Hüseyn Arifin ev-muzeyi Haqqinda Melumat - Vikipedia

Hüseyn Arifin ev-muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseyn Arifin ev-muzeyi

Hüseyn Arifin ev-muzeyiAzərbaycan şairi Hüseyn Arifin doğulduğu evdə ölümündən sonra yaradılmış muzey. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan[2] muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır.[3] Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var.[4]

Hüseyn Arifin ev-muzeyi
Muzeyin girişi
Muzeyin girişi
Əsası qoyulub 1993
Mövzu Azərbaycan ədəbiyyatı
Ölkə
Yerləşir Azərbaycan, Ağstafa, AZ0500, Üzeyir Hacıbəyov,28.[1]
Kolleksiyası 2000 eksponat
Direktor Hürü Namazova
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey haqqında redaktə

 
Qaçaq Kərəmin durbini.

Hüseyn Arifin ev-muzeyi Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində yerləşir. Muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb.[5]

Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır. Muzeyin fond rəhbəri «SSRİ maarif əlaçısı», «Azərbaycan respublikasının «əməkdar müəllimi» Mahmud Məmmədovdur.[5] İşçilərin sayı 8, texniki işçilərin sayı 7 nəfərdir.[4]

AzərbaycanTürkiyənin Xalq şairinin ev muzeyinde eksponant var ki, bunların çoxu sənətkarın sağlığında ikən ona verilən hədiyyələrdir. Onlara misal olaraq tut ağacından hazırlanan aşıq büstü, misdən düzəldilən çikankaları nümunə göstərmək olar. Muzeydə sənətkarın həyatının müxtəlif dövlərini əks etdirən fotolar qorunub saxlanır. Eksponatlar arasında böyük bir portret var ki, onu həbsxandakı dustaqlarla görüş zamanı məhbuslardan biri çəkib və şairə hədiyyə verib. Muzeydə yerləşən xalq çalğı alətləri də deyilənlərin əyani sübutudur.[6] Hüseyn Arifin yaxın dostu olan Aşıq Murad Niyazlının nənəsinin toxuduğu xalça isə muzeyə gələn qonaqların xüsusi marağını cəlb edir. Ekspodisiya otağının divarını bəzəyən şəkillər isə şairin uşaqlıq dövründən başlayaraq, müxtəlif dövrləri əhatə edir. Sənətkarın sağlığında aldığı diplom və fəxri fərmanlar eksponantlar arasında xüsusi önəm daşıyır. Üzərində təsbeh, telefon, külqabı olan masanın arxasında isə bir zamanlar şair əyləşərək yaradıcılıqla məşğul olurdu. Ümumiyyətlə, istər tarixilik, istər ədəbi kontekst baxımından ev-muzeyi öz mövqeyini qoruyub saxlayır.[6]

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi" (az.). 2017-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il hesabat (PDF). Vaqif Quliyev, Tehran Vəliyev. 2012. 2016-06-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-11. s.20.
  3. Müsavat. "Payızdan gedəndi..." (az.). Hikmət Carçılı Orhun. 30-10-2014. 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  4. 1 2 azculture.az. "Ağstafa rayonu Hüseyn Arifin ev muzeyi" (az.). 20-08-2017. 2017-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  5. 1 2 anl.az. "Yoхluğuna inanmadım, şair" (az.). Nisə Rafiqqızı. 11-05-2011. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-12.
  6. 1 2 Wn.com. "Ağstafa Rayon Hüseyn Arifin Ev Müzeyi". Eşqin Zahid. 21-12-2015. İstifadə tarixi: 2017-09-10.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024