəsi kimi, kinoforumlar, yarmarkalar, konsertlər, ədəbiyyat yarışmaları, foto sərgilər, idman yarışları və piknikləri də əhatə edir. Bu cür festivalların kuliminasiyasını isə kostyumlu iştirakçılar, mini-teatr səhnələşdirmələri, bodi-art, Braziliya karnavalıBerlin Sevgi Paradı kimi mətnaltı erotik məzmunlu performanslarla zəngin gey-prayd keçidi təşkil edir[59].

Yürüşlərdə müxtəlif qruplar iştirak edir: Siyasi dostluq partiyaları, müxtəlif cəmiyyətlərin, eləcə də sosial institut və şirkətlərin nümayəndələri (məsələn Google, Yandex, Microsoft, YouTube), sosial qrupların üzvləri, lezbiyan və geylərin valideynləri, gey-müsəlmanlar, gey-polislər, tibb işçiləri, yanğınsöndürənlər və katoliklər, gey-əlillər, müxtəlif submədəniyyət nümayəndələri (ayılar, furri, BDSM) və sairə[3]. Geniş tanınmış Amsterdam gey praydı şəhərin su kanalları üzrə üzən gəmi-platformaların silsiləsi şəklində keçirilir, onun keçirilməsi şəhər hakimiyyəti tərəfindən dəstəklənir və Niderland paytaxtının ən məşhur turizm yerlərindən biri sayılır[60][61].

Lakin, praktikada bu iki mövqe adətən birləşir. Hətta ən təntənəli paradlarda belə, adətən homofob zorakılıq və QİÇS qurbanlarının xatirəsinə seminarlar təşkil olunur və bir dəqiqəlik sükutla anılır. Siyasi partiyalar və ictimai təşkilatlar öz iştirakı və şüarları ilə yürüşə mülki xarakter verir, üçüncü dünya ölkələrindən gələn nümayəndə heyəti isə, onların ölkələrində yaşayan LGBT-insanların vəziyyəti barədə fərqli məsələləri qaldırırlar: edamlar, hakimiyyətin zorakılığa icazə verməsi, cinayət təqibi və s. Sonsuz mərhəmət ordeninin din nümayəndələrinə ünvanlanan kəskin sosial parodiyaları qızğın mübahisələr doğurur. Digər tərəfdən, bu cür siyasiləşdirilmiş gey praydlarda əlvan atributika və müxtəlif etiraz performansları olur[3].

Gey paradlar dünyanın müxtəlif şəhərlərində minlərlə iştirakçı və tamaşaçı toplayır. San-Paulo gey paradı və Avropraydlarda isə milyonlarla insan iştirak edir. Bəzən paradları "böyük marşallar" başçılıq edir. Bu, öz şəxsi nümunəsi və vətəndaş fəallığı ilə LGBT-yə daha tolerant münasibətin güclənməsinə səbəbkar olan fəxri qonaqlardır. Onlar içərisində, məsələn, Olimpiya Çempionu Metyu Mitçem Sidneydə[62], aktyor Yen Makkellen Mançesterdə[63], fiqurlu konkisürən Conni Veyr Los-Ancelesdə[64], müğənni Sindi Loper San-Fransiskoda[65], gey-fəal Nikolay Alekseyev isə Vankuver şəhərində seçilmişdi[66].

Tənqid redaktə

LGBT-hərəkatın içində gey-praydlar zamanı təşkil olunan əyləncəli karnavallara münasibətdə fərqli mövqelər vardır, belə ki, bəzi hüquq müdafiəçiləri və siyasətçilər bu cür karnavalların gey-praydların ilkin məqsədi olan insan hüquqları uğrunda mübarizə məsələsini ikinci plana salaraq, praydları depolitikləşdirilmiş və əsasən kommersiya maraqlarına cavab verən tədbirlər halına salır[4][67].

Ayrıca tənqidə gey praydlara qatılan transgender ictimaiyyətin nümayəndələri (draq kvin, transvestitlər, transseksuallar) məruz qalır. Buna səbəb həmin seksual mədəniyyətdən olan şəxslərin yarımçılpaq küçəyə çıxmaları, erotik hərəkətlər etmələridir, bu isə da bir çox mütəxəssislərin fikrincə yürüşün təhrif olunmasına, cəmiyyətdə LGBT-şəxslərinə homofob yanaşmaya səbəb olur, tolerantlıq və insan hüquqlarının qorunması ideyasının ümumilikdə nüfuzdan salınması kimi dəyərləndirilir[3][4]. Bəzi fəallar, ənənəvi gey praydlarda "ağ kişi estetikasının"[4] və onların maraqlarının ön plana qoyulmasını qınayırlar, buna görə də ABŞ-nin bir sıra şəhərlərində "qadın dayk marşları"[68] və afroamerikalıların praydları keçirilir[69].

Bəzən prayd çərçivəsində digər münaqişəli sosial məsələlər qaldırılır. Belə ki, Toronto meriyası gey prayd təşkilatçılarının "İsrail aparteidinin əleyhinə" yürüşdə iştirak etdiyi təqdirdə, onlara maliyyələşdirilməni dayandıracaqlarını bildirmişdilər, Madrid gey praydında isə, İsrail tərəfindən humanitar karvana edilən hücum ittihamları üzündən, həmin gey prayd nümayəndə heyətinin iştirakına qadağa qoyulmuşdu[70][71].

Bir sıra ölkələrdə bu cür aksiyalar keçirilməsi birmənalı rəy yarada bilər. Qərb dünyasında gey prayd aksiyaları daha adi və adətən ziddiyətli xarakter daşımır, lakin bununla belə, o, bir sıra konservativ mühafizəkar və sosial qrupların və ya ayrı-ayrı şəxslərin tənqid predmetinə çevrilə bilər[34]. Məsələn, jurnalist Pilar Urbano, guya, İspaniya kraliçası Sofiyanın sözlərinə istinad edərək, belə bir bəyanətı öz kitabına yerləşdirmişdi:

"  Mən digər seksual tendensiyalara meyl göstərən insanlara hörmətlə yanaşa və onları qəbul edə bilərəm, amma onlar nədir, həqiqətən də fəxr edirlər ki, onlar gey və lezbiyandırlar?". Onlar bəyəm kütləvi etiraz marşları və ya şənlik karnavalları keçirməlidirlər? Əgər biz hamımız, yəni homoseksual olmayan şəxslər yürüş üçün küçələrə çıxsaydıq, şəhərimizin nəqliyyat sistemi ciddi problemlə üzləşər və ya tamamilə dayanardı " 

.

Bu nəşr Kral evinin və ictimaiyyətinin hiddətinə səbəb olmuşdur, onlar müəllifi kobud yanlışlıqlarda ittiham etmiş, kraliçanın özü isə, hər kəsdən üzr istəmişdi[72][73][74][75][76][77][78]. Bu cür fikirlər müxtəlif ölkələrdə keçirilən paradların əleyhinə olan şəxslərin gətirdiyi arqumentlərin bariz nümunəsidir. Onlar bir çox insanın son zamanlarda öz seksual oriyentasiyasını ictimai nümayişə qoymalarını anlaşılmaz və mənəviyyatdan uzaq bir hal olaraq qiymətləndirirlər[79].

Belə ki, Qərb ölkələrində gey paradların keçirilməsinə tolerant münasibətin olmasına baxmayaraq, mənfi presedentlər bəzən orada da baş verir. Məsələn, Kaliforniya ştatındakı San-Dieqo yanğınsöndürmə departamentinin işçilərinin gey parad üçün onların razılığı olmadan iştirakı qeydə alınmışdı. Bəzi yanğınsöndürənlər həmin gey paradda rəhbərliyin əmri ilə iştirak etməyi özlərinə təhqir hesab edərək şəhər administrasiyasını məhkəməyə vermişdilər. Xüsusilə, onlar bildirdilər ki, parad zamanı bəzi yürüş iştirakçıları "onlara qarşı qeyri-sağlam seksual maraq göstərirdilər"[80][81][82]. Kaliforniya ştatının Ali məhkəməsi yanğınsöndürənlərin məcburi şəkildə paradda iştirakını qanunsuz olduğunu bildirərək, bələdiyyə hakimiyyətinin onlara mənəvi ziyana görə təzminat ödəməsini məcbur etdi. Yanğından mühafizə rəisinin daha sonra bildirdiyinə görə, bundan sonra gey paradlarda iştirak könüllü olacaqdır[83][84][85].

Digər ölkələrdə, LGBT aksiyalarının keçirilməsi ənənəsi daha azdır və burada daha kəskin mübahisələrin yaranması mümkündür. Bir çox tənqidçilər tərəfindən isə, ümumiyyətlə yürüşlərin məqsədəuyğunluğu və seksual azlıqların hüquqlarının müdafiəsi şübhə altına qoyulur. Bir çox opponent öz münasibətini ən geniş yayılmış arqumentlərdən biri - yəni seksual azlıqlara cinayət təqibinin olmaması ilə əsaslandırırlar. Bu tezisə əlavə olaraq, həmçinin dövlətin müvafiq hüquq korpusunda LGBT hüququnu məhdudlaşdıran qanunvericilik normalarının olmaması barədə bəyanatlar səslənir[86]. Paradın tərəfdarları buna etiraz edərək, bu cür normaların olmaması, hələ ayrı-seçkiliyin tam olaraq aradan qaldırılmaq anlamına gəlmədiyini bildirirlər. Bir sıra LGBT praydların əleyhdarları insan hüquqlarının pozulmasını inkar edir və ya hətta onlara aid hüquqları tanımaqdan imtina edirlər, bəziləri isə LGBT hüquqlarının pozulmasını doğru hesab edirlər[87][88]. Bəziləri bir sıra ölkələrdən olan cəmiyyət üzvlərinin, gey praydları qəbul etməyə hələ hazır olmadığını deyir[89], başqaları LGBT təşkilatçılarını "yad dəyərlərin zorla qəbul etdirməkdə", hətta ölkənin dağıdılmasına yönəldilmiş "qərb təsirinin keçirilməsində" ittiham edir[90][91].

Həmin hadisələrə daha az adət edən ölkələrdə də guya gey praydların cəmiyyət əxlaqını pozan təsirə malik olması barədə tez-tez əndişəli bəyanatlar səslənir. Bu arqumentin dəstəklənməsi üçün son vaxtlar "homoseksualizmin təbliği" termini cəmiyyətin süuruna yeridilmişdir. Bu nöqteyi-nəzərə görə, onların məqsədi, ictimai LGBT aksiyalarda "homoseksual həyat tərzinin" nüfuzluluğunu təqdim etmək, cəmiyyətdə seksual üstünlük üçün təsir göstərə bilmək və bunun nəticəsi kimi, orada homoseksualların sayının artmasına gətirib çıxartmaqdır. Sonuncu arqument həmçinin müasir demoqrafik böhranla da əlaqələndirilir, bu mövqeyin bir çox tərəfdarlarının fikrincə, bu cür paradların keçirilməsi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər[90][91].

Gey paradların tənqidində xüsusi yeri təbii ki, dini dəlillər tutur. Ortodoksal cərəyanların nümayəndələri, dini təlimlər baxımından homoseksual əlaqələrin haram və günahla dolu olduğunu bildirərək, onlara dözümlü münasibətin yolverilməzliyi barədə tez-tez deyirlər. Belə aksiyalar, onların fikrincə dindar insanların dini hisslərini təhqir edir, dini mühafizəkarlar isə, adətən paradın əleyhinə nümayişlərin keçirilməsində əhəmiyyətli rol oynayırlar. Tənqidi fikirləri müvafiq konfessiyaların rəsmi ierarxlarının dilindən tez-tez səslənir, lakin bu problemə bütün dini təşkilatların vahid mövqesinin olmaması əslində, homoseksuallıq və dinin arasındakı münasibətləri xeyli çətinləşdirir. Xristian kilsələrinin rəsmiləri gey prayd iştirakçılarına qarşı zorakılığın əleyhinə çıxış etməsinə baxmayaraq[92][93], bəzi keşişlər onların dağıdılmasına dair çağırış və bəyanatlar verirlər[94]. İslamın bəzi nümayəndələri isə əksinə, zorakılıq çağırışları ilə çıxış edirlər[87]. 2005-ci ildə Qüdsdə keçirilən gey prayd zamanı ortodoksal yəhudi yürüş iştirakçılarına bıçaqla hücum edərək üç nəfəri yaralamışdı. 2011-ci ildə yəhudi etirazçıları polislərin üzərinə hücum edərək, onları daşa basmışdılar, etirazçıların birində isə bomba aşkar edilmişdi[54]. Lakin bəzi ortodoksal ravvinlər homoseksualların hüquqlarının tanınmasına dair çağırışlar etmişdilər[95].

Heç də bütün gey prayd əleyhdarları, bu və ya digər məntiqdən irəli gələn sübutlara istinad edir. Əleyhdarlarının bir hissəsi birbaşa təcavüzün təzahürlərinə doğru meyllidir və zorakılığın yol verilən hal hesab edir. Çox vaxt nümayişçilərin üzərinə fəal ultrasağçılar və digər radikal hərəkatlardan olan gənclər hücum edirlər. 2010-cu ildə Helsinki gey praydına hücum təşkil olunmuşdu və bu, prezident və hökumət tərəfindən pislənilmişdi[96]. Yeri gəlmişkən, bu faktları etiraf edən bəzi tənqidçilər hesab edir ki, gey prayd iştirakçılar çox vaxt özü (bəlkə də bilərəkdən) neonasistləri provokasiya edərək, onlara hücum etməsinə bir növ imkan yaradırlar[89]. Bir sıra gey prayd əleyhdarlarının fikrincə, təhlükəsizlik mülahizələri paradların keçirilməsinə ciddi maneə ola bilər. Belə ki, 20092011-ci ildə Serbiya hakimiyyəti gey praydları qadağan etdi və bunu parad iştirakçılarının qorumaq iqtidarında olmaması ilə əsas gətirdi[97].

Xüsusi praydlar redaktə

İstanbul gey praydı redaktə

Türkiyənin ən böyük şəhəri İstanbulda hər il keçirilən LGBT Şərəf Yürüşü (türk. İstanbul Onur Yürüyüşü), ilk dəfə 2003-cü ildə təxminən 30 nəfər tərəfindən təşkil olunnmuşdu. 2010-cu ildə 5.000 nəfərə çatan yürüyüş, 2011-ci ildə artıq 10.000 nəfərə qədər artır və Cənub-Şərqi Avropada və Türkiyədə keçirilən ən böyük gey prayda çevrilir[98][99][100][101]. Yürüş 2013-cü ildə, Taksim Gəzi parkı etirazlarının təsiri ilə 100.000 nəfərin iştirakı ilə yenidən həyata keçirilmişdi[102].

Amsterdam gey praydı redaktə

"Çəhrayı Şənbə" (Roze Zaterdag), Amsterdamda avqust ayının ilk həftəsi təşkil olunan gey festivalıdır. İlk olaraq 1996-cı ildə təşkil olunan festivala, hər il bir neçə yüz min ziyarətçi gəlir və Hollandiyanın ən böyük halqa açıq illik hadisələrindən biri hesab olunur. Amsterdam şəhərinin kanal və çaylarında avqust ayının ilk şənbə günü gəmilərin də yer aldığı böyük bir parad keçirilir. Festival müddətində parti və konsertlərin də olduğu bir çox maraqlı tədbir keçirilir.

Avroprayd redaktə

1991-ci ildən başlayaraq, Avropa Qürur Təşkilatçıları Dərnəyi və "Avropa CSD Birliyi"-nin dəstəyi ilə Avropanın müxtəlif şəhərlərində hər il Avroprayd (ing. Euro pride) keçirilir. CSD sadəcə olaraq proqramların yaradılmasına maliyyə vəsaiti verən tərəf deyil; o, LGBT-şəxslərin problemlərinə dair beynəlxalq diqqətin ayrılması uğrunda çox böyük təşkilati işlər görür. Avroprayd üçün aşağıdakı şəhərlər ev sahibliyi edib:

Keçirilmə sayı Keçirilmə ili Yer Mövzu Tarixlər İştirakçı sayı
1-ci 1992   Böyük Britaniya . . . . . . . . . . . . . . .
2-ci 1993   Almaniya Berlin . . . . . . . . . . . . . . .
3-cü 1994   Niderland Amsterdam . . . . . . . . . . approx. 67.000
- 1995 . . . . . təşkil olunmayıb . . . . . . . . . .
4-cü 1996   Danimarka Kopenhagen . . . . . . . . . . . . . . .
5-ci 1997   Fransa Paris . . . . . . . . . . . . . . .
6-cı 1998   İsveç Stokholm . . . . . . . . . . . . . . .
- 1999 . . . . . təşkil olunmayıb . . . . . . . . . .
7-ci 2000   İtaliya Roma Qürura biz güvənirik (ing. In Pride We Trust) 1 iyul - 8 iyul approx. 500.000
8-ci 2001   Avstriya Vyana . . . . . . . . . . . . . . .
9-cu 2002   Almaniya Köln Köln müxtəlifliyi qeyd edir (ing. Cologne celebrates diversity) 15. iyun - 7. iyul approx. 1.200.000
10-cu 2003   Böyük Britaniya . . . . . . . . . . . . . . .
11-ci 2004   Almaniya Hamburq Sevgi maneələri sındırır (ing. Love breaks barriers) 04–13 iyun approx. 500.000
12-cü 2005   Norveç Oslo . . . . . 18–27 iyun 70-100,000
13-cü 2006   Böyük Britaniya . . . . . . . . . . . . . . .
14-cü 2007   İspaniya Madrid İndi Avropada bərabərlik mümjündür (ing. Now Europe, Equality is possible) 22 iyun-2 iyul approx 2.500.000
15-ci 2008   İsveç Stokholm İsveç günahı sərhədləri aşır (ing. Swedish Sin Breaking Borders) 25 iyul-3 avqust approx 80.000
16-cı 2009   İsveçrə Sürix Fəxrlə praydın 40 illiyi qeyd edirik (ing. Celebrating 40 years with Pride) 2 may–7 iyun approx 100.000
17-ci 2010   Polşa Varşava Azadlıq, bərabərlik, tolerantlıq! (ing. Freedom, equality, tolerance!) 7 iyul - 17 iyul approx 8.000 - 15.000 [103][104]
18-ci 2011   İtaliya Roma Öz qürurunu qur! (ing. Build Your Pride!) 2 iyun - 12 iyun approx. 1.000.000
19-cu 2012   Böyük Britaniya . . . . . 23 iyun – 8 iyul . . . . .
20-ci 2013   Fransa Marsel Avropa hüquq bərabərliyi uğrunda hərəkatdadır (fr. L'Europe en marche pour l'égalité), (ing. Europe on the move for equality !) 10 iyul - 20 iyul . . . . .
21-ci 2014   Norveç Oslo[105] . . . . . 20 iyun - 29 iyun[106] . . . . .
22-ci 2015   Latviya Riqa[107] . . . . . 15 iyun - 21 iyun . . . . .
23-cü 2016   Niderland Amsterdam[108] . . . . . 26 iyul - 7 avqust . . . . .
24-cü 2017   İspaniya Madrid[109] . . . . . . . . . . . . . . .

Ədəbiyyat redaktə

  • Alwood, Edward (1996). Straight News: Gays, Lesbians, and the News Media Columbia University Press, New York. ISBN 0-231-08436-6.
  • Carter, David (2004). Stonewall: The Riots That Sparked The Gay Revolution. St. Martin's Press. ISBN 0-312-34269-1.
  • Duberman, Martin (1993). Stonewall Dutton, New York. ISBN 0-452-27206-8.
  • Loughery, John (1998). The Other Side of Silence – Men's Lives and Gay Identities: A Twentieth-Century History. New York, Henry Holt and Company. ISBN 0-8050-3896-5.
  • Marotta, Toby (1981). The Politics of Homosexuality. Boston, Houghton Mifflin Company. ISBN 0-395-31338-4.
  • Teal, Donn (1971). The Gay Militants. New York, Stein and Day. ISBN 0-8128-1373-1.

İstinadlar redaktə

  1. 1 2 3 4 "Frequently Asked Questions". InterPride. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  2. 1 2 3 4 5 6 7 "Gay Pride". Энциклопедия Британника. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Linda Rapp. "Parades and Marches". An Encyclopedia of Gay, Lesbian, Bisexual, Transgender, and Queer Culture. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  4. 1 2 3 4 5 6 7 8 9 Marc Stein; və b. Encyclopedia of Lesbian, Gay, Bisexual and Transgender History in America. Charles Scribners & Sons. 2003. ISBN 978-0684312613. (#explicit_et_al)
  5. "История". Московский гей-прайд. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  6. "Russia's first gay parade vetoed by 'outraged' city". The Independent. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  7. "European court fines Russia for banning gay parades". BBC. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  8. "Официальный сайт". Regenbogenparade. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  9. Matti Bunzl, Die Regenbogenparade als kulturelles Phänomen, in: Wolfgang Förster, Tobias G. Natter, Ines Rieder (Hg.): Der andere Blick. Lesbischwules Leben in Österreich. Eine Kulturgeschichte. Wien, 2001
  10. "Geschiedenis Roze Zaterdag". Roze Zaterdag. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  11. "Официальный сайт". Frankfurt CSD. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  12. "Германия выходит на гей-парад". 15.07.2006. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-22.
  13. "В Риге в последний день мая хотят провести гей-парад". Интерфакс. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  14. "Рижский гей-парад прошел в закрытом и оцепленном саду". Лента.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-22.
  15. "History". Sydney Mardi Gras. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  16. Николай Алексеев, организатор Московского гей-прайда: «Я гей-парады не провожу. Я провожу правозащитные акции. <…> Это просто расхожий стереотип. Никогда я не называл это гей-парадом. И ни в одной заявке так не было написано. Да, для СМИ это гей-парад, но не для нас. Для нас это правозащитная акция прежде всего. И так было с самого первого дня. Не только СМИ, но и московские власти захотели обозвать это гей-парадом, чтобы было легче запретить». Мы — не они, они — не мы: про гей-прайды и про честность.
  17. "Московский гей-прайд". GayRussia.ru. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.GayRussia.ru, 12 февраля 2010
  18. 1 2 Carter, David (2004). Stonewall: The Riots that Sparked the Gay Revolution, St. Martin’s Press. ISBN 0-312-34269-1
  19. Katz, Jonathan (1976). Gay American History: Lesbians and Gay Men in the U.S.A. Thomas Y. Crowell Company. ISBN 0-690-01165-2
  20. Adam, Barry (1987). The Rise of a Gay and Lesbian Movement, G. K. Hall & Co. ISBN 0-8057-9714-9
  21. Andrew Matzner. "Stonewall Riots". An Encyclopedia of Gay, Lesbian, Bisexual, Transgender, and Queer Culture. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  22. Carter, p. 230
  23. Marotta, pp. 164–165
  24. Teal, pp. 322–323
  25. Duberman, pp. 255, 262, 270–280
  26. 1 2 Маша Гессен. "Зачем нужны гей-парады". 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  27. Duberman, Martin (1993). Stonewall New York, Dutton. ISBN 0-452-27206-8
  28. Marotta, Toby (1981). The Politics of Homosexuality. Boston, Houghton Mifflin Company. ISBN 0-395-31338-4
  29. Fred Sargeant. "1970: A First-Person Account of the First Gay Pride March". The Village Voice. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  30. "History". Atlanta Pride. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  31. "History". Los Angeles Pride. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  32. "Christopher Street Liberation Day Gay-In June 28, 1970". San Francisco Pride. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  33. "History. 1969-1979". Pride Toronto. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-30.
  34. 1 2 Кон И. С. "Клубничка на березке: сексуальная культура в России". 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  35. Walton, Tony (2010), Out of the Shadows, Bona Street Press, ISBN 978-0-9566091-0-6
  36. "L'origine des GayPride". Официальный сайт гей-прайдов во Франции. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  37. Simone Klein. "Christopher Street Day". Planet Wissen. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  38. John Burke. "Out at last!". Sunday Business Post. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  39. "Гей-парад в Белграде вылился в массовые беспорядки". Коммерсант. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  40. Анастасия Берсенева. "Гей-парад перешел в гей-погром". Газета.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  41. "Неонацисты сорвали первый гей-парад в Словакии". Лента.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  42. "Гей-парад в Бухаресте". Евроньюс. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  43. "Гей-парад в Будапеште сопровождается чрезвычайными мерами безопасности". РИА-Новости. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  44. "Гей парад в Риге". Pribalt.info. 2008-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  45. "Гей-парад в Загребе прошел без серьезных инцидентов". РИА-Новости. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  46. "Polish gay activists win human rights case". Poland.pl. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  47. "Алексеев против России. Текст решения ЕСПЧ". Gayrussia. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  48. "Гей-парад в Москве разогнан - 34 задержанных. МХГ: "Все права у нас имеет только власть"". Newsru.com. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  49. 1 2 "Гей-парады и гомофобия в современной России". "Археология", Finam FM (99,6 FM). 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  50. Sullivan, Nikki. A critical introduction to queer theory. New York University Press. 2003. ISBN 0814798411, ISBN 978-0-8147-9841-6. 2022-04-10 tarixində arxivləşdirilib.
  51. Laurence Thomas, Michael E. Levin. Sexual orientation and human rights. Rowman & Littlefield. 1999. ISBN 0847687708, ISBN 978-0-8476-8770-1. 2022-04-10 tarixində arxivləşdirilib.
  52. "О гордости «меньшинств». Быть геем, оставаться человеком..." Эхо Москвы. 2013-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
  53. Кон. И. С. "Лакмусовая бумажка российской демократии". 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  54. 1 2 "Аресты во время гей-парада в Иерусалиме". Би-би-си. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  55. "В Тель-Авиве могут пройти два гей-парада: веселой гордости и гордой грусти". 2014-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.
  56. Моран Азулай. "Община протестует: в Тель-Авиве пройдут два Парада Гордости и один Парад Стыда". Raduga.co.il. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  57. ""Марш гордости" в Иерусалиме". Евроньюс. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  58. "Пражский гей-парад как повод для гордости". Радио Свобода. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  59. Штефан Шолль. "Иисуса предали не голубые, а фарисеи". Московский комсомолец. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-21.
  60. "Теперь все вместе, Амстердамский гей-парад". Эхо Москвы. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  61. "Гей-парад в Амстердаме: ни поцелуев, ни объятий". Gay.ru. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  62. "Австралийский гей-парад Марди гра в картинках". Gay.ru. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  63. "Ian McKellen Leads Manchester Pride". The Advocate. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  64. "Джонни Вейр возглавит гей-парад в Лос-Анджелесе". GayRussia.ru. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  65. "Grand Marshals". San Francisco Gay Pride. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  66. "О нас". GayRussia.ru. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
  67. Stefan Micheler, Jakob Michelsen. "Geschichtsforschung und Identitätsstiftung. Von der "schwulen Ahnenreihe" zur Dekonstruktion des Homosexuellen". 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  68. Елизавета Морозова. "Лесбиянки на марше". Lesbi.ru. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  69. Cannick, Jasmyne. "Celebrating Black Gay Pride". National Public Radio. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  70. "Власти Торонто хотят приостановить финансирование Прайда из-за участия группы "Геи против израильского апартеида"". Gay.ru. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-12.
  71. "Испания. Израильтян не пустили на гей-парад в Мадриде". Sem40.ru. 2014-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-12.
  72. Burnett, Victoria. "Queen Sofia Unamused by a Book Quoting Her". nytimes.com. 2008-11-27. 2015-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-16.
  73. "Queen of Spain's Gay Marriage Comment Ignites Controversy". FoxNews.com. 2008-10-31. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.
  74. "Queen's outburst sparks debate about the monarchy in Spain". efluxmedia.com. 2008-11-03. 2012-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.
  75. "Spain's queen criticized for anti-gay comments". great-resources.com/pride. 2021-08-27. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.
  76. "Spanish Queen alone in anti-gay comments". .expatica.com Dutch News. 2008-10-31. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-16.
  77. Rhodes, Matt. "Spain: Gay Anger Over Spanish Queen Book". sky.com. 2008-08-31. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-16.
  78. Morris and Larraz, Sarah and Theresa. "Queen draws ire over gay marriage comment". reuters.com. 2008-10-31. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-16.
  79. "Church members take fight against gay pride parade to city hall". The Christian Chronicle. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-16.
  80. "Пожарные подали в суд на город после участия в гей-параде". Лента.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
  81. "Four firefighters sue San Diego" (ingilis). Los Angeles Times. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
  82. "Lawyer for fire crew describes distress" (ingilis). The San Diego Union-Tribune. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
  83. "Участие калифорнийских пожарных в гей-параде признали оскорблением". Лента.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
  84. "Firefighters forced to participate in 'gay pride' parade win lawsuit" (ingilis). Сatholic News Agency. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
  85. "San Diego jury says firefighters' rights violated by order to participate in gay pride parade" (ingilis). Cleveland Live. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
  86. "Тюмень — это не Амстердам". Новые Известия. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-12.
  87. 1 2 "Муфтий Таджуддин: Геев следует лупить". Грани.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  88. "Гей-парад небезопасен для общества и государства". Regions.ru. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  89. 1 2 "Вопросы и ответы". Официальный сайт Санкт-Петербургского гей-прайда. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  90. 1 2 "Николай Алексеев и Александр Хинштейн". Сайт программы «Поединок». 26 мая 2011 года. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  91. 1 2 "Николай Алексеев и Александр Чуев (см.архив)". Ток-шоу «К барьеру». 21 июня 2007 года. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-08.
  92. "Чаплин поблагодарил власти Москвы за пресечение проведения гей-парада". РИА-Новости. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  93. "Сербский патриарх призвал не нападать на гей-парад, а бойкотировать его". Regions.ru. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  94. "Православный священник благословил желающих разогнать предполагаемый гей-парад в Москве". Центр Сова. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-03.
  95. "Ортодоксальные раввины заступились за геев и лесбиянок". Newsru.co.il. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-12.
  96. "Президент Халонен осуждает нападение на участников парада «Pride»". Yle.fi. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  97. "В Белграде запретили акции геев и гомофобов". Лента.ру. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-12.
  98. "19. LGBTT Onur Haftası, Onur Yürüyüşü ile Sona Erdi". Kaos GL. 29 Haziran 2011. 2016-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
  99. "Stonewall'dan Bugüne". Kaos GL. 24 Haziran 2011. 2016-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
  100. "Homosexuals demand rights at Istanbul's Gay Pride March" (İngilizce). Hürriyet Daily News. 27 Haziran 2011. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
  101. "İstiklal Caddesi 10 bin renk!". NTMSNBC. 27 Haziran 2011. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
  102. "Vandaag in beeld" (Hollandaca). De Telegraaf TV. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
  103. "8 tysięcy osób uczestniczyło w warszawskiej EuroPride - WPROST". Wprost.pl. 2010-07-17. 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-05.
  104. "News from Poland". Thenews.pl. 2014-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-05.
  105. "EuroPride 2014 goes to Oslo, Norway". Europride.info. 15 February 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 February 2015.
  106. "EuroPride Oslo 2014 - Oslo, Norway - Community Organization". Facebook. İstifadə tarixi: 2015-02-22.
  107. "BREAKING NEWS: RIGA WILL HOST EUROPRIDE 2015". Skapis.eu. 11 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 February 2015.
  108. "Europride 2016 naar Amsterdam | Binnenland | de Volkskrant". Volkskrant.nl. 2013-09-28. 2016-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
  109. Littauer, Dan. "Madrid to host 2017 World Gay Pride". Gaystarnews.com. 2012-10-08. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.

Xarici keçidlər redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024