Hökumət Haqqinda Melumat - Vikipedia

Hökumət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hökumət, həmçinin Nazirlər Kabineti və ya Nazirlər Şurası — dövlət idarə etməsinə rəhbərliyi həyata keçirən ali kollegial icra hakimiyyəti orqanı.

İcraedici hakimiyyət

Hökumətin strukturu redaktə

Hökumət hökumət üzvlərindən — nazirlərdəndövlət komitəsi sədrlərindən ibarət olub dövlət başçısı (kral, prezident) və ya baş nazir (hökumət sədri, kansler, nazirlər kabineti və ya şurası sədri) tərəfindən rəhbərlik edilir. Federativ dövlətlərdə və daxilində muxtar ərazi qurumu olan dövlətlərdə əlahiddə ərazi qurumlarının da muxtar hökuməti olur.

Koalisiyalı hökumət — koalisiya qurmuş parlament partiyalarının koalisiya müqaviləsi əsasında fəaliyyət göstərir.

Hökumətin səlahiyyətləri redaktə

Hökumətin əsas vəzifəsi — dövlətin ali qanunverici orqanı (parlament)qəbul edilmiş qanunlarını həyata keçirilməsidir. Bu məqsədlə hökumət və nazirliklər qərarlar hazırlayıb qəbul edirlər. Həmçinin bəzi ölkələrdə hökumət qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edə bilərlər.

Hökumətin əsas vəzifələrindən biri də vətandaşların hüquqlarının və içtimai asayişi qorunmasıdır.

Hökumətin formalaşması prinsipləri redaktə

Hökumətin formalaşması prinsipləri müxtəlif ölkələrdə müxtəlifdir. Parlament üsul-idarəli ölkələrdə hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırır.

Mütləq qalib olmazsa partiyalar koalisiya yaradır, ya çoxluq ya da azlıq hökuməti qururlar. Bu baş tutmazsa yenidən parlament seçkiləri keçirilir.

Azərbaycan Respublikasında hökumət redaktə

Azərbaycan Respublikası Konstitusiyasının Vİ fəslinin 99-cu maddəsinə əsasən Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Konstitusiyanın 109-cu maddəsinə əsasən

" Azərbaycan Respublikasının Prezidenti:

4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir. "

Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu və tərkibi redaktə

Konstitusiyanın 114-cü maddəsinə əsasən :

" I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.

Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri sədrlik edir."

Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası redaktə

Konstitusiyanın 118-ci maddəsinə əsasən :

" I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.

III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri redaktə

Konstitusiyanın 119-cu maddəsinə əsasən :

" Azərbaycan Respublikasının Nazirlər Kabineti:

— Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

— Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

— maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;

— dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

— dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;

— nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

— Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

…Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər:

I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir."

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Azərbaycan Respublikasının Konstitusiyası.
  • Samuel E. Finer. The History of Government from the Earliest Times (история правительства с древнейших времён), в 3-х тт. Oxford University Press: Оксфорд, 1997 и 1999.

Xarici keçidlər redaktə


Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023