Hüqo mükafatı Haqqinda Melumat - Vikipedia

Hüqo mükafatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastikafentezi işlərinə müxtəlif kateqoriyalarda verilən mükafat. Mükafatın adı qabaqcıl elmi fantastika jurnalı Amazing Storiesin qurucusu olan Hüqo Qernsbekdən gəlir. İlk olaraq 1953-cü ildə verilən mükafat 1955-dən bəri aralıqsız hər il sahiblərini tapır.

Hüqo mükafayı namizədləri və qazananları Worldcon sırasında qurultaya qatılan üzvlər tərəfindən müəyyən edilir. Hər kateqoriyada beş namizəd arasından biri WSFS-nin müəyyən etdiyi seçim sistemi olan alternatif səs sistemi üsuluna görə seçilir. Üzvlər mükafata layiq əsər tapa bilməyəndə mükafat yoxdur seçimini də etmə haqqına sahibdirlər.

Hoffman Bronze Company tərəfindən bir raket formasında dizayn edilən mükafat hal-hazırda elmi fanı olan Piter Ueston tərəfindən yaradılıb. Raket formasında mükafatın bağlı olduğu qayda isə Worldcon komitəsinin məsuliyyətindədir və hər il dizaynı dəyişdirilir.

Bir sonrakı mükafat mərasimi 5 sentyabr 2010 tarixinde 68-ci Worldcon-a (Aussiecon 4) ev sahibliyi etməli olan Avstraliyanın Melburn şəhərində təşkil ediləcək.

Tarixi redaktə

1939-cu ildən bəri Worldcon sırasında ən yaxşı işlərin müəyyən edilməsi üçün seçim edilməsinə baxmayaraq, ilk dəfə 1953-cü ildə bu seçim nəticəsində bir mükafat verilməsi gündəmə gəldi. İlk olaraq bir dəfə üçün 1953-cü ildə verilməsi planlanan mükafat bir il aradan sonra 1955-də hər il verilən bir mükafata çevrildi. İlk verildiyi ildən 1992-ə qədər rəsmi adı İlin elmi fantastika müvəffəqiyyəti mükafatı (ing. Annual Science Fiction Achievement Award) olan mükafat 1993-cü ildən etibarən ictimaiyyətdə bilinən adı olan Hüqo mükafatı adı altında verilir.

Mükafat kateqoriyaları redaktə

1960-a qədər əhatəsi tez-tez dəyişən Hüqo mükafatı kateqoriyalarının siyahısı aşağıdadır:

WSFS qaydaları hər Worldcon komitəsinə öz təşkilatlarına bir Hüqo kateqoriyası əlavə edilmə haqqını verir. 1966-ildə Təməl seriyasının qazandığı Bütün zamanların ən yaxşı seriyasına görə Hüqo mükafatı bu tip bir Hüqour.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023