Hökümə Nəcəfova Haqqinda Melumat - Vikipedia

Hökümə Nəcəfova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hökümə Nəcəfova

Hökümə Nəcəfova — bəstəkar, ilk azərbaycan qadın tarzən. Müğənni Brilliant Dadaşovanın atasının və aktyor Məlik Dadaşovun xalası idi.

Hökümə Nəcəfova
Ümumi məlumatlar
Doğum adı Hökümə Yusif qızı Nəcəfova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Mükafatları "Şərəf nişanı" ordeni

Həyatı redaktə

Hökümə Yusif qızı Nəcəfova 19 noyabr 1915-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Hələ uşaq yaşlarında Əbilov adına Mədəniyyət Evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alan H.Nəcəfovanı Üzeyir bəy Hacıbəyovla tanışlıq Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Sonralar Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölmələrində təhsil alan Hökumə Nəcəfova Üzeyir bəyin sevimli tələbələrindən olub. Hətta dahi bəstəkarımız Hökumə xanıma və bir neçə imkansız qıza guya "dövlətin əli" ilə təqaüd də verirmiş. Üzeyir bəy rəhmətə gedən günə qədər onlar bu təqaüdünün onun tərəfindən verildiyini bilməyiblər. Üzeyir Hacıbəyov Hökumə xanım Nəcəfovanın istedadını, qabiliyyətini, bəstələrini və ifalarını yüksək qiymətləndirir, onun ictimai fəallığını, mədəniyyətimizin inkişafı işində fədakarlıq əzmini çox bəyənirdi. Hökumə Nəcəfova Azərbaycanın ilk qadın bəstəkarlarından biri olmaqla yanaşı, eyni zamanda ilk tarzən qadın idi.

Əsərləri redaktə

Bir çox məşhur mahnıların müəllifidir: "Kaş ki, gözəl olmayaydım", "Həliməcan", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Xalidəcan", "Ceyran balası" və s. Bir zamanlar bu mahnılar görkəmli sənətkarlarımız - Şövkət Ələkbərova, Sara Qədlmova, Zeynəb Xanlarova və Elmira Rəhimovanın ifasında da tez-tez səslənirdi. Həmçinin rəqslər də ("Şənlik rəqsi", "Rəqs melodiyası") bəstələmişdir.

Kitablar redaktə

Mahnı və romanslar not kitablarının müəllifidir:

  • Fortepiano üçün "Yarım gəldi" (1945)
  • "Arzu" (1946)
  • fortepiano ilə oxumaq üçün "Uşaq mahnıları" (1967)
  • "Mahnılar" (1968, 1975)
  • "Ana yurdum" (1986)

Mükafatları redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.

Xarici keçidlər redaktə

  1. Maşallah Xudubəyli - Mənim sazlı-sözlü dünyam Arxivləşdirilib 2010-11-19 at the Wayback Machine. II cild (3 kitabda). Bakı: "Nurlan", 2010.

Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024