Hüseyn Əhmədov (heykəltaraş) Haqqinda Melumat - Vikipedia

Hüseyn Əhmədov (heykəltaraş) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Əhmədov (heykəltaraş)

Hüseyn Məmməd oğlu Əhmədov (27 mart 1915, Şuşa20 avqust 1955, Bakı) — Azərbaycan heykəltaraşı.

Hüseyn Əhmədov
Hüseyn Məmməd oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Fəaliyyəti Heykəltaraş

Həyatı redaktə

Hüseyn Məmməd oğlu 27 mart 1915-ci ildə Şuşa şəhərində anadan olmuşdu. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirmişdi. 1936–1940-cı illərdə Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda oxumuşdu .Əsasən portret janrında fəaliyyət göstərmişdi.

A. Səhhət (1941) və N. Hikmətin (1951, 1953), Sovet İttifaqı Qəhrəmanları G. Əsədov (1947), X. Məmmədov (1948) və Q. Məmmədovun (1949), Sosialist Əməyi Qəhrəmanları R. Rüstəmov (1949), M. Məmmədovanın (1949), iki dəfə Sosialist Əməyi Qəhrəmanı Ş. Həsənovanın (1950, 1951) və başqalarının portretlərini işləmişdir.

M. Ə. Sabirin Şamaxıdakı abidəsinin (beton, 1949) müəllifidir.

İstinadlar redaktə


Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024