Güllü qafiyə Haqqinda Melumat - Vikipedia

Güllü qafiyə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Güllü qafiyəAzərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur:

Dedim: mən qurbanam yarın adına,

Dedi: elə sənsən düşən yadına...

(Qurbani)

Yaxud:

Dedim: gülşən nədi? – dedi: bağımdı,

Dedim: səfalıdı? – söylədi: yox-yox...

(Aşıq Əmrah)

Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər. Güllü qafiyə dinləyicilərə xoş ovqat gətirir.

Ədəbiyyat redaktə

  • Aşıq şeirindən seçmələr. Bakı. 1984.
  • Həkimov M.İ. Aşıq şeiri növləri. Bakı. 1987.

Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023