Giuli Alazania Haqqinda Melumat - Vikipedia

Giuli Alazania Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qiuli Alasaniya

Gürcü tarixçisi və türkoloq
(Giuli Alazania səhifəsindən istiqamətləndirilmişdir)

Qiuli Qivievna Alasaniya (gürc. გიული გივის ასული ალასანია; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır.

Qiuli Qivievna Alasaniya
gürc. გიული გივის ასული ალასანია
Doğum tarixi 11 noyabr 1946(1946-11-11) (77 yaş)
Doğum yeri
Milliyyəti gürcü
Uşağı Mixail Saakaşvili
Elm sahəsi türkoloq
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri Beynəlxalq Qara Dəniz Universiteti
Təhsili
Tanınır tarix və tarixşünaslıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi. Ana tərəfindən hər iki babası 1937-ci ildə repressiyaya məruz qalmışdır. 1969-cu ildə Tbilisi Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, Türkiyə tarixini tədqiq etməyə başlamışdır. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir (sonuncusu - 1986-cı ildə). 1989-2006-cı illərdə İ.Cavaxişvili adına Tarix və Etnologiya İnstitutunda (Tbilisi) çalışmışdır. Dissertasiya materiallarına əsaslanan "Gürcüstanın tarixi mənbələrinin təsnifatı" adlı kitabı rus dilində nəşr edilmişdir.

1990-cı ildən Tiflis Dövlət Universitetinin professorudur. GürcüstanQafqaz tarixi, gürcü mədəniyyəti tarixi və milli öz müqəddəratını təyinetmə sahəsində 100-dən çox elmi tədqiqat əsərinin və 10-a yaxın monoqrafiyanın müəllifidir.

Professor Q.Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Alasaniya "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədri olaraq da çalışır.

Eyni zamanda Amerika Geneologiya, Heraldika və Sənədlərin Elmləri Məktəbinin (ABŞ) fəxri üzvü və Türkiyənin Baş naziri Tansu Çillərin təşəbbüsü ilə 1995-ci ildə yaradılan Beynəlxalq Qara Dəniz Universitetinin (Tbilisi) prorektorudur.[1]

Şəxsi həyatı redaktə

Həkim olan Nikoloz (Nikolai) Saakaşvili, Mixailin atası, oğlunun doğulmasından az əvvəl və ya ondan dərhal sonra ailədən ayrılıb.[2] Qiulinin ikinci evliliyi Beritaşvili adına Fiziologiya İnstitutunun elmi şurasının sədri Zurab Kometiani (1934-2012) ilə olmuşdur.[3][4]

İstinadlar redaktə

  1. "В Тбилиси звание почетного доктора Черноморского университета получил вице-премьер Турции". 2018-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.
  2. Шеремет П. Г. Саакашвили. Грузия. Погибшие мечты. Партизан. 2009. 80.
  3. "Скончался отчим президента Саакашвили". «Грузия Онлайн». 2012-01-25. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.
  4. "Гиули Аласания — представитель турецких интересов в Грузии?". 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.

Ədəbiyyat redaktə

  • Alasaniya Qiuli.- The Encyclopedia «Sakartvelo» («Georgia»), vol. I, Tbilisi, 1997, p. 90 (in Georgian).

Xarici keçidlər redaktə


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024