Hörümçək-adam 2 (film, 2004) Haqqinda Melumat - Vikipedia

Hörümçək-adam 2 (film, 2004) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hörümçək adam 2

(Hörümçək-adam 2 (film, 2004) səhifəsindən istiqamətləndirilmişdir)

Hörümçək adam 2 (ing. Spider-Man 2) — 2004-cü ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş və Elvin Sarcent tərəfindən Alfred Qof, Maylz Millar və Maykl Şeybonun ssenari müəllifləri olduğu ABŞ superqəhrəman filmi. Eyni adlı uydurma Marvel Comiks personajına əsaslanan bu film, Reyminin Hörümçək-adam trilogiyasının ikinci hissəsidir və Tobi Maquayr ilə birlikdə Kirsten Danst, Ceyms Franko, Alfred Molina, Rozmari Harrisin baş rollarda oynadığı Hörümçək-adam (2002) filminin davamıdır.

Hörümçək-adam 2
ing. Spider-Man 2
Janr ekşn, macəra, romantik
Rejissor Sem Reymi
Prodüserlər Avi Arad
Lora Ziskin,
Cozef M. Karaççolo
İcraçı prodüser Sten Li
Ssenari müəllifləri Elvin Sarcent
Sten Li
Stiv Didko
Baş rollarda Tobi Maquayr
Kirsten Danst
Ceyms Franko
Alfred Molina
Rozmari Harris
C. K. Simmons
Donna Merfi
Deniel Qillis
Dilan Beyker
Bill Nan
Operator Bill Poup
Bəstəkar Denni Elfman
Rəssamlar Nil Spaysek
Ceff Nipp
Stiv Seklad
İstehsalçı Columbia Pictures
Distribütor InterCom[d], Sony Pictures, Netflix
İlk baxış tarixi 25 iyun 2004
Müddət 127 dəqiqə
Büdcə $200 milyon
Gəlir $783.8 milyon
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 2004
Əvvəlki film Hörümçək-adam (film, 2002)
Sonrakı film Hörümçək-adam 3 (film, 2007)
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Los-Anceles, Çikaqo
IMDb ID0316654
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas çəkilişlər 2003-cü ilin aprelində Nyu-Yorkda başladı və Los-Ancelesdə də aparıldı. Yenidən çəkilişlər həmin ilin sonunda baş tutdu və dekabrda başa çatdı. Hörümçək adam-2 30 iyun 2004-cü ildə həm ənənəvi, həm də IMAX kinoteatrlarında nümayiş olundu. O, emosional çəkisini və vizual effektlərini, həmçinin Maquayr və Molinanın çıxışlarını və Reyminin rejissorluğunu yüksək qiymətləndirən tənqidçilər tərəfindən geniş rəğbət qazandı və dünya üzrə 789 milyon dollar gəlir əldə etdi ki, bu da onu ilin üçüncü ən çox gəlir gətirən filmi etdi. Film 77-ci Akademiya Mükafatlarında Ən Yaxşı Vizual Effektlər üzrə mükafat, həmçinin Ən Yaxşı Səs Miksiyası və Ən Yaxşı Səs Montajı nominasiyalarına namizəd oldu; Bundan əlavə, film Saturn mükafatına layiq görüldü. Film indiyə qədər çəkilmiş ən böyük superqəhrəman filmlərindən biri və bu janrda gələcək filmlər üçün nümunə kimi qəbul edilir. Onun müvəffəqiyyəti Hörümçək adam 3 (2007) filminin çəkilməsinə gətirib çıxardı. Mauqayr və Molina 2021-ci ildə "Hörümçək adam: Evə yol yoxdur" filmində öz rollarını yenidən təkrarladılar.

Məzmun redaktə

İlk filmdəki hadisələrdən iki il keçib. Sakit təbiətli Piter Parker yeni problemlərlə qarşılaşır. O, ətrafındakı sevdiklərinə yaxın olduqca onları təhlükəyə atdığını anlayır. Onun ikili həyatı düşmənləri ilə yanaşı dostlarına da zərər vurur.

İndi Piter yeni super mənfi qəhrəmanla mübarizə aparmalıdır: özünə səkkiz ayaq düzəltmiş başdanxarab həkim Otto Oktavius...

Rollarda redaktə


Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023