Grumman F-14 Tomcat Haqqinda Melumat - Vikipedia

Grumman F-14 Tomcat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Grumman F-14 Tomcat

F-14 Tomcat — Grumman Aerospace tərəfindən istehsal olunmuş supersonik, iki mühərrikli və dəyişən həndəsi qanadlı önləmə təyyarəsidir.

Grumman F-14 Tomcat
İstehsalçı Grumman
İlk uçuş 21 dekabr 1970
İstismara verilmə tarixi 1974
İstimarının bitmə tarixi 22 sentyabr 2006
İstismarçılar
Buraxılış sayı 712
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas vəzifəsi ABŞ Hərbi Donanmasını düşmənin supersonik hərbi təyyarələrindənqanadlı raketlərindən müdafiə etməkdir. Bu məqsədlə F-14-ə çox güclü bir atışa nəzarət radarı (AN/AWG-9) və uzun mənzilli raketlər (AIM-54 Phoenix) inteqrasiya edilmişdir. AN/AWG-9 radarı sayəsində təyyarə 100 mil ərazini müşahidə altında saxlaya bilir, eyni zamanda bu məsafə içərisindəki 24 təyyarəni izləyə və bununla paralel olaraq AIM-54 Phoenix döyüş raketi ilə 6 ədəd təyyarəyə hücum edə bilər. Radarının izləmə gücü sayəsində Tomcat reaktiv təyyarələri mini AWACS kimi də istifadə edilə bilər. Yüksək optik böyüdücü televiziya kameraları hədəflərini 30 mildən çox məsafədən tanıyır və hədəfləri vizual olaraq izləməyə və müəyyən etməyə imkan verir. Uçuş heyəti pilot və radar zabitindən ibarətdir. Təyyarə dəyişkən həndəsi qanadlara malikdir. Uçuş zamanı avtomatik olaraq 20 ilə 68 dərəcə arasında dəyişə bilən bu qanadlar, qalxma zamanı önə doğru açılaraq havanın qaldırma gücünü artırır, sürət tələb edən uçuşlarda geriyə doğru bağlanaraq qanad sahəsini kiçildib sürtünməni azaldır və sürəti artırır. Bu isə öz növbəsində, təyyarəyə sabit qanadlı təyyarələrdə əldə edilə bilinməyən bir üstünlük verir.

F-14 Tomcat qanadlarını hərəkət etdirərək, qanad səthini genişləndirə və mühərrik itkisini endirərək mövcud yanacağı ilə havada daha uzun müddət qala bilər. Arxaya sürüşən qanadları qısa uçuş-enmə zolaqlı təyyarə daşıyıcılarına enmə və qalxma zamanı böyük üstünlüklər verir. Mühərriklərin böyük bir hissəsi afterburner üçün eqzos hissəsindən ibarətdir. Afterburnerdə olarkən mühərrik 180 kN güc istehsal etsə də, yanacaq sərfiyyatı 4 dəfə artır. Buna görə mühərrikləri sürətlə köhnəlir və təmirinə ehtiyac duyulur. Eqzos hissəsinin genişliyi daha çox istiliyədavamlı materiallara olan tələbatı artırır. Təmir və istismar xərcləri çox bahalı olan bir təyyarədir.

F-14 Tomcat, Amerika Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı gücünü Sovet İttifaqının supersonik təyyarələrindən və qanadlı raketlərindən müdafiə ehtiyacından doğulmuşdur. Sovetlər tərəfindən istehsal olunan səs sürətindən üç dəfə çox sürətdə uça bilən təyyarələr və səsdən sürətli raketlər qarşısında Amerikalı təyyarə istehsalçıları ABŞ Hərbi Dəniz Qüvvələrinə çox yaxınlaşmadan Sovet təyyarələrinin məhv edilməsinə imkan verəcək bir təyyarə dizaynı üzərində işləməyə başladılar. 15 yanvar 1960-cı ildə Northrop Grumman şirkətinin VFX adlı layihəsi ilə bu müsabiqəni qazandığı elan edildi. Meydana çıxarılmış bu prototip ilk uçuşunu 21 dekabr 1970-ci ildə etdi. Bu ilk təyyarə uçuş qəzasında itirildi. Daha sonra, layihə 24 may 1971-ci ildə ikinci bir prototiplə davam etdirildi.

1972-ci ilin oktyabrından F-14A təyyarələri ABŞ Donanmasına təhvil verilməyə başlandı. İlk əməliyyat uçuşu 1974-cü ilin sentyabrında baş verdi. Bununlada, F-14 qırıcı təyyarələri rəsmi olaraq istifadəyə verildi. 1 yanvar 1977-ci ilədək ümumilikdə 259 F-14 istehsal edildi və 92.000 saatdan çox uçuş həyata keçirildi. Tomcatlar ABŞ Donanmasındakı F-4 Phantom II təyyarəsini əvəz etdi. F-14A modelində Pratt&Whitney TF30-PW-414A mühərriki istifadə edilmişdir. 1987-ci ildə F-14A-da edilən dəyişikliklə, PW-414 mühərriki yerinə daha güclü General Electric F110-GE-400 turbofan mühərriki quraşdırıldı və beləliklə F-14A + Plus dünyaya gəldi. Bu modelin kütləvi istehsalına başladıqdan sonra istehsal olunan təyyarələrə F-14B adı verildi. B modeli, A modelindən daha çox texnoloji avionikanı ehtiva edirdi. AN/APG-71 radarı ilə təchiz olunmuş F-14D Super Tomcat 9 fevral 1980-ci ildə ilk uçuşunu etdi. Bu variantda təyyarənin radar və kokpit texnologiyaları yeniləndi, ikili IRST/TV podları əlavə edildi və hava-hava döyüş qabiliyyətləri artırıldı.

Üstün döyüş qabiliyyətlərindən əlavə olaraq, F-14 Tomcatlar, A/B versiyaları təkmilləşdirmə proqramları sayəsində güclü bir orta mənzilli hücum təyyarəsinə çevrildi. 1990-cı illərin ikinci yarısında təyyarələr ciddi modernləşməyə məruz qaldı. LANTIRN podları quraşdırılaraq gecə vaxtı havadan quruya həssas hücum qabiliyyəti əldə edildi. Orijinal F-14-in ömrü 6000 uçuş saatı olsa da, modernizasiya ilə uçuş ömrü 7200 saata qədər artırıldı. INS/GPS və JDAM lazer başlıqlı bombardman qabiliyyəti və elektron əks tədbir sistemləri birləşdirildi.

F-14 Tomcat-ın ən qorxunc sursatı AIM-54 Phoenix hava-hava hücum raketidir. Yalnız F-14 Tomcatda istifadə olunan və dünyanın ən uzun mənzilli hava-hava raketi olan AIM-54 ilk dəfə 1973-cü ildə xidmətə girmişdir. Hədəfi 90 mil məsafədən müəyyənləşdirə bilir. F-14-ün AN/AWG-9 atışa nəzarət radarı ilə birlikdə işləyir. A, B və C olmaqla üç modeli istehsal edilmişdir. AIM-54 Phoenix, 30 sentyabr 2004-cü ildə ABŞ Donanması inventarından çıxarıldı. Təyyarənin digər döyüş sursatları AIM-7 Sparrow, AIM-9 Sidewinder, GBU seriyalı lazerlə idarə olunan dəqiq bombalar, Mk seriyalı idarəolunmaz bombalar və yaxın döyüş üçün istifadə olunan 20 mm M61A1 Vulcan pulemyotudur.

F-14 Tomcatlar hazırda yalnız İran Hərbi Hava Qüvvələrində xidmət edir. İranın Şah dövründə aldığı 79 təyyarədən ibarət F-14 qüvvəsindən bu gün təxminən 15–20 təyyarə qalmışdır və bu təyyarələr effektiv radarları sayəsində mini AWACS kimi istifadə olunurlar.

Həm Soyuq müharibənin başa çatması ilə artıq aviasiya donanmalarına uzun mənzillərdən Rus hava gücü təhdidinin azalması, həm də, təyyarənin malik olduğu teknologiyanın müasir müharibə meydanlarının ehtiyaclarına artıq cavab verməməsinə görə ABŞ Hərbi Donanması və ABŞ Müdafiə Nazirliyi təyyarələrin hamısını təhlil etmiş və təyyarələrin onurğa hissələrində ciddi çatlara rast gəlmişdir. Təyyarələrin yüksək təmir və istismar xərclərini də nəzərə alaraq, istehsalçı firmanın Super Tomcat 21 və Attack Super Tomcat 21 səviyyəsində təkmilləşdirmə məsləhətini rədd etmiş və F-14 Tomcatları yeni nəsil F/A-18E/F Super Hornet təyyarələri ilə dəyişdirmə qərarı qəbul etmişdir. Top Gun filmi ilə ölümsüzləşən F-14 Tomcat qırıcı-önləyici təyyarələri son uçuşlarını 21 sentyabr 2006-cı ildə Oceana Dəniz Hava Stansiyasında reallaşdırmış və ABŞ Hərbi Donanmasından 22 sentyabr 2006-cı ildə rəsmi şəkildə çıxarılmışdır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Grumman F-14 "Tomcat" hərbi təyyarəsi, Qərb dünyasında digərlərindən tamamən fərqlənən bir döyüş təyyarəsidir. AWG-9 silah idarəetmə sistemi vasitəsi ilə 6 ədəd uzun mənzilli AIM-54A "Phoneix" raketlərini eyni zamanda 6 fərqli hədəfə yönəldə bilər, orta mənzilli döyüş tapşırıqları üçün "Sparrow" döyüş raketlərini və it döyüşü üçün 20 mm-lik top və "Sidewinder" raketlərindən istifadə edə bilər. Son qeyd olunan missiyasında dəyişkən həndəsi formalı qanadları təyyarəyə sabit qanadlı təyyarələr ilə əldə edilə bilinməyəcək bir üstünlük verir.

1968-ci ildə F-11B-lərin yerini almaq üçün başladılmış dizayn işləri, daha sonra Dəniz Qüvvələrinin təyyarə daşıyıcılarında yerləşdirilmiş döyüş təyyarələri inventarına daxil edilmişdir. F-14A, P&W TF30 mühərriklərindən və F-11B üçün hazırlanmış altı ədəd "Phoneix" AA raketindən və AWG-9 silah idarəetmə sistemindən istifadə edir. 21 dekabr 1970-ci ildəki ilk uçuşuna qədərki beş illik inkişaf, qiymətləndirmə və donanma təlimlərindən sonra təyyarə gəmilərindəki donanmaların ən güclü döyüş təyyarəsi olmuşdur.

İlk olaraq F-14B modellərinin seriyalı istehsalında P&W F401 mühərrikinin istifadəsi planlaşdırılırdı. Bununla birlikdə, TF30-P-412-nin gözləniləndən daha çox performans nümayiş etdirməsi, F401 mühərriklərinin təxirə salınmasına səbəb olmuşdur.

"Tomcat" Grumman Donanmadakı McDonnell Douglas F-4 "Phantom II" qırıcılarının yerini almışdır. Təyyarə gəmisinin tapşırıq qüvvəsinin daxilində birinci sıra hücum və düşmənin hava təhdidlərinə qarşı müdafiə tapşırıqlarını yerinə yetirmişdir. Cari inventar F-14A, F-14B və F-14D modellərindən təşkil edilmişdir.

Üstün hava döyüşləri qabiliyyətinə əlavə olaraq, "Tomcat" F-14A/B inkişaf proqramları çərçivəsində güclü orta mənzilli hücum təyyarəsinə də çevrilmişdir. UNS/GPS və JDAM (Birgə Birbaşa Hücum Sursatı) inteqrasiyası və elektron əks tədbirlərin yaxşılaşdırılması ilə missiyaları daxilinə hücum/müşahidə təyyarəsi olmaq da daxil edilmişdir. Edilən dəyişikliklər arasında çox məqsədli displeylər (MFD), üzü yuxarı displeyi (HUD) və HOTAS tətbiqləri mövcuddur.[1]

Tekniki xüsusiyyətləri redaktə

  • Ekipaj: 2
  • Mühərrik: 2 x P+W TF-30-P-412A turbofan
  • İtələmə qüvvəsi: 93.0 kN
  • Qanad uzunluğu: 10.0–19.8 m
  • Uzunluq: 18.9 m
  • Hündürlüyü: 4.9 m
  • Qalxma çəkisi: 22700 kq
  • Maksimum sürət: M2+
  • Xidmət tavanı: 56.000 ft (17.070 metr)
  • Mənzil: 2000–5000 KM
  • Mühərrik növü: F-110-GE-400
  • Radar sistemi: AWG-9 (Aşağı bax, aşağı endir)
  • Top:M61 Vulcan 20 mm
  • Hava-hava raketi AAM
  • Yükləmə Konfiqurasiyaları:
    • 2× AIM-9 + 6× AIM-54
    • 2× AIM-9 + 2× AIM-54 + 3× AIM-7
    • 2× AIM-9 + 4× AIM-54 + 2× AIM-7
    • 2× AIM-9 + 6× AIM-7
    • 4× AIM-9 + 4× AIM-54
    • 4× AIM-9 + 4× AIM-7
  • Bombalar:

İstifadəçilər redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024