Hörümçək-adam: Evə yol yoxdur (film, 2021) Haqqinda Melumat - Vikipedia

Hörümçək-adam: Evə yol yoxdur (film, 2021) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hörümçək-adam: Evə yol yoxdur

(Hörümçək-adam: Evə yol yoxdur (film, 2021) səhifəsindən istiqamətləndirilmişdir)

Hörümçək-adam: Evə yol yoxdur və ya Hörümçək-adam: Geriyə yol yoxdur[1]Columbia PicturesMarvel Studios tərəfindən istehsal olunan və Sony Pictures tərəfindən distrübüterlik edilən, Marvel Comics qəhrəmanı Hörümçək Adam cizgi romanlarından uyarlanan ABŞ super qəhrəman filmidir.

Hörümçək-adam: Evə yol yoxdur
Spider-man: No way home
Janr superqəhrəman filmi, döyüş filmi, macəra filmi, elmi-fantastika filmi
Əsas mövzu son[d]
Rejissor Jon Watts
Prodüserlər
Ssenari müəllifi

Chris McKenna

Erik Sommers
Baş rolda

Tom Holland Zendaya Benedict Cumberbatch Jacob Batalon Jon Favreau Jamie Foxx Willem Dafoe Alfred Molina Benedict Wong Tony Revolori Marisa Tomei Andrew Garfield

Tobey Maguire
Operatorlar
  • Seymas Makqervi[d]
Bəstəkar Michael Giacchino
Montajçı Ceffri Ford[d]
İstehsalçı

Kevin Feige

Amy Pascal
Distribütor Sony Pictures Releasing
İlk baxış tarixi

17 dekabr 2021

(Amerika Birləşmiş Ştatları)
Müddət 148 dəqiqə
Büdcə $200 milyon
Gəlir $1.536 milyar
Ölkə Amerika Birləşmiş Ştatları
Dil İngiliscə
Rəng rəngli
IMDb ID10872600
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hörümçək-Adam: Evə Qayıdış və Hörümçək-Adam: Evdən Uzaqda seriyasının davamı olan və Marvel Sinematik Dünyasının 27-ci filmidir. Rollarda Peter Parker / Hörümçək Adamı canlandıran Tom Holland ilə birlikdə Zendeya, Benedict Cumerbatc, Tobey Maguire, Andrew Garfield, Jon Favreau, Jacob Batalon, Marisa Tomei, J. B. Smoove, Benedict Wong, Williem Dafoe, Alfred Molina, Jamie Foxx-un yer aldığı, rejissoru Jon Watts və ssenaristi Chris McKenna və Erik Sommers-dir. Filmdə Parker, Evdən Uzaqda filmində gizliliyi açılan Hörümçək Adam gizliliyini yenidən bir sirr halına gətirmək üçün Stephen Strange-dən kömək istəyir.

Evə Qayıdış-ın istehsalı zamanı, 2017-ci ilin əvvəllərində, üçüncü Hörümçək Adam Marvel Sinematik Dünyası filmi dizaynınına başlanmışdı. 2019-cu il avqust ayında Sony və Marvel Studioları arasında Hörümçək Adam filmlərini birlikdə hazırladıqları müqaviləni dəyişdirmək üçün edilən görüşlər, Marvel Studios-un layihədən ayrılması ilə nəticələndi. Ancaq pərəstişkarların mənfi qarşılığı, bir ay sonra iki şirkət arasında yeni bir müqavilənin edilməsinə yol açdı. Watts, McKenna, Sommers və Holland bu müddət ərzində geri qayıtmağa hazır idi. Çəkilişlər 2020-ci ilin oktyabr ayında New York-da başladı, eyni ay içərisində Atlanta-da davam etdi. Çəkilişlər ərzində Foxx və Molina-nın köhnə Hörümçək Adam filmlərindəki personajları yenidən canlandıraraq filmdə yer aldıqları ortaya çıxdı. Filmin adı isə 2021-ci il fevral ayında, filmin çəkilişləri martın ortalarında sona çatmadan əvvəl açıqlandı.

Hörümçək-Adam: Evə Yol Yoxdur, Marvel Sinematik Dünyasının dördüncü evrəsinin bir hissəsi olaraq ABŞ-də 17 dekabr 2021-ci ildə bazara çıxarıldı. Dördüncü Hörümçək Adam filmi isə hələki hazırlanma mərhələsindədir.

Mövzu redaktə

Hörümçək-Adam: Evdən Uzaqda-dakı (2019) hadisələrin ardınca, Peter Parker-in həyatı və etibarı, gizliliyinin Mysterio tərəfindən ifşa edilməsi ilə alt-üst olur. Yaşananları düzəltmək üçün lazım olan hər şeyi yoxlamaq üçün Stephen Strange-dən kömək istəyən Parker üçün işlər qısa müddətdə çox daha təhlükəli vəziyyətə gəlir. Parker, Hörümçək Adam olmağın özü üçün nə mənaya gəldiyini tapmaq məcburiyyətindədir.

Aktyorlar və personajlar redaktə

  • Tom Holland — Radioaktiv hörümçək tərəfindən dişləndikdən sonra hörümçək kimi bacarıqlar qazanan Peter Parker / Hörümçək Adam rolunu canlandırır. Holland, Cherry (2021) filmindəki kimi daha yetişkin rollarda çəkildikdən sonra, səsini yüksəltməyin və "saf, çəkici bir gənc" düşüncəsiylə birlikdə Peter Parker-i canlandırmağa geri qayıtmağın özünə qəribə hiss verdiyini dedi.
  • Zendaya — Parker-in sinif yoldaşı və sevgilisi olan MJ rolunu canlandırır. Tam adı Michelle Jones-dir.
  • Benedict Cumberbatch — Karyerasını sona çatdıran avtomobil qəzasının ardınca Mistik İncəsənət Ustası olan beyin cərrahı Dr. Stephen Strange rolunu canlandırır. Stange, bələdçi olaraq Hörümçək-Adam: Evə Qayıdış (2017) filmində Robert Downey Jr.-in canlandırdığı Tony Stark və Hörümçək-Adam: Evdən Uzaqda (2019) filmində Samuel L. Jackson-un canlandırdığı Nick Fury personajının yerini almışdır.
  • Jacob Batalon — Parker-in ən yaxşı dostu olan Ned Leeds rolunu canlandırır. Batalon, filmdəki bu rolu üçün ümumilikdə 46 kq arıqlamışdır.
  • Jon Favreau — Stark Sənayeləriin təhlükəsizlik başçısı və Parker ilə maraqlanan, Tony Stark-ın keçmiş sürücüsü və qoruyucusu olan Happy Hogan rolunu canlandırır.
  • Jamie Foxx — Qəza sonrası böyük güclər qazanan elektrik ustası olan Max Dillon / Electro rolunu canlandırır. Foxx, Sony-nin İnanılmaz Hörümçək Adam 2 (2014) filmindəki rolunu yenidən canlandırmışdır. Amma fərqli olaraq bu filmdə mavi olaraq təsvir edilməmiş, Evə Yol Yoxdur üçün yenidən dizayn edilərək cizgi romanlarındakına oxşar şəkildə sarı rəngi verilmişdir.
  • Alfred Molina — Qəza nəticəsində vücuduna birləşmiş dörd mexaniki qola sahib olan alim Otto Octavius / Doktor Octapus rolunu canlandırır. Molina, Sony-nin Hörümçək Adam 2 (2004) filmindəki rolunu, personajın hekayəsini və ölümünün deyilməsi üçün yenidən canlandırmışdır. Molina bu yanaşmaya təəccüblənmişdi çünkü Hörümçək Adam 2 filmindən indiyə qədər yaşlanmışdı və artıq eyni bədən quruluşuna sahib deyildi. Molinanın Hörümçək Adam 2-dəki kimi görünməyini təmin etmək üçün virtual yaşlandırma istifadə edildi.
  • Benedict Wong — Strange-nin mentoru və yaxın dostu olan, eyni zamanda da mistik incəsənətlə məşğul olan Wong rolunu canlandırır. Strange-nin The Blip-dən sonrakı yoxluğunda yeni Böyük Sehrbaz (Sorcerer Supreme) olmuşdur.
  • Tony Revolori — Parker-in sinif yoldaşı və köhnə düşməni olan Flash Thompson rolunu canlandırır.
  • Marisa Tomei — Parker-in bibisi olan May Parker rolunu canlandırır. Hekayəni hazırlayarkən yazıçılar, May-in Hörümçək Adamın digər versiyalarında Ben Əminin roluna bənzər bir rol oynadığını gördülər. Bu səbəbdən "böyük güc yanında böyük məsuliyyətlər gətirir" ifadəsi Marvel Sinematik Dünyası tərəfindən yaradılan Parker-in "psixoloji bələdçisi" May tərəfindən film ərzində deyilmişdir.
  • Andrew Garfield — Mərhum qız dostu Gwen Stacy-i ölümdən xilas edə bilməməyinin təsirindən çıxmamış olan, Parker-in başqa bir versiyasını canlandırır. Garfield, Webb-in İnanılmaz Hörümçək Adam film seriyasındakı rolunu yenidən canlandırır. Digər Hörümçək Adamlar onu "Peter Üç" deyə çağırarkən Marvel.com ona "The Amazing Spider-Man" (İnanılmaz Hörümçək Adam) adını vermişdir. İnanılmaz Hörümçək Adam 2-dəki hadisələrin ardınca tükənmiş Garfield-in rolu qrupun orta qardaşı rolunu qəbul etdi. Öz təcrübələrini Holland-ın roluna necə köçürə biləcəyini kəşf etməklə maraqlandı.
  • Tobey Maguire — Versiyaları kimi tor fırladıcılar yerinə təbii tor istifadə edən Parker-in başqa bir versiyasını canlandırır. Maguire, Raiminin Hörümçək Adam trilogiyasındakı rolunu yenidən canlandırır. Digər Hörümçək Adamlar onu "Peter İki" deyə çağırarkən Marvel.com ona "Friendly Neighborhood Spider-Man" (Məhəllənin Dostu Hörümçək Adam) adını vermişdir. Maguire, filmdə Hörümçək-Adam 3-də (2007) yaşanılan hadisələrdən sonra roluna nə olduğu haqqında sadəcə çox az detalın filmdə ortaya qoyulmasını istədi.

Rhys Ifans, Webb'in 2012-ci il istehsalı olan İnanılmaz Hörümçək Adam filmində əskik qolunu yenidən yaratmağa çalışarkən böyük bir sürünən canavara çevrilən Oscorp alim Dr. Curt Connors / Lizard rolunu yenidən canlandırmışdır.

Thomas Haden Church, Raiminin Hörümçək Adam 3 filmində qəza sonrasında qum oxşarı bacarıqlar qazanan ortalama soyğunçu olan Flint Marko / Qum Adam rolunu yenidən canlandırmışdır.

Həm Ifans həm də Church rolları canlandırmaq üçün geri qayıtsalar da filmin sonunda insan formalarına qayıtdıqlarında istifadə olunan görüntülər sırasıyla İnanılmaz Hörümçək AdamHörümçək Adam 3 filmlərinin arxiv görüntülərindən götürülmüşdür.

Charlie Cox, Marvel Television-ın Netflix seriallarından Matt Murdock rolunu yenidən canlandırarkən Tom Hardy də Sony-nin Marvel Personajları Dünyasından Eddie Brock və Venom rollarını mid-credits səhnəsində cameo olaraq yenidən canlandırmışdır. Amma bitiş jeneriyində adı görsədilməmişdir.

Angourie Rice da əvvəlki Marvel Sinematik Dünyası Hörümçək-Adam filmlərində olduğu kimi Parkerin sinif yoldaşı və Leeds-in keçmiş qız dostu Betty Brant rolunu canlandırmışdır.

Hannibal Burres Parkerin idman müəllimi məşqçi Wilson, Martin Starr Parkerin akademik dekatlon müəllimi Roger Harrington, J. B. Smoove Parkerin müllimi Julius Dell və J. K. Simmons TheDailyBugle.net aparıcısı J. Jonah Jameson rollarını Evə Yol Yoxdur üçün yenidən canlandırmışdılar.

Jake Gyllenhaal-ın canlandırdığı Quentin Beck / Mysterio rolu Evdən Uzaqda filmindən bir hissədə görünür.

Paula Newsome filmdə MIT idarəçisi, Arian Moayed Zərərlərə Nəzarət Şöbəsi işçisi Cleary, Mary Rivera Ned-in nənəsi və Cristo Fernandez barmen olaraq filmdə yer almışlardır.

Holland-ın qardaşı Harry-nin narkotik satıcısı olaraq cameo rolu ilə yer aldığı səhnələr isə kəsilmiş və filmin son formasında yer almamışdır. Avengers: Endgame (2019) filmində Stark-ın qızı Morgan olaraq yer alan Lexi Rabe-nin də yer aldığı səhnələr kəsilmiş və filmə daxil edilməmişdir.

Yayımlanması redaktə

Kinoteatrlar redaktə

Hörümçək-Adam: Evə Yol Yoxdur-un 17 dekabr 2021-ci ildə ABŞ-də bazara çıxarılması planlanırdı. Daha əvvəl 16 iyul 2021-ci ildə bazara çıxarılması planlanan filmin göstəriş tarixi COVID-19 pandemiyası səbəi ilə əvvəlcə 5 noyabr 2021-ci ilə, daha sonra da 2021-ci il dekabra keçirildi. Film, Marvel Sinematik Dünyasının dördüncü hissəsinin bir parçası olacaq. 2021-ci il avqust ayında Sony və CJ 4dPlex, Evə Yol Yoxudur da daxil olmaqla Sony-nin 15 filminin üç il müddətində ScreenX formatında yayımlanması üçün müqavilə imzaladıqlarını bildirdi.

Ev kinoteatrı redaktə

2021-ci il aprel ayında Disney-in Sony ilə imzaladığı müqavilənin ardınca Disney, keçmiş Hörümçək Adam filmləri və SSU daxilindəki məzmunlar da daxil olmaqla bir çox məzmunu öz kanallarında və Hulu-da göstərmək haqqı əldə etdi. Bu haqq, məzmunların Netflix-də göstərilə bilməsi üçün qərar verildikdən sonra əldə edildi.

Musiqi redaktə

2020-ci il noyabr ayında Evə Yol YoxdurEvdən Uzaqda filmlərinin bəstəkarı Michael Giacchino-nun geri qayıdacağı dəqiqləşdi. Filmin musiqisi, 9 dekabrda yayımlanan "Arachnoverture" adlı single və 10 dekabrda yayımlanan "Exit Through the Lobby" adlı mahnı ilə birlikdə 17 dekabr 2021 tarixində rəqəmsal olaraq yayımlandı.

Spider-Man: No Way Home (Original Film Musiqisi)
No. Başlıq Müddət
1. "Intro to Fake News" 1:11
2. "World’s Worst Friendly Neighbor" 0:52
3. "Damage Control" 2:17
4. "Being a Spider Bites" 1:05
5. "Gone in a Flash" 1:52
6. "All Spell Breaks Loose" 3:25
7. "Otto Trouble" 4:19
8. "Ghost Fighter in the Sky / Beach Blanket Bro Down" 2:47
9. "Strange Bedfellows" 1:45
10. "Sling vs Bling" 5:00
11. "Octo Gone" 3:34
12. "No Good Deed" 5:00
13. "Exit Through the Lobby" 4:15
14. "A Doom With a View" 2:00
15. "Spider Baiting" 1:35
16. "Liberty Parlance" 1:28
17. "Monster Smash" 1:21
18. "Arc Reactor" 2:57
19. "Shield of Pain" 4:51
20. "Goblin His Inner Demons" 3:54
21. "Forget Me Knots" 6:49
22. "Peter Parker Picked a Perilously Precarious Profession" 1:31
23. "Arachnoverture" 10:06

Davamı redaktə

2019 avqust ayında seriyanın dördüncü filmi Evə Yol Yoxdur ilə birlikdə hazırlanmağa başlanıldı. 2021 fevralda Holland, Evə Yol Yoxdur filminin Marvel və Sony ilə imzaladığı müqavilə əhatəsindəki son filmi olduğunu, lakin istənərsə gələcək layihələrdə də Hörümçək Adam rolunu canlandırmağa davam edəcəyini dedi. Həmin ilin iyul ayında Zendaya, başqa bir Hörümçək Adam filminin hazırlanıb hazırlanmayacağı mövzusunda fikrinin olmadığını dedi.

İstinadlar redaktə

  1. "Hörümçək adam: Geriyə yol yoxdur". Cinema Plus (az.). 2 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2023.

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024