God of War (oyun, 2005) Haqqinda Melumat - Vikipedia

God of War (oyun, 2005) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

God of War (videooyun, 2005)

(God of War (oyun, 2005) səhifəsindən istiqamətləndirilmişdir)

God of War (azərb. "Müharibə Tanrısı"‎) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur.

God of War
PS2 versiyasının üz qabığı
PS2 versiyasının üz qabığı
Hazırlayan SIE Santa Monica Studio
Yayımlayan Sony Computer Entertainment
Seriya God of War
Buraxılış tarixi PlayStation 2
ŞA - 22 mart 2005
AV - 8 iyul 2005
Yaponiya - 17 noyabr 2005
PlayStation 3
God of War Collection
ŞA - 17 noyabr 2009
Yaponiya - 18 mart 2010
AU - 29 aprel 2010
AV - 30 aprel 2010
God of War Saga
ŞA - 28 avqust 2012
PlayStation Vita
ŞA - 6 may 2014
AV - 9 may 2014
AU - 14 may 2014
PlayStation 4
ŞA - 1 noyabr 2011
AV - 2 noyabr 2011
AU - 3 noyabr 2011
Yaponiya - 15 may 2014
Janrlar Aksiya-macəra
Hack and slash
Yaş reytinqləri BBFC — 18
CERO
ESRB
OFLCA — MA15
PEGI
Dizaynerlər Deyvid Yaffe
Ssenaristlər Marianne Kravçik
Aleksandr Steyn
Deyvid Yaffe
Kiif Fey
Rəssamlar Çarli Ven
Terri Smit
Stiv "Skət" Katerson
Bəstəkarlar Jerar Marino
Mayk Reyqan
Ron Fiş
Uinifred Fillips
Uinni Valdron
Kris Valesko
Marsello De Fransissi
Texniki məlumat
Platformalar Playstation 2
PlayStation 3[qeyd 1]
PlayStation Vita [qeyd 2]
Mühərriklər Kinetica[qeyd 3] Bluepoint Engine[qeyd 4]
Oyun rejimi birnəfərli oyun[1]
İnterfeysin dili ingilis dili
Daşıyıcılar CD
Blu-ray [qeyd 5]
İdarəetmə Qeympəd
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur[2]. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır[3]. 2010-cu ilin mart ayının 18-də Avropa, AvstraliyaYaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War CollectionGod of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır[4]. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir.[5]

Geympley redaktə

Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır. Oyunçu, kombi əsaslı döyüş, platforminq və tapmaca elementləri ilə Kratos personajını idarə edir. Düşmənlər kökləri yunan mifologiyasına söykənən qulyabani əsgərlər, harpiyalar, minotavrlar, Meduzaqorqonaları, sikloplar, kabus məxluqları, dəniz pəriləri, satirlər, kentavrlar, kerberlar, əjdahalarPandora's Guardian (azərb. Pandoranın Gözətçisi‎) adlı bir minotavr kimi məxluqlardan ibarətdir[6]. Platforma elementləri nərdivan və divarlara dırmaşmaq, uçurumlardan tullanmaq, kəndirlərdən sallanmaq, oyunun hissələrində irəliləmək və dirəklərin üzərindən keçmək üçün tarazlığı saxlamaqdan ibarətdir. Oyunçunun adi tullanmaqla çata bilmədiyi yerlərə getmək üçün böyük qutuları endirmək kimi bəzi tapmacalar sadədir, bir qapını açmaq üçün oyunun fərqli-fərqli hissələrindən açarları tapmaq kimi tapmacalar isə mürəkkəbdir.[7]

Oyunçu, oyun dünyasında yaşıl, göyqırmızı rəngli sandıqlardan eynirəngli kürələr tapa bilərlər. Yaşıl rəngli kürələr oyunçunun sağlamlıq sayğacını doldurur, göy rəngli kürələr sehr sayğacını doldurur, qırmızı kürələr isə silahları və sehrləri təkmilləşdirmək üçün təcrübə balları verir. Bu ballar, oyunçuya yeni və daha güclü həmlələr etməyə imkan verir. Oyunda Rage meter (azərb. Qəzəb sayğacı‎)-da var. Bu sayğac yalnız qırmızı kürələr vasitəsiylə dolur. Dolanda, Rage of the Gods (azərb. Tanrıların Qəzəbi‎) qabiliyyətinin istifadə edilməsinə icazə verilir. Qırmızı rəngli kürələr düşmənləri öldürməklə və bəzi əşyaları qırmaqla da əldə edilir. Oyunçular rəngsiz sandıqlarda Qorqona GözləriSimurq Lələkləri adlı əşyaları da tapa bilərlər. Gözlər və Lələklər müvafiq olaraq Sağlamlıq və Sehr sayğaclarının həcmlərini artıra bilərlər. Gözlərin və ya Lələklərin 18-də tapanda, sağlamlıq və sehr sayğaclarının həcmlərini maksimallaşdırır.[8]

Məzmun redaktə

Sparta ordusunun komandiri olan Kratos, döyüşü uduzur. Ölmək üzrə olarkən müharibə tanrısı olan Ares ilə etdiyi razılığa görə Ares, Kratosun düşmənlərini məhv edəcək, Kratos isə Aresin xidmətinə girəcəkdi. Lakin Ares, Kratosu aldadır və Kratosun ailəsini (həyat yoldaşını və qızını) öldürməsinə səbəb olur. Buna görə Kratos, Aresə xidmət etməkdən imtina edir. Bu hadisədən sonra Kratos, kabuslarından xilas olacağı vədləri ilə Olimp tanrılarına 10 il xidmət edir. Ares bacısı olan Afinanın şəhərinə müharibə elan edir. Afinanın rəhbərlik etdiyi Kratos, Aresdən intiqam almaq üçün Afinada bir kahindən Aresi yalnız Pandoranın Qutusu ilə məhv edə biləcəyini öyrənir. Bu səbəbdən Kratos, Pandoranın məbədinə gedir və qutunu tapır. Lakin bunu eşidən Ares, Kratosu öldürür və qutunu ələ keçirir. Kratos, cəhənnəmə getsə də buradan xilas olub təkrar yer üzünə çıxır. Pandoranın Qutusu-nu Aresdən geri alan Kratos, qutunun təsiriylə Ares ilə döyüşəcək gücə sahib olur. Döyüş əsnasında Ares, Kratosun Blades of Chaos (azərb. Xaosun Qılıncları‎) adlı silahını alır və onun əvvəldən çəkdiyi ağrıları yenidən yaşamasına səbəb olur. Lakin Kratos, Blade of the Gods (azərb. Tanrıların Qılıncı‎) adlı silahı tapır və Aresi öldürür. Aresin ölümdən sonra Afina, Kratosun günahlarının əfv ediləcəyini, lakin gördüyü kabuslar haqqında hər hansı bir şey edə bilməyəcəklərini deyir. Bunu eşidən Kratos, ağrılarını sakitləşdirmək üçün özünü yüksək bir dağdan Egey dənizinə ataraq intihar edir. Lakin Kratos bir tanrını öldürdüyü üçün o tanrının yerini alır. Bu görə tanrılar onu dənizdən geri çıxarır, ölməsinə icazə vermir və Kratosu, yeni müharibə tanrısı olaraq Olimp dağına gətirirlər.

Personajlar redaktə

God of War oyunundakı personajların siyahısı:

Bunlardan başqa Afinanın Kahini, Qəbirqazan, adam yandıran və qayıq kapitanı kimi əhəmiyyətsiz personajlarda var. Kratosun həyat yoldaşı Lizandra, qızı Kalliyope, Barbar Kral və Kənd Kahini kimi yalnız xatirələrdə görülə bilən personajlarda mövcuddur. Oyun Linda Hant tərəfindən rəvayət edilir.[23][27]

 
Athens Town Square hissəsi başlamazdan əvvəl Kratos pilləkəndən qalxır.

Oyun Prosesi redaktə

Silahlar, Sehrlər və Reliktlər redaktə

Kratosun God of War oyununda istifadə etdiyi silahların siyahısı:[28]

  • Blades of Chaos (azərb. Xaosun Qılıncları‎) — Ares tərəfindən özünə sədaqətini vəd etdikdən sonra Kratosa verilən bir cüt qılınc. Bunlar, Kratosun qollarına zəncirlər vasitəsi ilə bağlanan, həm silah, həmdə müharibə tanrısına olan qulluğunu simvolikləşdirən geniş, əyri qılınclardır. Kratos, düşmənlərə xəsarət yetirmək və müxtəlif kombi hücumlarını həyata keçirmək üçün onları yelləyir.
  • Blade of Artemis (azərb. Artemidanın Qılıncı‎) — ilahə Artemida tərəfindən Kratosa verilən böyük, mürəkkəb bir qılınc. Qılınc olduqca yavaşdır, lakin düşmənlərə Blades of Chaos-dan daha çox xəsarət yetirir.
  • Blade of the Gods (azərb. Tanrıların Qılıncı‎) — Kratos, Ares'i öldürmək üçün istifadə etdiyi, güclü və nəhəng bir qılınc. Keçmişdə, Afina şəhəri ilə Suicide Bluffs (tələffüzü: Suisayd Blafs) arasında bir körpü kimi istifadə edilirdi.
  • Blades of Athena' (azərb. Afinanın Qılıncları‎) — God of War oyununun sonunda Afina tərəfindən Kratosa verilən bir cüt qılınc. Areslə olan son döyüşdə, Kratosdan geri aldığı Blades of Chaosu əvəz edir.
  • Poseidon's Rage (azərb. Poseydonun Qəzəbi‎) — Poseydon tərəfindən Kratosa verilən bir sehr. Bu sehrdən istifadə edəndə, Kratosun yaxınlığında dağıdıcı gücdə bir elektrik yaranır. Bu sehr, düşmənlərə bir neçə dəfə zərər verir və Kratosu hücumlardan qoruyur.
  • Medusa's Gaze (azərb. Meduzanın Baxışı‎) — Kratos tərəfindən istifadə edilən, əslində Meduzanın başı olan bir silah. Meduzanı, Afroditin əmri ilə öldürdükdən sonra Kratos onun başını alır və düşmənlərini daşa çevirmək üçün istifadə edir.
  • Zeus' Fury (azərb. Zevsin Qəzəbi‎) — Zevs tərəfindən Kratosa verilən bir sehr. Bu sehr, Kratosun əlində ildırım boltlarını yaratmasına və onları uzaqdakı düşmənlərə atmasına imkan yaradır.
  • Army of Hades (azərb. Aidin Ordusu‎) — Aid tərəfindən Pandoranın Məbədinə verilən bir sehr. Bu sehr, Kratosun yaxınlıqlardakı düşmənlərə hücum etmək üçün Underworld-dakı (azərb. Cəhənnəm‎) ruhları çağırmasına imkan verir.
  • Rage of the Gods (azərb. Tanrıların Qəzəbi‎) — Blades of Chaos-u təkmilləşdirəndən sonra əldə edilən bir qabiliyət. Ekranın altında bir sayğac görünür. Sayğac dolanda "Rage of the Gods"-ı aktivləşdirmək olar. Aktivləşdirəndə, Kratos düşmənlərinə daha çox xəsarət yetirir və daha az xəsarət alır.
  • Poseidon's Trident (azərb. Poseydonun Traydenti‎) — Pandoranın Məbədində tapılan bir əşya. Bu əşya, Kratosun boğulmadan sonsuza qədər su altında qalmasını, üzməsini və nəfəs almasını təmin edir.

Bosslar redaktə

 
İntihar edəndən əvvəl Kratos.

Kratosun God of War oyununda qarşılaşdığı bossların siyahısı:[29][30][31][32]

  • Hydra (azərb. Hidra‎) — "Kratos, Afinaya çatmadan əvvəl bitirmən lazım olan bir vəzifə var. Bu məxluq, bu Hydra, dənizlərimdə çox uzun müddətdir ki, dəhşət salır." — Poseydon.
    God of War oyun seriyasında kiçik bir adanın böyüklüyündə olan, çox-başlı bir dəniz ilanı. Hydra King (azərb. Hidra Kral‎), ətrafındakı daha kiçik ilan başlarını nəzarət edən dominant bir məxluqdur. Hydra King ölsə, digər Hydra-lar onunla birlikdə ölərlər. Oyun başyalanda, Kratos, dəniz tanrısı Poseydon tərəfindən, gəmiləri məhv edib dənizçiləri öldürərək suverenliyini təhlükəyə salan məxluqun öldürülməsi üçün vəzifələndirilir. Kratosun donanması Afinaya yaxınlaşarkən hansısa bir Hydra onlara hücum edir. Kratos, gəmisinin göyərtəsinin aşağı tərəfindən keçərkən Hydra King-in daha kiçik bir başı ilə döyüşür. Kratos Hydra-ın gözünü çıxararaq və onu gah sola, gah da sağa çırparaq ciddi xəsarət yetirir. Göyərtədə Hydra King-in başqa bir gəmiyə hücum edən bir başı görülür. Bir neçə dənizçini yedikdən sonra, Kratosa hücum etməyə başlayır. Kratos isə həmən Hydra-ı öldürür. Kratosun Hydra ilə son qarşılaşması, Hydra King və daha kiçik olan iki başı ilə döyüşdüyü başqa bir gəmi göyərtəsində reallaşır. Kratos nəhayət gəminin dorunu Hydra King-in başının içindən keçirərək öldürür.
  • Medusa (azərb. Meduza‎) — "Medusa, Qorqonaların Kraliçası və ilki. Mənə başını gətir Kratos, sənə gücünü istifadə etmək qabiliyyətini verəcəyəm." — Afrodita.
    God of War oyun seriyasındayunan mifologiyasında əcaib ilan saçları olan və gözlərinə baxan hər şeyi daşa döndərən qadına bənzər məxluq. Afinanın işğalı zamanı, Qorqonaların Kraliçası tituluna layiq oldu. Meduza və onun irqinin Afinadan nifrət etdiklərini bildiyi üçün, Ares onları öz ordusuna almışdı. Kratos şəhərin xarabalıqlarına doğru getdiyi zaman, Afrodita ilə görüşdü. Afrodita, Kratosa Meduzanın başını kəsməsini əmr etdi. Qorqonalar kölgələrdən çıxdı və Kratos ilə döyüşdü. Kratos axırda Qorqonaların başını əlləri ilə yerindən qopartdı. Buna görə Afrodita Kratosu Medusa's Gaze (azərb. Meduzanın Baxışı‎) adlı silahı verdi. Bundan sonra Kratos Medusa's Gaze-dən istifadə edərək Minotavrlarla döyüşdü. Meduzanın varlığı sona çatmışdı, ona görə də Meduzanın bacıları Euryale və Steno, God of War II-də Kratos onları öldürənə qədər Qorqonalar irqinə rəhbərlik etdilər. Steno God of War: Ascension-da görünür, və bu Meduzanın Qorqonaların ilk yox, ikinci kraliçası olduğu deməkdir.
  • Pandora's Guardian (azərb. Pandoranın Gözətçisi‎) — God of War oyununda təxminən 20 metr yüksəkliyində, demək olarki xəsarət alma bilməyən bir zireh geyən qulyabani minotavr. Minotavr, Pandoranın Məbədinin Aida həsr olunan hissəsini və Memarın oğlunun qəbrini mühafizə edir. Gözətçini zirehinə görə məğlub etmək çox çətindir. Axırda, Kratos onu qapıya batıraraq öldürür.
  • Ares (azərb. Ares‎) — "Sənə bir fanini öldürməyin bir çox yolunu öyrətdim, Kratos. Yanan ətlər, qırılan sümüklər. Lakin bir insanın ruhunu qırmaq onu həqiqətən məhv etməkdir." — Ares
    God of War oyununda və yunan mifologiyasında müharibə tanrısı. Ares həmçinin God of War oyunundakı baş antoqanistdir.
 
Kratos (havada) Blades of Chaos adlı silahı ilə Hidrayla döyüşür. yuxarı sol küncdəki HUD, Sağlamlıq sayğacını göstərir. Ədədlər, oyunçunun yığdığı qırmızı kürələrin sayını ifadə edir. Ekranın altındakı yaşıl sayğac, rəqibin sağlamlıq səviyyəsini göstərir.

Yaradılma redaktə

Santa Monica, 2002-ci ildə Dark Odyssey (azərb. "Qaranlıq Odisseya"‎) adlı layihə altında God of War-ı inkişaf etdirməyə başladı. Oyun, SCEA Santa Monica Gamers' Day 2004-də təqdim edilmişdir.

Oyunun rejissoru və yaradıcı Deyvid Yaffe, oyundakı kameranın kino-təqdimat şəklində olacağı haqqında məlumat vermişdir. E3-də, oyunçuların kamera sistemi ilə əlaqədar problem yaşadıqlarını görməklərinin lazımlı olduğunu və kameraların "problemli sahələri tapmaq və düzəltmək üçün E3-dən alınan mənbələrlə geniş diqqət testləri edirik" demişdir. Oyun, Santa Monica-nın əvvəlki oyunu olan Kinetica üçün inkişaf etdirdikləri Kinetica mühərrikindən istifadə edir.

Oyunun yunan mifologiyasına söykənməsinə baxmayaraq, inkişaf komandası mifologiyanı dəyişdirməkdə özlərinə "çoxlu azadlıq" verildiyini demişdir. Deyvid Yaffe oyunun ssenarisini yazarkən, 1981 istehsalı film olan Clash of the Titans-dan ilhamlandığını demişdir.

Buraxılış redaktə

God of War oyunun demo versiyası, 2005-ci ilin yanvar ayının 1-də God of War: The Hydra Battle (azərb. "Müharibə Tanrısı: Hidra Döyüşü"‎) adı ilə təqdim edildi. Bu demo versiya, Kratos müxtəlif düşmənlərlə döyüşməsini və Hidra ilə olan döyüşünün bir qismini ehtiva edirdi[33]. Oyun, 22 martda Şimali Amerikada[34], 8 iyulda Böyük Britaniyada, 17 noyabrda isə Yaponiyada satışa çıxarıldı[35]. Oyun, iyul ayının sonuna qədər, 2005-ci ildə satışa çıxarılan və ən çox satan 6-cı oyun olmuşdur[36]. Oyun, 2006-cı ildə PlayStation 2-in Greatest Hits (azərb. Ən Böyük Hitlər‎) adlı siyahısına əlavə edildi[37]. Sony, 2012-ci ilin iyun ayında, oyunun 4,6 milyondan çox surət satdığı haqda məlumat vermişdir.

Saundtrek redaktə

Müharibə Tanrısı: Oyundan olan Orijinal Saundtrek
Növü Müxtəlif bəstəkarlar tərəfindən Saundtrek albomu
Yayımlanma tarixi 22 mart 2005
Janr döyüş-macəra oyunu
Müddət 58:55
Dil ingilis dili

Jerar K. Marino, Ron Fiş, Uinifred Fillips, Mayk Reyqan, Kris VelaskoUinni Valron[27] tərəfindən bəstələnən oyunun saundtreki, Sony Connect Music Store tərəfindən 1 Mart 2005-ci ilin Mart ayının 1-də albom şəklində nümayiş olundu. Oyuna daxil edilən bir kupon kodu yolu ilə oyunu alan müştərilərə saundtrek pulsuz olaraq təqdim edildi. Saundtrek, 2010-cu ilin Mart ayında God of War III Ultimate Edition (azərb. Müharibə Tanrısı III Son Buraxılış‎)-un bir parçası olaraq, God of War Trilogy Soundtrack-də endirilə məzmun olaraq çıxdı[38]. Albomdakı musiqilərin bəzilərində, oyunun müxtəlif yerlərindən alınan diyaloqlara rast gəlmək mümkündür.

Qiymətləndirmə redaktə

Tənqidlər redaktə

God of War, tənqidçilərdən olduqca müsbət rəylər almışdır. Oyun, xüsusilə oyun prosesi, qrafikaları və səsləriylə tərif yığdı. CNN tərəfindən aparılan istintaqda God of War, "oyunçulara niyə oyun oynadıqlarını xatırladan oyun" olaraq adlandırıldı.[39]

Mükafatlar və təriflər redaktə

God of War "İlin Oyunu" mükafatını bir neçə dəfə qazanmışdır[40]. 2005 Spike Video Oyun Mükafatlarında "Ən Yaxşı Aksiya Oyunu", Deyvid Yaffe isə oyuna görə "İlin Dizayneri" seçilmişdir. Oyun həmçinin, "İlin Oyunu", "İnsan Kişi Tərəfindən Olan Ən Yaxşı İcra" (Terrens Konnor Karson, Kratos olaraq) və "Ən Yaxşı Orijinal Xal" mükafatları üçün də namizəd olmuşdur[41]. 2006 İnteraktiv Müvəffəqiyyət Mükafatlarında "İlin Ümumi Oyunu", "İlin Konsol Oyunu" və "İlin Aksiya/Macəra Oyunu" olmaqla bir çox mükafat qazanmışdır[42]. 2009-ci ildə God of War IGN tərəfindən, bütün zamanların ən yaxşı yeddinci PlayStation 2 oyunu adına layiq görülmüşdür[43]. 2012-ci ilin noyabr ayında, God of War Complex jurnalı tərəfindən bütün zamanların ən yaxşı on birinci PlayStation 2 oyunu adına layiq görülmüşdür.[44]

Sonrakı işlər redaktə

God of War
ing. God of War
Müharibə Tanrısı 
Müharibə Tanrısı
Müəlliflər Metyu Stover
Robert Eduard Vardeman
Janrlar Aksiya, Macəra
Orijinalın dili İngilis dili
Ölkələr ABŞ  ABŞ
Orijinalın nəşr ili 25 may, 2010
Seriya God of War
Nəşriyyat Sony Interactive Entertainment
Növ yumşaq cildli kitab
ISBN 978-0-345-50867-6
Vikianbarın loqosu  Vikianbarda əlaqəli mediafayllar

Roman redaktə

2009-cu ilin iyul ayında, həm God of War-ın, həmdə God of War II-in eyniadlı bir romanı haqqında məlumat verilmişdir[45]. Əsər, Metyu StoverRobert Eduard Vardeman tərəfindən yazılmış və 2010-cu ilin may ayının 25-də Del Rey Books tərəfindən nəşr olunmuşdur[46][47]. Vardeman Play jurnalına verdiyi müsahibədə, 1930-cu illərdə yazılan bir mifologiya kitabının özünün yunan mifologiyası ilə maraqlanmasının səbəbi olduğunu və God of War romanında işləməsinin "qaçırılmaması lazım olan bir fürsət" olduğunu demişdir. Vardeman həmçinin, romanın oyunun məzmunu izləməməsi üçün, əlavə bir materialı ehtiva etməsinin vacib olduğunu da demişdir. Vardeman, Kratos-u əhəmiyyətli bir personaj olaraq xarakterizə etmiş və "Bu motivlər münaqişəsi onu, narahat, amma böyük bir qəhrəman edir" demişdir. Vardeman, Kratos haqqında çoxlu potensial hekayələrin olduğunu deyərək God of War II-in eyniadlı romanını təsdiqləmişdir.[48]

Roman, oyunun hadisələrini izah edir və hekayəsinə Afinanın Kratosun Aresi öldürməsini istədiyini və Zevs xaric digər tanrıları Kratosa kömək etməsi üçün, onları necə manipulyasiya etdiyini izah edərək daha dərin qavrayışlar təqdim edir. Afinanın planlarını öyrəndikdən sonra Zevs, Kratosu Aresi öldürdükdən sonra müharibə tanrısı halına gətirmə niyyəti ilə Kratosa kömək etməyə qərar verir. Afina Poseydonu, Aresin Hidranı özünün ağalıq etdiyi yerlərə gətirdiyinə inandırır[49]. Artemida Kratosa kömək etməyə qərar verir. Çünki, Ares onun təbiətinii məhv etməyə çalışır. O, Kratosa kömək edərək bunun qarşısıma almağa çalışır[50]. Afina Afroditanı, Meduzanın özünə qarşı çağırış planlaşdırdığına inandırır[51]. Lakin, Aid kitabdan çıxarılmışdır. Çünki Kratos onunla qarşılaşmır və sehrini əldə etmir[52]. Kitabdakı bir başqa yanlışlıq, Kratosun Afinadan yeni bir qılınc dəsti almamasıdır[53]. Kitabda həmçinin, Blades of Chaos (azərb. Xaosun Qılıncları‎)-ın Hefest tərəfindən Tartarda yaradıldığını da öyrənmək olar.[54]

Tanrı Hermes tanrısı oyunda olmasa da, romanda var. O, Afinaya Kratosun intihar etdiyini bildirməsindən məsuldur[55]. Yeni personajlar arasında Kratosun gəmisinin birinci zabiti olan Soevs[56] və Meduzanın iki xidmətçisi, Yurr və kor kişi var[57]. Mini-oyunlarından birində qarşılaşılan əkiz qızların, Afroditanın Zora və Lora adlı qızları olduğuaşkar olunur[58][59]. Kitab həmçinin, qəhrəmanlar tərəfindən öldürülən mifologiyanın bəzi məxluqlarının hələ həyatda olduğunu açıqlayır. Məsələn, Zevs, Herkulesin Hidranı öldürdüyünü xatırladır və Athena bunu təsdiqləyir ancaq Zevsə, yeni Hidranın Tifon və Exidna adlı divlərin yumurtasında olduğunu və Aresin onu azad etdiyini deyir.[60]

Film redaktə

2005-ci ildə, oyunla bağlı bir filmin yaradılacağı haqda məlumatı verildi[61]. Oyunun prodüseri Deyvid Yaffe, Deyvid Self tərəfindən bir ssenarinin yazıldığını və filmin tanınmış bir rejissor tərəfindən çəkiləcəyini açıqlamışdı. Həmçinin Yaffe, Kratos rolu üçün Dcimon Hounsou ilə görüşdüklərini və filmin prodüserliyi ilə Universal Studios-un maraqlandığını, lakin bu ankı vəziyyətin nə olduğunu tam olaraq bilmədiyini demişdir[62][63]. Filmin rejissorluğu üçün Brett Ratner düşünüldüsə də[64], sonradan imtina edildi.[65]

Qeydlər redaktə

  1. God of War Collection (2009) və God of War Saga (2012)
  2. God of War Collection (2014)
  3. PlayStation 2-də
  4. PlayStation 3PlayStation Vita-da
  5. God of War Collection (2009)

İstinadlar redaktə

  1. Steam. 2003.
  2. IGN PlayStation Team (16 mart 2007). "The Top 25 PS2 Games of All Time". IGN.com. 31 may 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 18 mart 2007.
  3. Cayiazzo, Antoni (31 avqust 2009). "God of War Collection – Blu-ray Disc Compilation Available This Holiday Season!". Sony Computer Entertainment of America. 6 noyabr 2015 tarixində mənbəyidən arxivləndi. Alınma tarixi: 31 avqust 2009
  4. "God of War Collection Australia". 16 yanvar 2014 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 13 may 2010.
  5. "God of War Collection". 23 avqust 2011 tarixində mənbəyindən arivləndi. Alınma tarixi: 13 may 2010.
  6. SCE Santa Monica Studio, ed. (2005), pp. 22–27
  7. SCE Santa Monica Studio, ed. (2005), p. 5
  8. SCE Santa Monica Studio, ed. (2005), p. 29
  9. Ishaan (January 4, 2011). "God of War Character Concept Art: Kratos Before And After" Arxivləşdirilib 2016-10-05 at the Wayback MachineSiliconeraCurse, Inc. Alınma tarixi: 17 mart, 2016
  10. 10,0 10,1 Varanini, Giancario (March 5, 2010). "Franchise Player: God of War III" Arxivləşdirilib 2018-04-23 at the Wayback MachineGameSpotCBS Interactive. Alınma tarixi: 17 mart, 2016
  11. 11,0 11,1 Voices of God of War IISanta Monica Studio. 2007.
  12. God of War III: Voice ActingSanta Monica Studio. 2010.
  13. Şuman, Sid; Barlog, CoryJudge, Christopher (İyun 14, 2016). God of War - E3 2016 LiveCast Arxivləşdirilib 2018-04-13 at the Wayback Machine (YouTube-da izlə). 0:20: PlayStation.BlogSony Interactive Entertainment. Sid Şuman: Xristofer Cuc,siz kimsiz? Xristofer Cuc: Kratos rolunda oynayacağım üçün bəxtəvərəm.. Alınma tarixi: 15 iyun, 2016
  14. 14,0 14,1 Ready at DawnGod of War: Ghost of SpartaSony Computer Entertainment. Səhnə: Başlıq titrləri.
  15. Ready at DawnGod of War: Chains of OlympusPlayStation PortableSony Computer Entertainment.
  16. Suliç, İvan (18 mart, 2005). "God of War"IGNZiff Davis Media. 22 noyabr, 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2012-10-30 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 15 iyun, 2012.
  17. Hilliyard, Kayl (19 aprel, 2012). "Kratos' Complete Olympian Hit List" Arxivləşdirilib 2017-05-28 at the Wayback MachineGame InformerGameStop. Alınma tarixi: 17 mart, 2016.
  18. Mahalo Video Games. Arxivləşdirilib 2013-07-07 at the Wayback MachineMahalo.com. 9 avqust, 2013 mənbəyindən arxivlənmişdir. Alınma tarixi: 19 noyabr, 2012.
  19. Dunham, Ceremi (19 fevral, 2004). "SCEA Santa Monica Gamers' Day: Sony Announces God of War"IGNZiff Davis Media. 22 noyabr, 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2014-02-19 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 15 iyun, 2012.
  20. Reparaz, Mikel (14 mart, 2013). "Mangled myths: How God of War's mythology stacks up - Page 2" Arxivləşdirilib 2019-06-19 at the Wayback MachineGamesRadarFuture plc. Alınma tarixi: 17 mart, 2016.
  21. Santa Monica Studio. God of War. Sony Computer Entertainment. “Aphrodite: Medusa, Qorqonaların Kraliçası və ilki. Mənə başını gətir Kratos, sənə gücünü istifadə etmək qabiliyyətini verəcəyəm.
  22. Mahalo Video Games. "God of War 3 Walkthrough"Mahalo.com. 9 avqust 2013 tarixində mənbəyindən Arxivləşdirilib 2013-07-07 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 19 noyabr, 2012.
  23. 23,0 23,1 23,2 Santa Monica Studio, ed. (2005), səhifə 32–35
  24. Arxivləşdirilib 2013-11-05 at the Wayback MachineMobyGamesGameFly. 9 avqust, 2013 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 9 iyun, 2012.
  25. Reparaz, Mikel (14 mart, 2013). "Mangled myths: How God of War's mythology stacks up - Page 18" Arxivləşdirilib 2019-06-19 at the Wayback MachineGamesRadarFuture plc. Alınma tarixi: 17 mart, 2016.
  26. Santa Monica Studio. God of War. PlayStation 2. Sony Computer Entertainment. Artemis: Mən sənə bir Divi öldürmək üçün istifadə etdiyim bütün qılıncları təklif edirəm.
  27. 27,0 27,1 "God of War – Credits" Arxivləşdirilib 2014-11-14 at the Wayback MachineAllgameRovi Corporation. Alınma tarixi: 9 iyul, 2012.
  28. godofwar.wikia.com Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine saytında Kratosun istifadə etdiyi avadanlıqlar haqqında məqalə
  29. godofwar.wikia.com Arxivləşdirilib 2017-06-28 at the Wayback Machine saytında Hydra haqqında məqalə
  30. godofwar.wikia.com Arxivləşdirilib 2017-06-21 at the Wayback Machine saytında Meduza haqqında məqalə.
  31. godofwar.wikia.com Arxivləşdirilib 2017-06-27 at the Wayback Machine saytında Pandora's Guardian haqqında məqalə.
  32. godofwar.wikia.com Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine saytında Ares haqqında məqalə.
  33. Arxivləşdirilib 2020-08-12 at the Wayback MachineGameSpyIGN Entertainment. 22 noyabr, 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 6 noyabr, 2012-ci il.
  34. "God of War – PlayStation 2" Arxivləşdirilib 2012-05-19 at the Wayback MachineIGNZiff Davis Media. Alınma tarixi: 5 iyul, 2012-ci il.
  35. Heyns, Ceff (1 mart, 2006). "SCEA Announces Two New Greatest Hits"IGNZiff Davis Media. 22 noyabr, 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 10 noyabr, 2012-ci il.
  36. Suret, Tim (28 iyul, 2005). "NPD: 2005 game sales up 21 percent"GameSpotCBS Interactive. 22 noyabr, 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 10 noyabr, 2012.
  37. Heyns, Ceff (1 mart, 2006). "SCEA Announces Two New Greatest Hits"IGNZiff Davis Media. 22 noyabr, 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 10 noyabr, 2012.
  38. Cayiazzo, Antoni (30 oktyabr 2009). "God of War III Ultimate Edition and Pre-Order Items Announced"PlayStation.BlogSony Computer Entertainment America. 28 noyabr 2012 tarixində mənbəyindən Arxivləşdirilib 2012-12-25 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 3 noyabr, 2009.
  39. Leyn, Tom (7 aprel 2005). "Review: 'God of War' Zeus of adventure games"CNN. 18 fevral 2015 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 31 mart 2008.
  40. Arxivləşdirilib 2012-12-01 at the Wayback Machine (Mətbuat buraxılışı). Sony Computer Entertainment America. 16 fevral 2008 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 22 noyabr, 2012.
  41. Sinkleyr, Brendan (19 noyabr, 2005). Arxivləşdirilib 2012-10-22 at the Wayback MachineGameSpotCBS Interactive. 22 noyabr 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 8 iyul 2012.
  42. Thorsen, Tor (February 9, 2006). Arxivləşdirilib 2014-03-29 at the Wayback MachineGameSpotCBS Interactive. 22 noyabr 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 8 iyul, 2012.
  43. IGN PlayStation Team (10 avqust, 2009). "The Top 25 PS2 Games of All Time"IGNZiff Davis Media. 29 iyun 2011 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 18 mart, 2007.
  44. Nayt, Riç (19 noyabr, 2012). Arxivləşdirilib 2012-11-27 at the Wayback MachineComplex.com. Complex Media. 22 noyabr 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 21 noyabr, 2012.
  45. IGN Staff (13 iyul, 2009). Arxivləşdirilib 2014-07-25 at the Wayback MachineIGNZiff Davis Media. 13 fevral 2013 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 13 fevral 2013.
  46. Aleksandr, Cem (13 iyul, 2009). Arxivləşdirilib 2012-08-29 at the Wayback MachineJoystiqAOL. 22 noyabr 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 4 noyabr, 2010.
  47. Stover, MatthewVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  48. JonGordon. "God Of War Novel – Author Interview". Play (BB). Imagine Publishing. 5 dekabr 2012 tarixində [1] Arxivləşdirilib 2012-11-27 at the Wayback Machinemənbəyindən Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine arxivləndi. Alınma tarixi: 5 dekabr, 2012.
  49. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 27 – 30. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  50. Stover, MatyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 49 – 53. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  51. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 82 – 86. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  52. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). fəsil: 23. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  53. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). fəsil: Epiloq. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  54. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 11. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  55. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 6 – 9. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  56. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 63. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  57. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 104 – 107. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  58. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 59 – 62. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  59. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 99. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  60. Stover, MetyuVardeman, Robert (25 may, 2010). God of WarGod of War (1-ci nəşr). səhifə: 23. Amerika Birləşmiş ŞtatlarıDel Rey BooksISBN 978-0-345-50867-6.
  61. "Games to Film: God of War" Arxivləşdirilib 2010-11-08 at the Wayback Machine. IGN. 27 noyabr 2005. Alınma tarixi: 17 iyun, 2010.
  62. "The 'War' Within". ew.com (9 mart 2007). 26 aprel 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 17 iyun 2010.
  63. "Game Head Video Game, David Jaffe meets Uwe Boll"Gametrailers (11 avqust 2007). 29 mart 2009 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 17 iyun 2010.
  64. "Brett Ratner to Direct ‘God of War’?". Geeks of doom. 29 may 2008. 26 noyabr 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 17 iyun 2010.
  65. "Brett Ratner Abandons "God of War"". WorstPreviews. 18 fevral 2009. 30 sentyabr 2015 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 20 fevral 2009.

Xarici Keçidlər redaktə


Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023