Gilyen de Kastro Haqqinda Melumat - Vikipedia

Gilyen de Kastro Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gilyen de Kastro (isp. D. Guillén de Castro y Bellvís, 1569—1631) — İspaniya dramaturqu.

Gilyen de Kastro
isp. D. Guillén de Castro y Bellvís
Doğum adı Guillén de Castro y Bellvís
Doğum tarixi
Doğum yeri Valensiya, İspaniya
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Madrid, İspaniya
Vətəndaşlığı İspaniya, İspaniya İspaniya
Milliyyəti ispan
Fəaliyyəti şair, dramaturq
Fəaliyyət illəri 1594-1631
Əsərlərinin dili ispan
Janrlar roman, tamaşa
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Lope de Veqa dramaturgiyasının humanist ənənələri ilə bağlı olan dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid haqqında dramatik xronikası ilə məşhurdur. Həmin xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur. Kornel ispan dramaturqunun əsərindən faydalansa da, məzmun və formaca yeni bir əsər yaratmışdır. Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin süjetini xalq romanslarından almışdır. Dramaturqun yaradıcılığında canlılıq, əlvanlıq və coşqunluq, dramatik vəziyyətlərin, fantastik macəraların, gərgin hislərin əks etdirilməsinə meyl daha güclüdür. Əsərin qəhrəmanları ilk səhnələrdən sevgi və şərəf hissləri arasında qalır, dərin iztirablar keçirirlər. İki kübar ailə arasında münaqişə, bir-birini təhqiretmə, duel və ölüm hadisələri gənc qəhrəmanların taleyində də əks olunur. Onlar ziddiyyətli duyğular arasında qalırlar. Dramaturq hər bir surəti fərdi cizgilərlə işləmişdir. Kral Fernando tədbirli, ehtiyatlı bir hökmdardır. Himenanın atası qraf Losano kobud və təkəbbürlüdür. Himena və Rodriqo – hər ikisi coşqun, ehtiraslı gənclərdir. Əsərdə qəhrəmanların hər bir hərəkəti, sözü təbii, səmimi səslənir. Surətlərin dilində müəyyən kobudluq hiss olunsa da, bu kobudluqda bir həyatilik vardır. Rıtsarlığa təzəcə qəbul edilən Rodriqo onun atasını təhqir edən Losanonu duelə çağıranda Losano ona istehzalı bir mərhəmətlə yanaşır, "Sən hələ ağzının südünü bir sil!" deyərək ona saymazyana bir münasibət bəslədiyini bildirir. Rodriqo isə bu istehzalı müraciətə daha açıq bir kobudluqla cavab qaytarır:

Bil, intiqam deyil uzaq,
Dodağının qanı ancaq
Qarışacaq al qanınla.

Rodriqo ilə qraf Losano arasındakı bu kobud sözləşmə Himenanın və İnfantanın gözü qarşısında baş verir. Sidin atası Dieqo Laynes oğlunun cəsarətini yoxlamaq üçün onun əlini dişləyir, ondan sərt, kobud cavab eşitdikdə isə rahat nəfəs alır. Oğlunun kobudluğu, sərtliyi, əli dişlənəndə arvad kimi ağlamaması onu sevindirir. O, indi inanır ki, oğlu onun intiqamını ala bilməyə qadir olan igid bir döyüşçüdür.

Ata da, oğul da belə hesab edirlər ki, şərəf hər şeydən üstündür. Ata belə düşünür ki, təhqir edildiyinin intiqamını almadan yaşamaqdansa, ölmək yaxşıdır. Sid də eyni cür düşünür. O, döyüşməyə hazırdır. Lakin Sid belə düşünür ki, birdən o məğlub olar, intiqamını ala bilməz. Onda o and içir ki, əgər ona qalib gəlsələr, o özünü öldürəcək və əcdadlarının qılıncını xar olmaqdan öz sinəsində gizlədəcəkdir. Pyesdə hadisələr ildırım sürətilə cərəyan edir. Qəhrəmanların psixo-loji düşüncələrinə, şübhə və tərəddüdlərinə vaxt verilmir. Bir an içində hökm verilir. Qaynar ispan qanı ləngiməyi, gecikməyi sevmir. Təsadüfi deyildir ki, hadisələrin cərəyan etdiyi zaman qızmar günorta vaxtına düşür.

İspan kralı II Filipp kralların səhnədə göstərilməsini xoşlamırdı. Buna baxmayaraq Lope de Veqa əsərlərində onları dönə-dönə müxtəlif vəziyyətlərdə səhnəyə çıxarmışdır. Gilyen de Kastro da ustadının yolu ilə getmişdir. Hətta üstəlik kralın vassallardan asılı olduğunu, onlara gücü çatmadığını göstərmişdir. Losano və Dieqo Laynesin kralın yanında bir-birilə sözləşməsi, təhqir etməsi, Losanonun Dieqo Laynesə şillə vurması özlüyündə təsdiq edir ki, onlar kralı saymır, onunla hesablaşmırlar, ona hörmət göstərmirlər. Fernando özü də bunu başa düşür. Ona görə də təkəbbürlü, dikbaş qrafı cəzalandırmaq fikrinə düşür. Saray adamları isə krala belə bir iş görməyi məsləhət bilmirlər. Bunu krallıq üçün qorxulu bir hadisə sayırlar.

Sahib-ixtiyardır Losano, kral!
Varlıdır, ötkəmdir, azğındır yaman.
Böyük təhlükə var bu hərəkətdə
Yetər krallığa bundan hər ziyan.

Bu məsləhət ispan kralının iri feodal qarşısında gücsüzlüyünü, zəifliyini aydın göstərir. Kralın hakimiyyəti ancaq formal, rəsmi səciyyə daşıyır. Gilyen de Kastronun məharəti ondadır ki, kralın ispan siyasi həyatında mövqeyini düzgün əks etdirir.

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024